Aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan ordusu tərəfindən işğal edilməsinin 25 ili tamam oldu. Erməni qüvvələri 1993-cü il martın 27-də başlanan genişmiqyaslı hücumdan sonra aprelin 2-də Kəlbəcər rayonunu işğalı etmişdilər.
Kəlbəcər Azərbaycanın Dağlıq Qarabağdan kənarda işğal olunmuş ikinci rayonu (1992-ci ilin mayında zəbt edilmiş Laçından sonra), Dağlıq Qarabağla Ermənistan arasında mühüm strateji bölgə idi.
Azərbaycan Respublikasının cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 m yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Rayonun "Qaragöl", "Zalxa" gölləri sahillərində, "Ayıçınqıl" və "Pəriçınqıl" dağlarında qayalara həkk edilmiş qayaüstü təsvirləri tədqiqatç alimləri tərəfindən öyrənilmişdir.
Məlum olmuşdur ki, dəniz səviyyəsindən 3000 m yüksəklikdə yerləşən bazalt daşlarının üzərinə həkk olunmuş yazılar və rəsmlər ölçü, kompozisiya və çəkilmə texnikasına görə biri-birindən kəskin fərqlənir. Bu abidələrin əksəriyyəti tunc dövrünün əvvəlləinə (e.ə. III minillik) aiddir. Tunc dövrünün sonlarında daha mürəkkəb kompozisiyalı lövhələr yaradılmışdır ki, bu da mədəniyyətin bu yerlərdə başlanması demək idi.
1976-cı ildə Kəlbəcərin qayaüstü təsvirlərin yerləşdiyi ərazidə qədim yaşayış mərkəzi aşkar edilmişdir. Həmin yerdə divarın qalınlığı 2 metrə çatan tikinti və həmin ərazidə tapılan gil qab bir daha təsdiq edir ki, e.ə. III minillikdə Kəlbəcər ilk insanların yaşayış məskəni olmuşdur.
Kəlbəcərin səthi dağlıqdır. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Sərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədlərini təşkil edir.
Ən yüksək dağ zirvəsi olan "Camışdağ"ın (Murovdağın başıdır) hündürlüyü 3724 m-dir.
Kəlbəcər inzibati rayon kimi 1930-cu il avqustun 8-də təşkil edilmişdi. Ərazisi 1936 kvadrat kilometr, əhalisi işğaldan öncə 61 min nəfər idi. Rayonda 1 şəhər (Kəlbəcər), 1 şəhər tipli qəsəbə (İstisu) və 128 kənd vardı.
Kəlbəcərin işğalı zamanı 458 nəfər həlak olmuş, rayonun yüzlərlə sakini, o cümlədən qadın, uşaq və qoca əsir götürülmüşdü.
İşğal nəticəsində Kəlbəcər rayonunda 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 min fərdi mənzil dağıdılıb, 38 min hektar meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 70 milyard manat ziyan vurulub.
Ermənilər Kəlbəcərin Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və daha neçə-neçə mədəni-tarixi abidəni də dağıdıblar.
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cümlədən sonradan erməni qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qəbul olunmuş daha 3 qətnamə (853, 874, 884 saylı) yerinə yetirilməyib.
Bununla yanaşı, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.
XƏBƏR LENTİ
Şəhid anaları ilə görüş
Demet Özdemir AÇIQLAMA verdi-FOTO
2017-ci ilin ən çox satılan kitabları
Küftə (foto resept)
Əcdadlarımızın alkoqoldan istifadə etməsinin ilkin səbəbləri
Günün qoroskopu: Əhvalınızı pozmayın!
İki həftədən bir dərisi dəyişən model - FOTO
Bizim fəlsəfə dünyamız (1)
Apple təbiət meneceri axtarır
Sabah duman olacaq
Ünvanlı sosial yardımın verilməsi qaydalarında dəyişiklik
Azərbaycanda bu banklar da bağlandı
Müəllimlər haqqında 7 film
Bu ölkədə oruca qadağa qoyuldu
Daha çox su içməyin 5 asan yolu
Azərbaycanla İran arasında bir neçə sənəd təsdiqlənib
"Kaş ki..." deyən Qadın.Netlilər
36 uşaqlı ailə
Saç necə yuyulmalıdır?
Ana olmağa hazırlaşanlar, oxusanız məsləhətdir!
Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
"Çarıq" badımcan yeməyi (foto resept)
Geyimdə nanəcövhər fərahlığı
Həkimlər şokdadırlar: nəhəng uşaq doğuldu
Sabah Bakıda hava yağmursuz olacaq
AŞPA-nın yaz sessiyası öz işinə başlayır
Alternativ dünyaya keçid olduğu deyilən SİRLİ ÇUXUR - Əslində... - FOTOLAR
Tərəvəzli yaşıl şorba (foto resept)
Facebook, Instagram və WhatsApp-ın işində problemlər yaranıb
Meydana atılan modelin əsil məqsədi məlum oldu-FOTO
Souslu kotlet (foto resept)
Aİ Azərbaycanla müştərək hava məkanı barədə danışıqlara hazırdır
Sızanaqlara qarşı nələri etməliyik?
Yaşlanmağın qarşısını alan maska
Kim Çen In koronavirusa görə bu şəhəri bağladı, fövqəladə vəziyyət elan edildi
Sabiq Roma Papası xəstələnib
Pəhriz başına oyun açdı
Koronavirusdan müstəqil şəkildə müalicə üçün inhalyator hazırlanıb - FOTO
Yağlı yeməklərdən QAÇIN! - Beyini “iflic edir”
Demet Akalından Pərviz paylaşımı: "İntiqamın alındı"
Uşaqlara verilən gül adları - SİYAHI
Bakıda yağış sularından texniki su kimi istifadə edilməsi nəzərdən keçirilir
Boyun ağrısı üçün idman
Tarkan atalığa indidən hazırlaşır
Qara pişik uğursuzdurmu?
Aleyna Tilki geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ
Bakıda uşaqlarının 1-ci sinfə qəbulu ilə bağlı şikayəti olanlar nə etməlidir?
Alim: 1000 il sonra...
Rafet El Romanın EVLİLİK xəbəri yayıldı-FOTO
Siena beynəlxalq şəkil mükafatları
- ŞƏRHLƏR