Qədimilik, tarixi keçmiş, zəngin mədəniyyət deyərkən ağıla ilk gələn rayonlar içində Kəlbəcər də xüsusi yer tutur. Çox heyflər olsun ki, erməni quldurlarının əlinə keçdikdən sonra Kəlbəcər viran olundu. Tarixi abidələr qarışıq hər şey talan oldu. Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı.Bunlar hamısı bir xalqın tarixini sübuta yetirən nümunələr idi. Nankor əli bu abidəlirin məhvini çoxdan gözləyirdi sanki...
1993-cü il aprel ayının 2-də erməni silahlı birləşmələri Azərbaycan xalqına növbəti ağır zərbəni vurdu. Bu hücum zamanı Kəlbəcər rayonu sanki vəhşiliyin qurbanı oldu. Qana susamış düşmən 511 nəfər rayon sakini, 55 hərbiçini öldürmüş, 321 nəfəri girov götürmüşdür. Rayonun 13 min yaşayış evi, 500 ictimai bina, 96 orta məktəb, 76 səhiyyə müəssisəsi, 62 körpü, 37852 hektar meşə sahəsi, 4 tarixi abidə, 172 mədəniyyət ocağı, 100 minlərlə baş mal-qara, qoyun-quzu və s. düşmən işğalında qalmış, talan edilmiş və erməni xislətinə uyğun şəkildə dağıdılmışdır.
Azərbaycanın ərazicə ən böyük rayonu olan Kəlbəcər ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın qala qapısı adlanan Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3500 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirdi. Həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmış oldu. Məhz bu üstünlükləri əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal edə bildi.
Artıq 20 ildir Kəlbəcərin füsunkar gözəlliyə sahib olduğu dağları, onun yamacındakı buz bulaqları, düzlərində bitən al-əlvan, min bir dərdin dərmanı çiçəkləri doğma insan nəfəsinə möhtac qalıb. Yaran dərindir, Vətən! Bu yarana məlhəm olacaq igid oğulların harayına yetişəcək, səni yad nəfəsindən, qədirbilməz caynağından xilas edəcək bir gün. Gözlə igidlərinin yolunu...
Kədərdə bulunur, dərdli Kəlbəcər,
Dərbədər düşmüsən, ay Vətən oğlu.
Tanrıdan, taledən, yoxsa Fələkdən,-
De, kimdən küsmüsən, ay Vətən oğlu?
Laçınlar oylağı laçınsız qalıb,
Qarsıyıb güneyi, daşı da yanıb.
O cənnət diyarlar yağıya qalıb,
De, necə dözürsən, ay Vətən oğlu?
Tərlanın yuvası quzğun, sardadır,
Zirvədə dolaşan qara qarğadır,
İsmətin, namusun, arın tapdanır,
Hardadır qeyrətin, ay Vətən oğlu?
Köç edib ellərin, torpaq əmanət,
Məzarlar əmanət, ruhlar dardadır.
Sücaət, Bəhmənin söylə hardadı,
Yaslıdır dağların, ay Vətən oğlu.
Qalıbmı nişanə, qalıbmı əsər,
O dilbər guşədən kim verər xəbər,
Sazı da susmayır, ötür sərasər.
Dillərdə bayatı, ürəkdə kədər,
Döz indi bu hala, gəl, Vətən oğlu.
XƏBƏR LENTİ
Rus dili - РљРє
Ədviyyatlı sarımsaq soslu badımcan(foto resept)
Neft ucuzlaşıb
Həftənin ilk iş günü hava necə olacaq?
Bakıda “Sülh ağacı”
Dünyanın ən qapalı ölkəsi
Kivi mürəbbəsi (foto resept)
İmmunitet sistemini gücləndirmək üçün 3 qayda
Tarkanın maşını TƏƏCCÜBLƏNDİRDİ-FOTO
2014-cü il Louis Vuitton çantaları
Hava haqqında
Ağıllı və güclü kişilər niyə tənha olur?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
Qreypfrut yağının 14 möcüzəvi faydası!
Pelin Akıl “Eşkiya dünyaya hükümdar olmaz” serialında
Xoşbəxt qadın olmaq üçün 16 qadağa
Təhsil işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılmasının YENİ YOLU
Ağıllı insanların ortaq xüsusiyyətləri
“Hababam Sınıfı”nın Mahmud hocası öldü (FOTO)
Günün ulduz falı
Körpələrdə göbək yırtığı
8 yaşlı YouTuber 22 milyon qazandı
Yaşam indeksi ən yüksək olan şəhərlər – SİYAHI
Əqiq və ya firuzə daşlı üzük taxmağın savabı varmı?
Ermənilər üçün faciəvi proqnoz
ABŞ Marsda 10 minlik şəhər tikəcək
Qadınların kişilərdə sevmədiyi 5 xüsusiyyət
Uşaqlarınıza dərs deyən SAXTA müəllimlər
Azərbaycanda istirahət günü hava necə olacaq?
Ailəmizin məzəli əhvalatları
Piroq
Bu ilin dəbi - narıncı
Riyaziyyat bəyi şoka saldı
Bu gün "Qarabağ" çempion olacaq?
HAVA necə olacaq?
Meyvə çayları dişlərə zərərlidir
Bakı bulvarı tamamilə internetləşdiriləcək
HAVA necə olacaq?
Həyat yoldaşınıza papaq toxuyun
Yeni ildə Tbilisiyə getmək istəyənlərə şad xəbər
Pandemiya dövründə öskürək terror kimi qiymətləndirilə bilər
LC Waikiki
Vahid Bayramov: "Milli Gimnastika Arenası bu idman növünün inkişafı üçün atılan çox vacib addımdır"
İrina Şeykdən yeni FOTO
Yeni il tortları
Dünyanın sonudur - yeni tarix açıqlandı
Qənirə Paşayevadan peşə əmək qabiliyyətini itirən vətəndaşlarla bağlı TƏKLİF
İşğaldan azad edilən Qubadlının peyk görüntüsü
Şokolad souslu rulet (foto-resept)
Azərbaycanda ən çox qar yağan yer açıqlandı
- ŞƏRHLƏR