Azərbaycanın xalq artisti Lütfəli Abdullayevi müasirləri "Gülüş kralı" adlandırmışlar. O, Azərbaycan Komediya Teatırının yaradıcılarında bir olub. Hazırcavablığı, gülüş estetikasına malik olaması, mimika-jest hərəkətləri ilə obrazının komik xarakterini canlandırmaq bacarığı, savadı olmasa da müdrik və zəngin daxili aləmə malik bir insan olduğuna görə böyükdən-kiçiyə hamının yaddaşında dərin iz buraxa bilmişdir.
1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yaranır və Lütfəli Abdullayev də truppaya qəbul edilir.
Teatrda bir-birinin ardınca Əbdürrəhman bəy Haqverdiyevin "Köhnə duman" əsərində Tağı, Cəfər Cabbarlının "Od gəlini" əsərində Oddamdı, Məmmədhüseyin Təhmasibin "Çiçəklənən arzular" əsərində Nadir, Georgi Midivaninin "Kimdir müqəssir" əsərində Rəşid obrazlarını canlandırır. Daha sonra Azərbaycan Filarmoniyasının nəzdində fəaliyyət göstərən truppada işləməyə başlayır.
Təbiətcə şən, optimist olan Lütfəli Abdullayev ifa etdiyi rollara kolorit və orijinal özəlliklər qatmağı sevirdi. Onun gülüşü boş və mənasız yox, düşündürücü gülüş idi. Görkəmli bəstəkar, xalq artisti Səid Rüstəmovun "Beş manatlıq gəlin" tamaşasındakı kar Mövsüm rolu Lütfəli Abdullayevin debüt ifası oldu. Daha sonra bir-birinin ardınca "Durna" tamaşasında Dursun, "Hacı Kərimin aya səyahəti" tamaşasında Hacı Kərim, "Hicran" tamaşasında Mitoş, "Özümüz bilərik"də Murtuzov, "Bir dəqiqə"də Səməndər rollarını xüsusi peşəkarlıqla ifa edərək yadda qalan obrazlar yaratmışdır.
Sənətkar kinoda da öz sözünü demişdir. "O olmasın, bu olsun"da hambal, "Arşın mal alan"da Vəli, "Əhməd hardadır?"da Zülümov, "Ulduz"da Məhəmməd rolları onun həqiqətən də bu sənət üçün yaşadığını bir daha sübut edirdi. O qeyd edirid ki, yaratdığı hər bir obraz həyatda rastlaşdığı insanların prototipidir.
Tamaşalarında daim gülüş hədəfi olan obrazlar yaratmasına baxmayaraq, çox ciddi bir insan idi. Çox gec ailə həyatı qurmuşdu, sevdiyi xanıma düz 15 ildən sonra qovuşmuşdu. Xoşbəxt ailəyə sahib olduğunu deyirdi, yaxşı ata, gözəl ailə başçısı idi. Qızlarının təhsilinə xüsusi önəm vermiş, özü rus dilini bilmədiyi üçün Moskva teatrından aldığı dəvətdən imtina etmək məcburiyyətində qaldığını qeyd edərək övladlarının bu dildə təhsil almasına xüsusi təşəbbüs göstərmişdir.
Hədsiz qayğıkeş və mehriban bir insan idi, heç tanımadığı insanların problemini dinləyər və onlara daim kömək etməyə çalışardı. L.Abdullayev ona kömək üçün müraciət edənləri naümid geri qaytarmazdı. Hətta ilk dəfə gördüyü insana belə hər cür kömək edər, onları fikirləşmədən evinə də qeydiyyata salardı. Bu cür böyük ürək sahibi idi Lütfəli Abdullayev. Azərbaycan SSR xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat etmişdir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Keloid nədir?
Heyvan sevgisi
Xalq artisti Emin boşanmasından danışdı
Mehriban Əliyeva Mərdəkan və Binədə körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Ermənilərə yeni silahlar verildi
Ətirlər haqqında bilmədiklərimiz
Azərbaycanda anomal soyuqlar gözlənilir
C vitamini
Reklamlar uşaqlara mənfi təsir edir
Hər gün istifadə etdiyiniz kremlərdəki təhlükə
Azərbaycanda keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı
Onlara da insan hüquqları verildi
Xalq artisti ilə bağlı sərəncam imzalandı
Hava haqqında
Evliliyi qorumağın 8 yolu
Günün ulduz falı
Nazirlik isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ etdi
Türkiyədə İŞİD hesabatı: Azərbayacan ilk beşlikdə
Mətbəx hiylələri
Gözəl saçların sirri
11 Yaşlı Alimdən İnanılmaz Sözlər-FOTO
Ən uğurlu pəhrizin sirri açıldı
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Balaca modabazlar
İlin dəbli çantaları
İndoneziya silkələndi
WhatsApp-da iki böyük yenilik
Azərbaycan damları üç və ya daha çox dəfə bahalaşa bilər
Hikmət Hacıyev: “Gəncədəki hadisə evimizdən bir neçə yüz metr aralıda baş verib, atam dedi ki...”
“Aşk-i Memnu”dan sonra ilk dəfə
Moruqlu peçenye (foto resept)
Göyərti boxçası
İki stəkan südün gücü
Yunanıstan tarixinin ən gənc spikeri
Altı ildə maşın sayı 2 dəfə artıb
Paratha - hind kökəsi (foto resept)
Moskva gözəli tacından danışdı-FOTO
Günün qoroskopu:İşgüzar olun!
Meyvə pəhrizi
Hər kəs Acunun xanımından danışır-FOTO
Karbondan Bugatti velosipedi
Arnold Şvartsenegger baba oldu
Almalı piroq (foto resept)
"Ordumuz çox itki verdi"
Şəki halvasının hazırlanması
Yaylıq istafədə etməyin 5 yolu
Dünyanın gözlədiyi toya az qaldı - FOTO
Obama: "Konqresin fəaliyyəti ABŞ iqtisadiyyatını təhdid edir"
Kahının inanılmaz faydaları
- ŞƏRHLƏR