Annotasiya
“Əcnəbi qadın” (rusca “Иностранка”) romanı qeyri-adi yumorla yazılıb. Əsərin qəhrəmanı Marusya Sovet İttifaqında Kommunist partiyasına sadiq bir ailədə doğulub. Təminatlı həyat onu sıxır. Sadəlövhlük onun yolunu Avropaya, oradan isə Nyu-Yorka aparıb çıxarır.
Marusyanın timsalında sovetlərdən gedən mühacirlərin həyatı təsvir olunur.
“Əcnəbi qadın” əsərində bir cümlədə eyni hərflə başlayan iki söz yoxdur.
Əsərdən seçilmiş hissələr
Bizdə yerli sakinləri nədənsə əcnəbi hesab edirlər.
***
Qəlyanaltıda işləyən çinli məni belə salamlayır:
- Xoş gördük, Soljenitsın!
***
- İçir, dava salır, hansısa abstrakt ədəbsizliklərlə məşğul olur…
***
Özünə rezin möhür sifariş etmişdi: “Yefim Q.Druker, naşir”. Sonra emblem – kitab fonunda lələk qələm – və ünvan. Bununla da pulu qurtardı.
***
Uğur qazanmağın yolunu göstərdi – masajistliyi öyrənmək.
***
- Demokratiyanı bütün vasitələrlə yaymaq lazımdır. Hətta atom bombasıyla!
***
Bəllidir ki, Amerikada eşidilmək üçün sakit danışmaq lazımdır.
***
- Lakin deyirlər, rejissor olmusunuz?
- Olmuşam. Doğrusu, hesab edilmişəm. 67-ci ildə tarif cədvəlində vəzifəmin adı belə olub. O vaxta qədər köməkçi işləyirdim.
- Rejissor köməkçisi?
- Bəli. “Vodka” dalınca qaçanın biri.
***
- Mən klassik əsərləri ekranlaşdırıram.
- Məncə, ümumiyyətlə, ekranlaşdırma zibil şeydir!
***
- Təbiət qazanc gətirmir!
- İncəsənət satılmır!..
Ümumiyyətlə, mən inanıram ki, yoxsulluq və zənginlik anadangəlmə keyfiyyətdir. Məsələn, saçın rəngi, yaxud musiqi duyumu kimi. Biri yoxsul, digəri zəngin doğulur. Burada pulun heç də günahı yoxdur.
***
Kasıblar bütün hallarda ziyana düşürlər. Kasıbları həmişə cərimə edirlər, hətta itləri nəzərdə tutulmayan yeri batıranda da. Əgər kasıbın qəpik pulu cibindən düşsə, hökmən lyuka töküləcək.
***
12 illik Amerika həyatında yalnız bir kitab əldə etmişdi. Kitabın adı maraqlı idi: “Səhər yeməyinə üç yüz dolları necə xərcləmək olar?”…
***
Bir nazirin edamı onlarla vəzifə yerdəyişməsinə gətirib çıxarırdı. Özü də istisnasız olaraq istiqamət yuxarı idi.
***
Mahiyyətcə, yəhudi həm soyad, həm peşə, həm də sima deməkdir.
***
Yəhudi oğurlayanda da, özünə lazımını götürür. Rus isə əlinə keçəni.
***
Kürəkənin yəhudi olması faciədir, yəhudi nəvələr isə bəladır!
***
Dima qayğıkeş, ağıllı, nəzakətli idi. Səliqəsizliyi sevmirdi. Hər səhər bloknotunda qeydiyyat aparırdı. Orada rubrikalar vardı – düşünmək, iş görmək, zəng etmək. Bəzən yazırdı: “Vitali Lutsenko ilə salamlaşmamaq”. Yaxud: “Aleşkoviçin ədəbsizliyinə ehmalca susmaq”.
Şənbə günü bir qeyd yazdı: “Maşa”. Bunun mənası – kino, teatr, restoranda şam yeməyi və sevgi demək idi.
***
Düzdür, çoxu məlumatsızdır ki, əgər hər şeyin ilki yaxşıdırsa, bu, artıq fəlakətdir. Deməli, hər şey yalnız fəlakətlə tamamlana bilər.
***
- Heç olmasa, doyunca içib keflənərdin!
- Əyyaşlıq könüllü dəlilikdir.
- Heç olmasa, məni qısqanardın!
- Qısqanclıq başqasının səhvinə görə özündən intiqam almaqdır.
***
Firavan insan üçün ən ağır sınaq qəfil uğursuzluqdur.
***
Məlumdur ki, nikahda bərabərlik yoxdur. Üstünlük həmişə az sevənin tərəfindədir. Əgər buna üstünlük demək olarsa.
Marusya otuz yaşında başa düşdü ki, həyat ləzzətdən ibarətdir. Qalan hər şey pislikdir, nifrət oyadır.
Ləzzət – çiçəklər, restoranlar, sevgi, xarici əşyalar və musiqidir. Pislik – pulsuzluq, məzəmmət, xəstəlik və günah hissidir.
***
Ərin olması kənardakıların gözündə onları tam, bütöv göstərirdi. Ər mütləq lazım idi. Heç olmasa nifrət obyekti kimi.
***
Öncə Rafael Marusya üçün peyzaj xüsusiyyətli küçə idi. Əvvəlcə Rafael yer və zaman hadisəsi idi.
***
Sovet İttifaqında gələcək haqqında danışılır. Burada isə yaşayırsan, vəssalam.
***
Amerikada ən yaxşı gedən mal illüziyadır…
***
- Diqqət, cənablar! Elə isə ədalətdən üstün nə ola bilər?
- Hər şey.
- Bəlkə daha konkret olasan?
- Əgər daha konkretsə – mərhəmət…
***
- Sən sadəcə hər şeyi unutmusan. Kobudluq, yalan…
- Moskvada da kobudluq edirlər, amma heç olmasa rusca.
***
- Niyə insanlar arasında kədərlilər xoşbəxtlərdən daha çoxdur?
- Kədərli üçün riyakarlıq etmək asandır.
***
- Əvvəl məni bir qadın kimi sevirdin.
- Hazırda bir insan kimi qəbul edirəm.
***
Mən kirimişdim. Çünki mərifətli şeylərdən danışmağa halım yox idi. Səbəbi hər yerdə zavallı – axmaq, riyakar – məzəli görünməyimizdir. Bu günahdır.
Qısası, susuram…
***
İlahi! Necə də şərəflidir! Layiq olmayan mərhəmət: rus əlifbasını bilirəm!
Tərcümə: Şahbaz Xuduoğlu
KKO
XƏBƏR LENTİ
Rus dili - РљРє
Ədviyyatlı sarımsaq soslu badımcan(foto resept)
Neft ucuzlaşıb
Həftənin ilk iş günü hava necə olacaq?
Bakıda “Sülh ağacı”
Dünyanın ən qapalı ölkəsi
Kivi mürəbbəsi (foto resept)
İmmunitet sistemini gücləndirmək üçün 3 qayda
Tarkanın maşını TƏƏCCÜBLƏNDİRDİ-FOTO
2014-cü il Louis Vuitton çantaları
Hava haqqında
Ağıllı və güclü kişilər niyə tənha olur?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
Qreypfrut yağının 14 möcüzəvi faydası!
Pelin Akıl “Eşkiya dünyaya hükümdar olmaz” serialında
Xoşbəxt qadın olmaq üçün 16 qadağa
Təhsil işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılmasının YENİ YOLU
Ağıllı insanların ortaq xüsusiyyətləri
“Hababam Sınıfı”nın Mahmud hocası öldü (FOTO)
Günün ulduz falı
Körpələrdə göbək yırtığı
8 yaşlı YouTuber 22 milyon qazandı
Yaşam indeksi ən yüksək olan şəhərlər – SİYAHI
Əqiq və ya firuzə daşlı üzük taxmağın savabı varmı?
Ermənilər üçün faciəvi proqnoz
ABŞ Marsda 10 minlik şəhər tikəcək
Qadınların kişilərdə sevmədiyi 5 xüsusiyyət
Uşaqlarınıza dərs deyən SAXTA müəllimlər
Azərbaycanda istirahət günü hava necə olacaq?
Ailəmizin məzəli əhvalatları
Piroq
Bu ilin dəbi - narıncı
Riyaziyyat bəyi şoka saldı
Bu gün "Qarabağ" çempion olacaq?
HAVA necə olacaq?
Meyvə çayları dişlərə zərərlidir
Bakı bulvarı tamamilə internetləşdiriləcək
HAVA necə olacaq?
Həyat yoldaşınıza papaq toxuyun
Yeni ildə Tbilisiyə getmək istəyənlərə şad xəbər
Pandemiya dövründə öskürək terror kimi qiymətləndirilə bilər
LC Waikiki
Vahid Bayramov: "Milli Gimnastika Arenası bu idman növünün inkişafı üçün atılan çox vacib addımdır"
İrina Şeykdən yeni FOTO
Yeni il tortları
Dünyanın sonudur - yeni tarix açıqlandı
Qənirə Paşayevadan peşə əmək qabiliyyətini itirən vətəndaşlarla bağlı TƏKLİF
İşğaldan azad edilən Qubadlının peyk görüntüsü
Şokolad souslu rulet (foto-resept)
Azərbaycanda ən çox qar yağan yer açıqlandı
- ŞƏRHLƏR