Hörmətli məktub!
Salam, əziz Atam!
Necəsən? Necə yaşayırsan? Həyatında hansı yeniliklər var? Sənin haqqında bu illər ərzində baş vermiş hər bir şeyi bilmək istəyirəm, əziz Atam. Ancaq istəyirəm ki, əvvəlcə özüm haqqında danışım. Məndə hər şey əvvəlki kimidir. 1992-ci ilin soyuq fevralında olduğu kimi indi də bərk soyuqdur. Artıq qış gəlib. Tez-tez qar yağır. Hər tərəf dümağ qar içindədir. Hər dəfə qar yağanda çox kövrəlirəm. Axı qarlı-şaxtalı bir gecədə məni səndən ayırdılar. O qansız cəlladlar heç kəsə - qocalara, qadınlara hətta südəmər körpələrə də rəhm etmədilər. Həmin gecə ən müasir silahlarla silahlanmış erməni quldurları və rusların 366-cı motoatıcı alayının əsgərləri dinc və əliyalın əhaliyə divan tutdular. İllər, aylar, günlər keçsə də, o gecədə eşitdiyim dəhşətli insan bağırtılarını, donmuş meyidləri, tanınmaz hala salınmış körpə cəsədlərini unuda bilmirəm, əziz Atam.
İçimin bir ahı var.
Nurani qocaların,
Ağbirçək anaların,
Beşikdə körpələrin,
Obaların, ellərin,
Alışıb külə dönən
Çəmənlərin, çöllərin
Deyin, nə günahı var?!
İyirmi il əvvəl son dəfə səndən zorla ayrıldıqdan sonra mən sənə çox məktublar yazmışam. Amma sən ya məktubları almamısan, ya da ki onları oxumamısan. Bəlkə də, oxumamağın daha yaxşıdır.Oxusaydın, mənim üçün narahat olardın və vicdan əzabı çəkərdin. Lakin mən sənin oğlunam və başa düşürəm ki, bu, çox çətindir, həm də xoş deyil. Ona görə də susuram, özümü elə göstərirəm ki, guya hər şeyə dözürəm. İçimin ahı isə özümü yandırır. Yansam da tüstümü heç kim görmür.
Əziz Atam, artıq mən onların dilində danışmağı öyrənmişəm. Buna çox təəssüflənirəm. Lakin bu, bir həqiqətdir, danılmaz bir həqiqət. Nə qədər çalışsam da, bu həqiqətdən qaça bilmirəm. Onlara – qansız cəlladlara nə qədər nifrət etsəm də, ancaq onların murdar səsini eşidir, ayaq izlərini duyuram. Ürəyim ağrıya-ağrıya, içim yana-yana onların həyasızcasına özlərinin adlandırdığı “Sarı gəlin”ə qulaq asmışam. Dilim yansa da, illərdən süzülüb gələn bu mahnını öz-özümə zümzümə etmişəm, öz-özümə ağı demişəm, layla söyləmişəm.
Əzizim, arxa haray,
Su gəlir arxa, haray.
Xocalı dad eyləyir,
Çağırır: arxa, haray!
Mənim səhərlərim sənsiz açılır, əziz Atam. Ömür üfüqlərim sanki dumandır, çəndir. Kainat sonsuzdur, insan isə gəldi-gedərdir. Ayrılıq saçlarıma artıq dən salıb. Döyülməkdən, söyülməkdən, həqarətlərə tuş gəlməkdən yorulmuşam, bezmişəm, usanmışam.
Ata! Bizim bu yaralı vəziyyətimizə sən də günahkarsan. Sən həmişə bizi başqa xalqlara, millətlərə hörmətlə yanaşmağı, onların dilində danışmağı öyrətmisən. Digər övladlarını da başqa dillərdə danışmağa məcbur etmisən. Etiraf edim ki, mən heç vaxt başa düşə bilmirdim ki, biz niyə qonağın dilində danışmalıyıq. Özümüzün şirin, doğma ana dilimiz – Azərbaycan dilimiz olduğu halda. Eh... Bizdə nədənsə hər şey həmişə tərsinə olub.
Atacan, düşünmə ki, mən hər zaman ailədə xüsusi bir yerimin olduğunu istəyirdim. Bilirdim ki, mənim Şuşa kimi adına dastanlar qoşulan, şəninə təriflər söylənən Qarabağın tacı olan böyük qardaşım var:
Ay anam, ay Şuşam, hər daşın üçün
Sənin torpağından bir arşın üçün,
İnan “of” demərəm öz başım üçün
Uğrunda bu millət döyüşəcəkdir!
Sən demişdin ki, mən sənin ən istedadlı, ən çox arzu edilən övladınam. Yenicə şəhər olmuşdum, ay Ata! Buraya müxtəlif yerlərdən gediş-gəliş başlamışdı. Əlif Hacıyevin səyi nəticəsində günbəgün şöhrətlənirdim. Lakin namərd gülləsi onu da susdurdu. Neçə-neçə oğlum, qızım qucağımda can versə də, onları son dəfə bağrıma basa bilmədim. Bu, məni hər şeydən çox yandırır. Günahsızlığım, haqqımı sübut ede bilməməyim ağır bir daş kimi üstümə çöküb. Bu daşdan qurtulmağa çalışsam da, bacarmıram.
Atacan, səninlə olduğum o gözəl günlər, vaxtlar üçün çox darıxmışam. Səni unuda bilmirəm. Nə qədər çalışsalar da, səni mənə unutdura bilmirlər. Hər gecə müxtəlif yuxular görürəm. Yuxularımda biz bir yerdə oluruq, öz doğma ana dilimizdə şirin-şirin danışırıq. Hərdən digər əsir qardaşlarım – Şuşa, Laçın, Füzuli, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Zəngilan da yuxuma gəlir. Onlar da çox dəyişib, yadlaşıb...
Əslində mən bu məktubu yazmamalıydım. Ancaq dözə bilmədim. Inan ki, mənə də, digər əsir qardaşlarıma da çox çətindir. Hər yerdə onlar var. Nifrət etdiyimiz, görmək istəmədiyimiz qəddar düşmənlərimiz. Hər dəqiqə, hər an çalışırlar ki, onlara bənzəyək. Bizim üzərimizdə dərin izlər qoymaq istəyirlər ki, sonra “Bax, bunlar bizimdir”, - desinlər.
Atacan, artıq dayanmağa gücüm qalmayıb. Bütün təhqirlərə dözürəm və susuram. Mən alçaldılsam da, onlara öyrəşə bilmirəm.
Bu torpağın canısan,
Selə dönmüş qanısan.
Sən kimin qurbanısan?
Layla, Xocalım, layla.
Genosid, faciə, soyqırım... Mənim fikrimcə, bu, ən ağır, insan ağlına sığmayan bir xəyanət idi. Yaxşı ki, bu xəyanətdən xəbərdar oldun. Sənin mərd, qeyrətli oğlun Çingiz Mustafayevin qəhrəmanlığı nəticəsində başıma açılan bütün müsibətlər sənə çatdırıldı. Indi halımın necə olduğunu, yəqin ki, yaxşı anlayırsan.
Ey mənim xəyanətə, dostluğa qurban gedən, əziz Atam. İyirmi il bütün kökləri kəsib atmaq üçün böyük bir zamandır. Bu müddət həm də yeni nəsil yetişdirmək üçün kifayət qədər uzun zamandır. Çox güman ki, bir gün səninlə qarşılaşsaq, məni tanımayacaqsan. Yəqin ki, digər əsir qardaşlarımı da. Ədalət hissini artıq unutmuşam. Onun əvəzində qəlbimdə kin, nifrət, qəzəb hissləri kök salıb. Mən bu ədalətsizliyi heç vaxt onlara, onların himayədarlarına, bütün dünyaya bağışlamayacağam.
Daha nə yazım, əziz Atam! Sözlərim çoxdur, lakin səni daha da əzmək, kövrəltmək istəmirəm. Lakin fikrimi alt-üst edən, yuxularımı əlimdən alan bir sualı da sənə verməkdən çəkinmirəm: “Bizi qaytarmaq fikrində deyilsən ki!?”
Sağlıqla qal!
İmza: Oğlun Xocalı
20 fevral 2012-ci il
XƏBƏR LENTİ
"Sağlam yolla çəkinizi artırın"-2
Yağış yağacaq
BÜRCLƏR bizə nə vəd edir?-24 yanvar
Yarpız haqqında bilmədiklərimiz
Uruqvay prezidenti rəsmi tədbirə ayaqyalın gəldi
Məşhur müğənninin 2,5 milyonluq villası uçdu-FOTO
0-2 yaş arası uşaqların zəka inkişafı
Möcüzə enerji-1
"Qalatasaray"da nə baş verir?
Bürclərə görə 2017-ci ilin ən dəqiq proqnozu: Xoruz kimin üzünə güləcək?
Azərbaycanın və Çexiyanın birinci xanımlarının görüşü olub
Şövkət Ələkbərovanın doğum günüdür
ABŞ-da Zika virusu daşıyıcıları artıb
İdman və astma
Ana ölümlərinin səbəbi: "Ərə gedəndə bunu gizlədirlər"
Dueyn Conson üçüncü dəfə ata olub-FOTO
Azərbaycanda yaz havası nə vaxta kimi davam edəcək?
Qaçmaq
Kirpik tökülməsi üçün maska
Təhsil Nazirliyi: Pandemiya dövründə müəllimlərin 37 faizi yaşına görə risk qrupuna daxildir
Vanqanın davamçısından dəhşətli – Öncəgörmələr-FOTO
Məşhur müğənni Həbs Olundu-SƏBƏB
“Nu poqodi”nin davamı çəkilir
Sağlam olmağın sirləri
Aqillərin inamına görə...(2)
Şaftalılı keks (foto resept)
Lavrov yenidən Bakıya gəlir
TQDK sədri Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyasının konfransında iştirak edəcək
İnternet bu tarixdə çökə bilər
Putin Ərdoğanı "duelə" çağırdı
Dünyanın yeni qitəsi tapılıb
Azərbaycanda gec evlənən kamil olur?
Jurnalistlərə evlərin orderləri təqdim olundu
Udinlər bayram edirlər
Samsung Galaxy S5 rekord vurur
Dünyanın ən gözəl kitab dükanları - FOTO
Bakıya yağış yağacaq
Asan hamilə qalma yaşı neçədir?
"Qızıl Palma"nın qalibləri bəlli oldu-FOTO
İlham Əliyev: Ermənilərə vaxt lazım olacaq
Yazıçı Umerto Eko öldü
Damcı damcı ilə birləşər, amma daş daşla birləşməz
Doğuşdan sonra necə qidalanmalı?
Pizza (foto resept)
Madonna işıqsız və musiqisiz izləyicilərini coşdurdu-VİDEO
"Santa-Barbara"nın məşhur aktyoru öldü
Günün qoroskopu: yaranmış situasiyanı təhlil edin
Fiyonklu gəlinliklər 2012
Boğaz ağrısında təbii müalicə üsulları
Daha bir neçə bankın kreditlərini MilliÖN terminalları vasitəsilə ödəmək mümkün olacaq
- ŞƏRHLƏR