Tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etdi. 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycanda müstəqil dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə - cəmi 23 ay mövcud olmuşdur. Lakin bu qısa müddətdə çox işlər həyata keçirildi. Hər şeydən əvvəl öz milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü, onun şirinliyini daddı. Bu dövlətin yaradıcıları olan M.Ə.Rəsulzadə, X.Xoyski, Yusifbəyli, Ə.Topçubaşov, H.Ağayev və başqa vətənpərvər istiqlalçılar gecəni gündüzə qataraq milli dövlətçiliyimizin əsaslarını möhkəmləndirdilər.
Azərbaycan Milli Şurasının qəbul etdyi "İstiqlal Bəyannaməsi" yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. "Bəyannamə"də elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə hörmətlə yanaşmaq prinsipləri AXC-nin beynəlxalq nüfuzunu artırdı. "İstiqlal Bəyannaməsi" Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.
"İstiqlal Bəyannaməsi" bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda demokratik idarə üsulunun-parlamentli respublikanın yaradıldığını xəbər verirdi. Beləliklə Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.
Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə "doğulmuşdu". Bakıda hakimiyyəti S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik birləşməsi ələ keçirmiş və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı. Rus generalları tərəfindən silahlandırılmış erməni quldur dəstələri Şərqi Anadolunun və Qərbi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımını davam etdirirdilər. Azərbaycan xalqının cəlladları olan Şaumyan və Andronik əlbir fəaliyyət göstərirdilər. Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi qarşısında idi. Neft Bakısını ələ keçirməyə çalışan xarici qüvvələr arasında rəqabət son həddinə çatmış, bütün Cənubi Qafqaz üçün yeni təhlükə - bolşevik Rusiyasının təcavüzü yaxınlaşmışdı. Azərbaycan xalqı öz tarixinin ağır yolayrıcında qalmışdı: ya milli qurtuluş, ya da ki, məhv edilərək Cənubi Qafqazın etnik-siyasi xəritəsindən tamamilə silinərək götürülmək. Azərbaycanı müsəqil dövlət elan etmiş Cümhuriyyət xadimləri məhz belə bir tarixi şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın önünə keçmişdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrünü üç mərhələyə bölmək olar:
1) Tiflis dövrü (1918-ci il 2 may - 16 iyun),
2) Gəncə dövrü (1918-ci il 16 iyun - 16 sentyabr),
3) Bakı dövrü (1918-ci il 17 sentyabr - 1920-ci il 28 aprel).
Bu müddət ərzində dövlət quruculuğunun bütün sahələrində çox mühüm tədbirlər həyata keçirildi. AXC-nin mövcudluğu dövründə beş hökumət kabineti fəaliyyət göstərmişdir. Bunların üçünə F.X.Xoyski, ikisinə isə N.Yusifbəyli başçılıq etmişdir. Azərbaycanın üç rəngli, ay-ulduzlu bayrağı qəbul edildi. Azərbacan-türk dili dövlət dili elan olundu. Məktəblər milliləşdirildi. Bakı Dövlət Universiteti fəaliyyətə başladı. İlk milli muzey - "İstiqlal muzeyi" təşkil olundu. Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edildi. Yelizavetpol və Qaryaginin tarixi adları bərpa olunaraq yenidən Gəncə və Cəbrayıl adlandırıldı. Azərbaycan Milli Ordusu və hərbi dəniz donanması təşkil olundu. Ölkəmizin ərazi bütövlüyü qorunub saxlandı.
Dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərdən ən əhəmiyyətlisi Azərbacan parlamentinin fəaliyyətə başlaması oldu. 1918-ci il dekabrın 7-də saat 13:00-da H.Z.Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Bitərəf hüquqşünas Ə.Topçubaşov parlamentin sədri, H.Ağayev isə onun müavini seçildi. Bu parlamentin demokratikliyi onda idi ki, Azərbaycanda yaşayan bütün millətlərin və xalqların nümayəndələri, hətta xəyanətkar əməllərinə baxmayaraq ermənilərin nümayəndələri belə orada təmsil olunmuşdular.
Mövcud olduğu dövrdə parlament özünün 145 iclasını keçirmişdir. Bütün iclaslarda parlament "İstiqlal Bəyannaməsi"nin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bu qanunlar konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyırdı. Bunlar nəticə etibarilə hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi. AXC özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geridə qalmırdı.
Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi nəticəsində AXC süqut etdi. Çox az yaşamasına baxmayaraq AXC sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
XX əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində Azərbaycanda başlanmış milli-azadlıq hərəkatı bolşevik rejiminin süqutunu yaxınlaşdırdı. Xalqın təkidli tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası dövlətin adını dəyişdirərək "Azərbaycan Respublikası" adlandırdı. AXC-nin üçrəngli, ay-ulduzlu bayrağı bu respublikanın da dövlət bayrağı kimi təsdiq olundu. Həmin il mayın 21-də verilmiş xüsusi fərmanla 28 may Respublika Günü elan edildi.
XƏBƏR LENTİ
Bakıda Novruz yarmarkaları
"iPhone”ların Azərbaycana gətirilməsinə qadağa
Toxumaq dərsi-8
Heyvanları fikirlə idarə etmək olacaq?
Bu günün tarixi
Şəhid ailələri ilə bağlı təklif
39 il öncə nəşr olunan kitabda koronavirusdan bəhs edilib – FOTO
Azərbaycanı "Eurovision"da təmsil edəcək ifaçı məlum oldu
Çox saqqız çeynəmək üz gözəlliyini pozur
Dəhşətli virus yenə can aldı
Heydər Əliyev Fondu Fransada Nizami Gəncəviyə həsr olunan növbəti sərgi və konsert təşkil edib
Paytaxtda Novruz yarmarkaları başladı
ABŞ seçkiləri: Britaniya Baydenin qələbəsi ehtimalından narahatdır
Bu günün hava proqnozu
FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi
Bəkməzli şirniyyat (foto resept)
“Akvarium adam” 30 saatdan çox sua altında qaldı - FOTO
Sovetdənqalma idman daşlarına bir evin pulunu təklif edirlər
Şəkillərdə axan zaman
İblis mələklərdən idi, ya cinlərdən?
Kraliça işçi axtarır - 100 min manat maaş verəcək
Deniz Seki ana ola bilməyəcək-SƏBƏB
Saxta əlillik dərəcələri ləğv ediləcək
Uşaq ayaqqabıları (2)
İvanka Trampın şəxsi köməkçisində koronavirus aşkarlandı
Spirtli içkilər haqqında
Düşməndən qalan qənimətlər Bakıda - VİDEO
Sabahın HAVAsı
Xalqı azadlığa və müstəqilliyə aparan yol
Ütünü necə təmizləməli?
Ronaldunu arı sancdı – Millinin oyununu buraxacaq
Daha bir azərbaycanlı BP-nin vitse-prezidenti təyin olunub
80 miqrant Aralıq dənizində boğularaq öldü
Gəliri olmayanlar səhiyyədə güzəşt əldə edəcək
Vitgenşteyn fəlsəfəsi
Yeni şəxsiyyət vəsiqəsi belədir
İlk qadın nazir Bakıya qayıdır
ABŞ-da kütləvi həbslər başladı
Məşhur aktyor tanınmaz halda -FOTO
Pərviz "Survivor"dan yazdı
Podiumda gözlənilməz hadisə-FOTO
Avqust ayının qalibləri!
Azərbaycanın xəbər saytları Cənubi Qafqazda liderdir
Qadin.Netlilərin maraq dünyası (SON)
Dərinin qocalma prosesindəki dəyişikliklər
Şagirdlərdə ürək qüsurlu xəstəlik aşkar edildi
Napoleonun sirli maskası – 198 illik müəmma üzə çıxdı
Uzun kipriklərə sahib olaq
"Paltarlarınızı, xüsusən alt paltarlarınzı görünən yerdən asmayın"
Günün ulduz falı - 06.03.2014
- ŞƏRHLƏR