“Bilirdim ki, koronavirusa yoluxan şəxs dad və qoxu hissini itirir. Səhər işə gedirdim. Duş qəbul etdim, geyindim, üzərimə ətir püskürdüm. Ətirin qoxusunu hiss etmədim. Özümü yaxşı hiss edirdim. Hətta bir anlıq zənn etdim ki, vurduğum ətir zaydır, yeni deyil.
Qoxu hissini itirdiyimi anladım. Səhər yeməyini yedim. Anladım ki, dad hissimi də itirmişəm. Həkim çağırdım. Koronavirus testindən keçdim. Testin nəticəsi müsbət oldu.
Hərarətim olmadı. Kürəyim və bədənim ağrıyırdı. Antibiotik içdim, sağaldım. Əsas məsələ başqalarına bu virusu yoluxdurmamaqdır. Hamıdan təcrid olunmuşdum. Evdə uşaqlar yox idi. Mənimlə yaşayanların hamısını ətrafımdan uzaqlaşdırdım. İki həftə tək qaldım.
Bu, mənim üçün yeni təcrübə idi. İki həftə ərzində özümlə yenidən tanış oldum. Bu zaman ərzində anladım ki, uşaqlarımla daha çox vaxt keçirib, daha az turnelərə çıxmalıyam.
İldə 100-ə qədər konsert verirəm. Bu, kifayət qədər sıx cədvəldir. Turnelərin sayını azaltmağın zəruriliyini başa düşdüm. “Jara” beynəlxalq musiqi festivalı 10 ölkədə keçiriləcək. Şənliklərin əksəriyyəti 2021-ci ildə baş tutacaq. Festivalla bağlı böyük planlarımız var”.
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti və iş adamı Emin Ağalarov “YouTube”da yayımlanan “Alyona blin!” şousunun qonağı olarkən deyib.
Bir müddət öncə ikinci həyat yoldaşı Alyona Qavrilovadan ayrıldığını sosial media hesabında bildirən sənətçi saysız-hesabsız müzakirələrə səbəb olan boşanma mövzusuna aydınlıq gətirib:
“Həyat yoldaşım Alyona Qavrilova ilə özünütəcriddən əvvəl ayrılmışdım. “Instagram”da həmin paylaşımı etdiyim vaxt artıq Alyona ilə birlikdə yaşamırdım. Ayrılmağımızın səbəbləri barədə danışmaq istəmirəm. Çünki çox özəldir. Biz pozitiv notlarda ayrıldıq. Övladımızın olduğunu tam dərk edirik. Uşağımız üçün yaxşı valideyn olmaq istəyirik. Qızımızın hər hansı münaqişə və ya anlaşılmazlıq olduğunu hiss etməməsi üçün bir növ təmasda qalmaq istəyirik. Ayrılmaq qərarının kim tərəfindən irəli sürüldüyünü demək istəmirəm. Qəbul edildi və həyata keçirildi”.
Aparıcının “Alyona ilə ayrıldığınızdan sonra adınız bir çox məşhur xanımlarla - müğənni Polina Qaqarina, Zivert və teleaparıcı Yuliya Baranovskaya ilə çəkildi” sözlərinə Xalq artisti “Bir çox həmkarım zəng edib dedi ki, indi müğənni Polina Qaqarina ilə bir yerdəsən (gülür)” cavabını verib və fikirlərini belə davam etdirib:
“Cavab olaraq dedim ki, bir həftədə iki ulduz cütlüyün ailəsi dağılırsa (müğənni Polina Qaqarinanın həyat yoldaşı, fotoqraf Dmitri İshakovdan ayrıldığı barədə xəbərlər yayılıb - red.), bu, o demək deyil ki, onlar birlikdə olmalıdırlar. Polina ilə bir yerdə deyilik. Sosial şəbəkədə televiziya aparıcısı Yuliya Baranovskaya ilə evli olduğumu oxudum. Yuliya ilə yalnız dostam. Zivert əla müğənnidir. Onunla həyatda iki dəfə görmüşük.
Hazırda heç kimlə münasibətim yoxdur. Evli olduğum müddətdə heç kimlə sevgi romanı yaşamamışam.
Alyona ilə evləndiyimə görə peşman deyiləm. Onunla uzun müddət yaşadım. Əminliklə deyə bilərəm ki, bu, xoşbəxt illər idi. Bir uşağımız var. Alyona ilə aramda hörmət və isti münasibət var. Münasibətlərdə nə Alyona, nə də mən bir-birimizi incitmədik və xəyanət etmədik. Bu, ikinci evlilik və böyük təcrübədir. Nə birinci, nə də ikinci evliliyimdən peşman deyiləm.
Aparıcının “Deyirsiniz ki, pozitiv notlarda ayrıldıq. Lakin Alyona sosial media hesabında bu ayrılığı ağrılı keçirdiyini yazdı” sözlərinə E.Ağalarov belə reaksiya verib:
“Bir qadının əri ilə ayrılıq mövzusunu müzakirə etməsi ağrılıdır. Bu mövzuda xoşagələn bir şey yoxdur. Nikbin insanam. Uğurlu seçim olsa, hər şey yaxşı olacaq. Bir şey düzəlmirsə, evlilik naminə birlikdə yaşamağa hazır deyiləm. İnanıram ki, sevgi və qarşılıqlı anlaşma olmazsa, xoşbəxtlik olmaz. Bir dəfə yaşayırıq... Əgər xoşbəxtlik yoxdursa, normal insanlar kimi bu əlaqəni bitirmək lazımdır.
Uşaq hələ kiçik olduğu üçün Alyona ilə yaşayır. Bu məsələni müzakirə etdik. Yalnız təcrid dövründə uşağı görmədim. Mən qızımla hər gün görüşürəm. Zamanımın çox hissəsini onunla keçirirəm. Bütün övladlarımı sevirəm. Boş vaxtlarımı onlarla keçirmək istəyirəm.
Qızım Afinanın siması mənə çox bənzəyir, xüsusilə qaşları. Lakin o, anasına və böyük oğluma oxşayır. Afina suyu çox sevir. Daim onunla hovuzda oluram. Ona yaşına uyğun uşaqlar üçün zehni inkişaf etdirən oyuncaqlar alırıq. Hər şeyi başa düşür və reaksiya verir”.
“Afina böyüyəndə anası Alyona ilə niyə ayrıldığınızı soruşsa, ona bu məsələni necə izah edəcəksiniz?” sualına Emin belə cavab verib:
“Bu mövzu haqqında düşünməmişəm. Fikirləşirəm ki, bu an gələndə cavab səmimi olacaq. Hər şeyi olduğu kimi söyləyəcəyəm. Çünki anası ona həqiqəti danışacaq. Şüurlu yaşda bir uşaq hər şeyi başa düşəcək”.
“Sosial mediada Alyona ilə ayrılmağınıza səbəb kimi ailənizin onu qəbul etmədiyi söylənildi. Bu həqiqətdir?” sualına Xalq artisti belə münasibət bildirib:
“Bu, tamamilə səhv fikirdir. Ailəm Alyonanı qəbul etməsəydi, o zaman bu evlilik də olmayacaqdı. Anam tərəfdən heç bir problem yox idi. Atam tərəfdən ola bilər. Lakin Alyona ilə evli olduğum zaman hər şey qaydasında idi”.
Söhbət əsnasında “Deyirlər ki, aranızda rəsmi nikah olmayıb” replikasına iş adamı E.Ağalarov “Düşünürəm ki, bütün bu məqamlar pərdə arxasında qalmalıdır” sözləri ilə şəxsi həyatı ilə bağlı sorğu-suala nöqtə qoyub.
XƏBƏR LENTİ
Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi: "Şəkillər saxtadır"
Ermənistan satlığa qoyulub
Uzun illər qıtlıq gözlənilir
2018 Coachella festivalı
Gəncədə gimnastika üzrə Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr edilən açıq birincilik keçirilib
Facebook-da təhlükə
Corc Buşun qızının toyu oldu-FOTO
Almaniyada ilk peyvənd 101 yaşlı qadına vuruldu
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
Uşaqlara məcburi yemək yedizdirmək doğrudurmu?
Taksi də bahalaşdı. Bundan sonra nə olacaq?
İngiltərədə dinozavrın skeleti 650 min dollara satıldı
Kopenhagen moda həftəsi
Qiyməli qarabaşaq (foto resept)
Hərbçilərimiz müharibəyə hazırdır?
HAVA xəbərdarlığı
Alimlərdən inanılmaz kəşf
HAVA necə olacaq?
Diktatorların qadınları
Azərbaycan ordusu Bərdəni atəşə tutan “Smerç”i məhv etdi - VİDEO
Noyabrın 15-i son vaxtdır
Tətilin SON GÜNÜ Başa çatır
Şeyma Subaşı son FOTOsu ilə diqqət çəkdi
BÜRCLƏR bizə nə vəd edir?-25 yanvar
Yeni il şarı düzəldək
Gülşen açıqlaması ilə diqqət çəkdi
BÜRCLƏR bizə nə vəd edir? - 25 APREL
Uşaqlara hansı yaşda hansı oyuncaq verilməlidir?
Təbrizdə Azərbaycan ordusuna dəstək aksiyası: “Biz ölməyə hazırıq” - VİDEO
Xərçəng xəstəliyindən qorunun!
Ən bahalı və ən ucuz ixtisaslar
50 yaşlı qadın üçəm doğdu
Nəhayət ki: itmiş təyyarə tapıldı - FOTO
Yüksələn dərd: təzyiq
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb
Dünyanın ağ ciyərləri belə məhv edilir
Qarpız niyə bahadır?-Nazirlikdən şərh
Azərbaycanda daha 338 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
Xaosun harmoniyası və ya heç nə(2)
TQDK-dan imtahanlarla bağlı açıqlama
Əlvida, Madiba!
"Ayrıldılar" deyilən cütlük toya hazırlaşır
Günün qoroskopu: aktiv olun, enerjili çalışın
İnfarkt keçirən xalq şairindən xəbər var
Çindən Rusiyaya ümid vədi: hər şey yaxşı olacaq
Ancelina Coli ilə Bred Pitt haqqında gizli fakt üzə çıxdı
Bu gün bir neçə rayon qazsız qalacaq
Super qadınlar üçün super qidalar
Vətən Müharibəsinin iki dost, iki sirdaş qaziləri - VİDEO
Pendirli poğaça (foto-resept)