Saçlarımın rəngindədi gödəkçəm,
yarı bozdu, yarı qara, yarı ağ.
Təbiət öz saydığını sayacaq.
bir ömrün fəsilləri qarışmış, -
Yarı yazdı, yarı payız, yarı qış.
Uzaqdımı, yaxındımı mənzilim,
mən dağ qalxdım dağı aşan kimiyəm.
Dünya gördüm, dünyalaşan kimiyəm;
bələd oldum hər üzünə həyatın,
Gecəsinə, gündüzünə həyatın.
Bir az möhlət istəyirəm ömürdən,
nə qədər ki, bu dünyada biz varıq,
bu dünyanı yaşadırıq, yaşarıq, -
sən olarsan, mən olaram – ikimiz.
Həyat şirin, dünya gözəl, sən əziz...
Bu gözəl şeirin müəllifi Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Azərbaycanın Qazax rayonunda anadan olmuşdur. H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnistitutunun dil və ədəbiyyat fakültəsində təhsil almış, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnistitutunda təhsilini davam etdirmişdir.
İstər lirik, istərsə də epik səpkili əsərlərində həyat həqiqətlərini yüksək bədii həqiqət səviyyəsinə qaldırmağa qadir olan qüdrətli sənətkar Nəriman Həsənzadə yaradıcılığının ədəbiyyatımızda xüsusi yeri vardır.
Mövzu müxtəlifliyi, insan arzularının, cəmiyyət həyatının və zəmanənin çoxcəhətli zəngin boyalarla işlənməsi hər bir poetik əsərin məziyyətidir. Nəriman Həsənzadə poeziyası bu cəhətdən oxucuda dərin maraq oyadan poeziyadır. İdeala, gözəlliyə, mənəvi saflığa sadiq olan, insanlıq və vətəndaşlıq hisslərini şeirlərinin canına hopduran bu şair daima axtarışdadır, onun poetik fikri yorulmaq bilmir, oxucuya arasıkəsilmədən yeni əsərlər təqdim edir.
İnsanlar olubdu dünyada bir vaxt,
Kimidən ad qalıb, kimidən əsər.
Dibçəkdə bəslənən palıdlara yox,
Çöldə ağaclara meşə deyiblər.
Nəriman Həsənzadənin şeirlərini oxuduqca biz belə qənaətə gəlirik ki, sənət əsəri, xüsusən lirik şeir o zaman adamı əfsunlayır ki, həyat, təbiət və insanlar haqqında, onların bitməz, tükənməz işığı, qaranlığı, gözəlliyi, eybəcərliyi, sevinc və faciələri barədə oxucuya nə isə yeni bir şey deyir, onu bu vaxta qədər bilmədiyi, duymadığı, xəyalına gətirmədiyi qəribə hisslərlə, duyğularla tanış edir, dərin fəlsəfi mənalar və füsunkar gözəlliklər aləminə aparır.
Yox, yox məhəbbətə plan qoyulmur -
Kiminsə nə bilim mədəsi dolsun.
Məhəbbət hardasa istehsal olmur, -
Üstündə keyfiyyət nişanı olsun...
Bəli, sənətin, şeirin, bədii sözün belə hikmətləri var və xoşbəxtdir o şair ki, yazdıqlarının hamısında olmasa da, əksəriyyətində biz bu işığı görək...
Nəriman Həsənzadə bu cür şairlərdəndi. Xeyirə, xeyirxahlığa inam onun qanına elə hopmuşdur ki, bir fərd, bir insan olaraq o bəzən həyatın təzadlarını unudur, hamı ilə çox yumşaq və mülayim rəftar edir.
Dərdliyə dərd desən,
susub o dinlər,
Özü həmrəy olar
birtəhər sənə.
Dərdsizə dərd desən,
gülüb lağ eylər,
dərs verib
həyatı öyrədər sənə.
Nəriman Həsənzadə yaradıcılığı bu gün də sevə-sevə oxunur, sabah da sevilərək nəsillərə ötürüləcək. Onun poeziyasının sehrinə düşən hər kəs Nəriman ürəyinin nəyə qadir olduğunu yaxşı anlayır. Hər misrasında duyulacaq, yaşanacaq hisslər olan bu şair sevilməyə bilməz. Bu gün çoxlarımız Nəriman Həsənzadə poeziyasını dilimizin əzbərinə çevirmişik. Musiqilər bəstələnən bu şeirlər həm də mahnı kimi yaddaşımıza həkk olub.
***
Mən bilirəm xatirinə dəyiblər,
Unut mənim xatirimə gəl bir az.
İşdə sənə nə deyiblər, deyiblər,
Evə gəldin, danış bir az, gül bir az.
***
Dedim mən sevirəm, dedi, sevginən,
dedim qoşa gəzək, dedi təsəlmə.
Dedim bağ içidi, dedi seyr elə,
Dedim bir gül üzək, dedi tələsmə.
***
Mənə elə gəlir görüşəcəyik,
Uzun sürməyəcək bu həsrət, bu qəm.
Sonra təəssüflə gülüşəcəyik,
Sənə necə gəlir...onu bilmirəm.
***
Yenə də gözlərim gözündə qalıb,
Gördüyün mənaya qurban olaram,
Əgər həqiqətsən, mən həqiqətə,
Röyasan, röyaya qurban olaram.
***
Bəlkə məhəbbətin hökmü belədir,
Incidin arabir, küsdün arabir.
Bildin ki, sədaqət ürəyimdədir,
Qayıtdın yenə sən yox deyə-deyə.
***
De, nədir səadət həyatda, gülüm,
bir könül xoşluğu, bir az təbəssüm,
onu da, bunu da sən bağışladın,
Dünyanı dünyada sən bağışladın...
***
Beləcə, yellərə verdim illəri,
aylara,illərə verdim illəri.
Mən vaxtı itirdim səndən ötəri,
mən səni itirdim vaxtdan ötəri.
İtirə-itirə pozuldu nəşəm,
özüm itirmişəm...
heç bilməmişəm.
Bu bəndlərdən çox əlavə etmək olar, hamısı bir mahnını bəzəyən sözlərdi bunlar. Nəriman dünyasından, Nəriman qələmindən süzülüb musiqi dilində daha da canlanan sözlər...
Bu gün doğum günündür, sevimli şairimiz Nəriman Həsənzadə! Sizi Qadın. Net saytı adından ürəkdən təbrik edirik! Uzun və sağlam bir ömür diləyirik. Sevə-sevə izlədiyimiz yaradıcılıq yolunda uğurlar arzulayırıq. Siz neçə könüllərin sarı simini oyadacaq poeziya dünyanızı bizimlə bölüşmüsünüz, bunun üçün Sizə çox minnətdarıq.
Nəriman Həsənzadə poeziyasını sevənlər üçün onun öz səsiylə “Deyirlər tanış ol” şeirini və gözəl müğənnimiz Flora Kərimovanın ifasında şairin sözlərinə bəstələnmiş "Fikir eləmə" mahnısını dinləmək hamımız üçün xoş olar. Buyurun...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Neftçi" - "Xəzər Lənkəran" oyununda dava düşdü
Bakıda 4,2 milyon manata 2 villa satılır
Meqan Markl Kral ailəsinin əsas qanunu pozdu-FOTO
Modern yataq otaqları
Xaçmazlı idmançı Avropa çempionatının qalibi oldu
Ərdoğan: "Əgər mən Türkiyə prezidenti olsam..."
Ardıcıl iki dəfə karantini pozan turist yarım milyon dollar cərimə ödəməli olacaq
Heyvalı salat və sarımsaqlı kök salatı (foto resept)
Məşəl Heydər Əliyev Mərkəzində
HAVA necə olacaq?- 7 APREL
Qeyri-adi azyaşlı
Bal və darçınla arıqlamaq
Elmi hesablamalar nəticəsində dünyanın ən yaraşıqlı kişisi seçildi - FOTO
Sabah Qanlı Ay olacaq
11-ci siniflərə SEVİNDİRİCİ XƏBƏR - Güzəştlər olacaq
Müəllimlərin məktəbli forması GÜNDƏMDƏ
Onlar yaşasalar da, öldüklərini düşünürlər
Bu günün hava proqnozu
İllərə meydan oxuyan modeldən FOTOsessiya
Qadının həyatında hamiləlik
Hadise paylaşdığı rəqsi haqqında danışdı
Prezident icra başçılarını dəyişdi
DİN qələbə xəbərlərini atəşfəşanlıqla qeyd edənlərə müraciət edib
Azərbaycanda koronavirusdan daha doqquz nəfər öldü: 391 yeni yoluxma - FOTO
"Trampın sinəsində ağrı..."
Hər şeyə hazıram, amma bir şərtim var... - Paşinyan AÇIQLADI
Fıstıqlı dondurma (foto-resept)
Alış-verişi harada etməli?
Bölgəyə yağan qar bu sürücüləri peşman elədi
Azərbaycanda payız üçün anormal hal
93 kiloqram arıqlayan aktrisa çimərlikdə - FOTO
Cəriməsini ödəməyən piyadalara qarşı – SƏRT CƏZA
Ən gözəl məscidlər
Mətbəx mebelləri
Dilimiz
Aclığın ipini çəkən tapıldı
Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı
Ekspress testlər koronavirusu müəyyənləşdirmir - AÇIQLAMA
Cem Yılmaz Defne ilə barışdı?-FOTO
Meray Keri 20 kqdan çox arıqladı-FOTO
Hande və Murat Qış Tətilində-FOTO
DİQQƏT: Telefon kamerası ilə İZLƏNİLİRSİNİZ
Sükut günü başladı
Xudavəngin vaizindən ermənilərlə monastırda yaranmış mübahisə ilə bağlı AÇIQLAMA
93 yaşlı nənənin etdikləri hər kəsi heyran etdi-VİDEO
Sevənləri "Tez evlənin" yazdılar-FOTO
Bir günə 1kq çəkini necə atmaq olar?
Whatsapp məhz bu telefonlarda işləməyəcək - SİYAHI
Hər gün...
Ağrılı aybaşı
- ŞƏRHLƏR