Mən hər zaman fikirləşirdim ki, yalnız məni sevəni sevərəm, qarşılıqsız heç vaxt heç kəsi sevmərəm. Amma düz deyiblər ki, heç vaxt "heç vaxt" demə. 17 yaşım var idi və bizim qonşuluğa bir ailə köçdü. Bir oğulları vardı və məhlədəki bəzi qızlar artıq ona meyl salmağa başlamışdı, mənə isə bunlar gülməli gəlirdi. Qətiyyən ona fikir vermirdim həm də o məndən 7-8 yaş böyük olardı. Ancaq bir dəfə qəribə bir şey oldu.
Mən pəncərədən baxırdım və birdən yanımdan maşınla keçdi. Maşında ailəsi də oturmuşdu və mənim də yanımda dayım, ancaq sanki o an heç kəs yox idi baxişlarimiz elə toqquşdu ki...Bəlkə də 2 saniyə çəkdi amma indiyə kimi ağlımda uzun bir vaxt kimi qalıb. Bundan sonra artıq mən hiss etdim ki, getdikcə başqa cür hisslər keçirirəm. Bu hər dəfə biz rastlaşanda baş verirdi, yenə salamsız, kəlamsız ancaq bir-birimizin gözlərinə baxırdıq. Və artıq mən onu sevirdim, ancaq bunu hələ bilmirdim, 2 il beləcə keçdi ve bir gün tanış bir qızla söhbət edərkən mənə dedi ki, sizin qonşuluqdakı oğlan mənə zəng vurub dedi, səndən xoşum gəlir. Bir anlıq duruxdum, özümü axmaq vəziyyətində hiss elədim ancaq heç nə bildirmədim, bircə evə tez çatmaq istəyirdim. Bütün ümidlərim bitmişdi...
Həmin vaxt məni bir başqası sevirdi, mən də öz sevdiyimi gözlədiyimə görə ona ümid vermirdim. Oturub fikirləşdim və qərara gəldim ki, bu oğlana razılıq verim və indi onunla evliyəm. Düzdür o özünü istədə bildi, ancaq sevilmədi. Həyat yoldaşıma çox bağlanmışam, amma elə bir gün yoxdur ki, onu düşünməyim. Çox qəribəsi budur ki, o həmişe məni görəndə yenə eyni baxışlarla baxırdı, başa düşmürəm bunun mənasını, hərdən özümə sual verirəm, geriyə qayıtsaydın yenə onu sevərdin? Sevərdim, aramızda baxışlardan basqa bir şey olmayıb, amma o hisslər çox gözəl idi, xoş xatirələrdir ondan mənə qalan. Təsəvvür etməzsiniz mən heç onun üz cizgilərinə belə yaxşı bələd deyiləm, ona baxanda ancaq gözlərini görürdüm, indi neçə ildir ki, onu görmürəm. Amma gözləri heç yadımdan çıxmır. Unutmaq istəsəydim unudardım, unutmaq istəmirəm, çox sevirəm,qəlbimdə elə bir boşluğu var ki, ondan başqası onu doldura bilməz. Mən ona qarşı olan hisslərimə ehtiras qatmamışam heç vaxt, əl-ələ belə tutmağı təsəvvür etməmişəm, mən onu təmiz, saf hisslərlə sevmişəm, onu sevməyi sevmişəm. Heç nə gözləmirəm artıq. Bu yaxınlarda o da evləndi və övlad gözləyirlər.....
İçimdə bir hüzn var və o hüzn əzizdir mənə.....Siz heç sevmisinizmi, heç vaxt sizin olmayan birini?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda bu şəxslərin evdən çıxmasına verilən icazə ləğv edilir - RƏSMİ
Nazirlər Kabineti fermerlərlə bağlı qərar verdi
Üzən dövlət nə vaxt hazır olacaq?
"Asan yolla arıqla" pəhrizi
Nazirlik bu şəxslərə müraciət etdi
Kartof xəngəli (foto resept)
Ştrudi Rus şirniyyatı
Suriyadan gələn ermənilər də Tovuz döyüşlərinə cəlb olunub - RƏSMİ
Hadisenin FOTOsu hər kəsi GÜLDÜRDÜ
Günün qoroskopu: məqsədə aparan yol asan olmayacaq
Ermənistana aid əşyaların Azərbaycana daxil olmasının qarşısı alındı
İlham Əliyevdən ipoteka krediti ilə bağlı MÜHÜM FƏRMAN
Sabaha olan hava proqnozu açıqlandı
Bu reklamlara qadağa qoyulur
Azərbaycanda ticarət qaydaları DƏYİŞDİ
Bakıda ilk müsəlman qız məktəbi belə yaranmışdı...
Tərəvəzli salat (foto resept)
Acundan AÇIQLAMA-FOTO
Tərəvəzli göbələk
Hər kəs xəstə atasına qulluq edən 6 yaşlı uşaqdan danışır-FOTO
Şeyma Subaşı sevgilisindən ayrılıb?
Beyonsun heykəli hazırlandı-FOTO
Yuxuda gözəlləşmək üçün nə etməli?
Bakıdakı "Formula 1"ə ən çox bilet alan ölkə açıqlandı
Prezidentin qızları sərgidə
Azərbaycan əsgərindən vətənpərvər şeir parçası - VİDEO
Yeni sistem yaradılır: Həccdə izdiham olmayacaq
COVID-19-a görə ayrı düşən baba və nənənin romantik görüşləri
Təhsil naziri onlara yüksək VƏZİFƏ VERDİ
Qüsursuz bir dəriyə sahib olmağın yolları
Azərbaycanda son sutka ərzində 50 nəfər koronavirusdan sağaldı
Psixoloji oyun
Qadin.Net - 9 YAŞ
Ebru Şallıdan 10 mükəmməl maska təklifi
Azərbaycanda bir ilk
Çağrılmamış qonaqlar və qonaqlıq(II)
İlham Əliyev Vətən müharibəsinin qazilərinə və şəhid ailələrinə dəstək fondu yaratdı - FƏRMAN
“İstanbullu gəlin”də gözlənilməz ayrılıq
"Plyonka"ya icazə veriləcək?
Möhtəşəm valideynlər
Qadınlar üçün deyilmiş sözlər
İllərlə düşmən tapdağında qalan yurd yerimizdən ürəkdağlayan görüntülər - VİDEO
Rus dili - A
Ruh barədə bilmədiklərimiz
Ter-Petrosyan Paşinyanı ümummilli bəla adlandırdı
Leyla Əliyeva qardaşını təbrik etdi - FOTO
Rahibələr 10 ildə daim oğurluq etdilər-FOTO
AQTA imtahanda istehlak edilən qida məhsullarından nümunələr götürərək laboratoriyaya təqdim edib
Əlinizin altındakı sağlamlıq və gözəllik eleksiri
Amerikalı alimdən valideynlərə SOS
- ŞƏRHLƏR