Cavan bir qadın həyəcanla danışır,həkim onu diqqətlə dinləyirdi.Dediklərindən belə məlum olurdu ki,həyat yoldaşının və özünün razılığı ilə ilk hamiləlik abortla qurtarmış,ikinci hamiləlikdə körpə ölü doğulmuşdur.Üçüncü hamiləlik isə yeni doğulmuş körpənin sarılıq xəstəliyinə tutulması və bir neçə saatdan sonra tələf olması ilə nəticələnmişdir.İndi gələcək hamiləliyin qayğısına qalan qadın bunların səbəbini,müalicənin mümkün olub olmamasını soruşurdu...
Aparılmış müşahidələr göstərir ki,bəzən sağlam ailədə uşaq sarılıq əlamətləri ilə doğula bilər.Lakin belə körpələr bir neçə gündən sonra tələf olur,tək-tək sağ qalanlarda isə bir müddətdən sonra sinir sisteminin zədələnməsi müşahidə edilir.Müalicə olunmamış belə uşaqlar həyatları boyu əlil qalırlar.Bunun səbəbi uzun müddət müəyyən edilməmişdir.
1940-cı ildə isə insan qanında rezus amilin kəşf edilməsi həmin xəstəliyin səbəbini aydınlaşdırdı.
İnsanların təxminən 85 faizinin eritrositlərində rezus amili vardır.Tərkibində rezus amil olan insan qanını rezus müsbət,həmin xüsusiyyəti daşımayan qanı isə rezus mənfi adlandırmışlar.Eritrositlərdə rezus amilin olub-olmaması insanın sağlamlığına mənfi təsir göstərmir.İnsan bədənində xarici amillərdən mühafizə üçün fərdi mübarizə sistemi yaranmışdır.Həmin sistemdə əks-cisimlərin də mühüm rolu vardır.Əks cisimlər (antigenlər)yad zülalla birləşdikdə onu neytrallaşdırıb parçalayır.Qanı rezus mənfi olan şəxslərə rezus müsbət eritrositlər köçürdükdə,bədəndə əks cisimlər əmələ gələ bilər.Çünki rezus müsbət xüsusiyyətə malik olan eritrositlər rezus mənfi orqanizm üçün "yad"antigen olub,ona qarşı əks-cisimlər əmələ gətirir və bu uzun müddət orqanizmdə qala bilər.Belə şəxslərə təkrar rezus müsbət eritrositlər köçürülərsə,yad cisimlərin təsirindən onlar parçalanar.Bu isə ölümlə nəticələnə bilər.
Əks cisimlər hamiləlik dövründə də əmələ gələ bilər.Belə təsəvvür edək ki.qanı rezus mənfi olan hamilə qadının bətnində qanı rezus müsbət olan döl artıb inkişaf edir.Hamiləliyin inkişaf dövründə uşaq ananın bədəni ilə müvəqqəti üzv olan ciftlə əlaqə saxlayır.Uşağın normal inkişafı üçün lazım olan qida maddələri anadan uşağa cift vasitəsilə keçir.O,dölü karbohidrogen,yağ,zülal,duz,vitamin, su və başqa maddələrlə təmin edib,dölün və hamiləliyin düzgün inkişafı üçün xüsusi harmonlar hazırlayir,qanı karbon qazı və qalıq maddələrdən təmizləyir,orqanizmi oksigenlə zənginləşdirir.Cift bir növ dölün "ağciyər"və"böyrəklərini"əvəz edir,bir sıra mikroorqanizmlərin,zərərli maddələrin qan vasitəsilə dölə,döl eritrositlərinin isə ananın orqanizminə və əksinə keçməsinə mane olur.
İndi biz yuxarıda misal gətirdiyimiz hadisəyə qayıdaq.Belə fərz edək ki.ananın qanı rezus mənfi,dölünkü isə rezus müsbətdir.Döl eritrositlərini ananın qanına keçirməmək qabiliyyəti ciftdə pozulduqda dölün eritrositləri ananın qan dövranına daxil olur və nəticədə anada döl eritrositlərinə qarşı əks cisimlər əmələ gəlir.Həmin əks cisimlər anadan ötrü zərərli deyildir,çünki onun eritrositlərində rezus müsbət amil yoxdur.Lakin əmələ gəlmiş rezus əks cisimlər dölün qan dövranına daxil ola bilər.Deməli dölün bədənində rezus müsbət xüsusiyyətə malik olan eritrositlər,əks cisimlərlə birləşərək parçalanırlar.Eritrositlərin parçalanması nəticəsində dölün inkişafı pozulur.Nəticədə təkrarən uşaqsalma,dölün ana bətnində tələf olması,uşağın ölü doğulması,onun ağır formada sarıılıq və ya qansızlıq ilə anadan olması müşahidə edilir.Bu xəstəliklər hemolitik xəstəlik adlanır.
Rezus amil valideyinin irsi xüsusiyyəti olub,dölə verilir,hamilə qadının qanı rezus mənfi,dölün qanı isə rezus müsbət xüsusiyyətə malikdirsə,deməli bu xüsusiyyət dölə atadan keçmişdir.
Rezus mənfi xüsusiyyətə malik qadınlar rezus müsbət kişidən ilk dəfə hamilə olduqda doğulan uşaq sağlam olur.Bunu onunla izah etmək olar ki,rezus mənfi xüsusiyyətə malik olan ananın bədənində əks-cisimlər əmələ gəlməsi üçün müəyyən müddət lazımdır.İkinci hamiləlik dövründə isə əks-cisimlər artır ki,bu vaxt döl daha çox zədələnir.
Rezus amilin xüsusiyyəti dölün qanında hamiləliyin bir-iki aylığından müşahidə edilir.Abort zamanı rezus amili dölün eritrositləri ilə birlikdə ananın qanına keçərək əks-cisimlər əmələ gətirə bilər.
Qanı rezus mənfi olan qadınlar özlərini ilk hamiləlik zamanı abortdan qorumalıdırlar.Əks halda gələcək uşaqların həyatı təhlükədə qala bilər.
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki,yuxarıda qeyd etdiyimiz hadisədə körpənin ölməsinin əsas səbəbi rezus mənfi qanı olan qadının ilk hamiləliyi pozmasıdır.Qanları rezus mənfi olan qadınlar hamiləliyin ilk günlərindən həkim nəzarəti altında olmalıdırlar.
Belə bir sual meydana çıxır:bəs qadınlar rezus amilə dair məlumatı hamiləlikdən qabaq haradan ala bilərlər?Əlbəttə rezus mənfi qanı olan qadınlara və ya xəstələrə vaxtında təcili tibbi yardım göstərmək üçün onların qan qrupuna və rezus amilinə dair məlumatın əvvəlcədən olmasının böyük əhəmiyyəti vardır.Qanuna görə bütün vətəndaşlaırn razılığı ilə qanın qrupu və rezus amil haqqında onların pasportunda,doğüm şəhadətnamələrində,habelə vətəndaşın şəxsiyyətini müəyyən edən başqa sənədlərdə qeydlər edilməsi yerli səhiyyə orqanlarına bir vəzifə kimi tapşırılmışdır.
Dövlət əhəmiyyətinə malik bu mühüm işə ciddi yanaşmaq lazımdır.Vlideyn çalışmalıdır ki,həm özünün,həm də uşaqlarının sənədlərində qan qrupu və rezus amil haqqında qeyd edilsin.
Bu isə həm böyüklərin,həm də uşaqların sağlamlığınin qorunması deməkdir.
Gəlin bütün bu yazılanlara riayət edək ki,gələcəkdə sağlam övlad dünyaya gətirək,cəmiyyətimizə sağlam nəsillər bəxş edək.Allahın köməkliyi ilə...
XƏBƏR LENTİ
Onu bağışlamaq olarmı?!
Ağız qoxusunu necə aradan qaldırmalı?
Saxta və orijinal ətirləri necə fərqləndirməli?
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Feyzanın istədiyi məbləğ dodaq uçuqladır!
Günün ulduz falı
Sadə kök salatı (foto resept)
"Üç azdır, beş uşaq dünyaya gətirin" - Ərdoğan
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 175 yeni yoluxma
ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
Pələngə qızıl diş qoydular-FOTO
Günün qoroskopu: Sevdiklərinizə zaman ayırın!
Zombiləşən uşaqlarımız
Bu cızma-qara 1 milyona satılır (FOTO).
Dərinizə parlaqlıq qazandıracaq maska
Necatinin xanımı AÇIQLAMA verdi-FOTO
Adamlardan akkumulyator kimi istifadə edəcəklər
Sürətli saç uzadan yağ
Bakının mərkəzində "ayı" peyda oldu
Twitter yeni şirkət alır
Gəlinciyi gəlinliyə dəyişdirilənlər
İstanbul su altında qaldı
Göbələk yeməyi (foto resept)
450 min avroluq Mercedes
Dırnaqlarınızı qoruyun
İkinci dalğa bu tarixdə başlayacaq
Hava haqqında
Whatsapp-ı internetsiz necə işlətmək olar?
Allahşükür Paşazadə Türkiyənin səfirini qəbul edib
Açıq beyin əməliyyatı zamanı Xəstə Skripka Çaldı - VİDEO
Zəlzələ anında nə etmək lazımdır?
Cəbrayıl uğrunda döyüşərkən şəhid olan baş leytenant - FOTO
Dənizin ortasında yaşayan qəbilə
Doğum gününə görə xarakter (iyul)
Zakir Həsənov Qırğızıstana getdi
Qızıl balıq piroqu (foto resept)
Trampın yeni koronavirus testinin nəticəsi açıqlandı
Prezident və xanımı ümumxalq Xocalı yürüşündə - FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Duzlu pomidor (foto resept)
Azərbaycanda yayın başlama vaxtı dəqiqləşdi
Övladlığa götürülən uşaqlar valideyn məhəbbətini görürlərmi?
Yeni doğulmuş əkiz körpələr bir yataqda yatmalıdır?
Sabah qar yağacaq
Koronanın yayılma səbəbi açıqlandı - ÜST rəsmisindən həyəcan təbili
Südlü sousda toyuq (foto resept)
Həftədə 2 dəfədən çox yemək sinə xərçəngi riskini artırır - FOTO
Hacılar vətənə qayıdır
Gündəlik normal qidalanma
Aclıq olsun, kef olsun?
- ŞƏRHLƏR