Bakıda hava
USD AZN
EUR AZN

Sevgimizin rəmzi mələk...

...Dünyanın bəxtəvəriyəm bu gün...çox xoşbəxtəm həm də...uzun illərdən sonra sənlə görüş günümüzdür...Birdən gözüm divardakı saatın əqrəblərinə sataşdı.Lap az qalıb ki..mənsə hələ heç yatağımdan qalxmamışam. Yadıma salmağa çalışıram, nələr edəcəydim, ilk nədən başlamalıydım...ehh, əllərim əsir, bu nədi heç bu qədər həyacanlı olmamışdım...Yadıma düşdü... səndən mənə ən dəyərli hədiyyəni götürməliyəm bu gün...Orta məktəbin son sinfindəydik utana-utana mənə bükülü bir kağız uzatmışdın...

...Zəngin gur səsi sinif otağını bürüdü, hər kəs elə bil bu anı gözləyirdi. Çantalar an içindəcə yığışıldı, hamı tələsik qapıya tərəf qaçdı.Son dərs idi evə tələsirdik. Həmişəki kimi bu gün də sinfi axrıncı tərk etdim. Pilləkənləri enib birinci mərtəbədə yerləşən müəllimlər otağına keçdim. Rəfiqəm həyətdə məni gözləməli idi, gecikməyim deyə addımlarımı yeyinlətdim.Jurnal əlimdə direktor otağına keçdim. Fizika müəlliminin bəzi qeydləri vardı onu direktorla müzakirə etməliydim. Söhbətimiz uzun çəkmədi. Otaqdan çıxarkən çevrilib müəllimlərlə sağollaşdım. Qapını açarkən üz-üzə gəldik: “Niyə hələ getməmisən?”-ilk sualım belə oldu. Həmişəki  kimi yenə gözlərimin içinə baxa bilmədi, gözünü az qala ayaqqabılarımın ucuna dikib: “Sənə sözüm var”- dedi...”Eşidirəm səni”-gülə-gülə dilləndim. Ovcunun içində nəsə saxlamışdı, hiss edirdim ki, nəsə vermək istəyir,amma tərəddüd edir. Onu bir qədər də cəsarətləndirmək üçün ərkyanə: “Səni gözləyirəm...axı məni də gözləyirlər, sözünü de”- dedim və gülümsədim...

 Əlində tutduğu kağızı mənə tərəf uzatdı: “Burda açma, xahiş edirəm, evə çatanda oxuyarsan”-dedi və sürətlə uzaqlaşdı...Rəfiqəm gəldi bu vaxt: “Harda qaldın? Səni gözləyirəm  bayaqdan”. Həyəcandan qızardığımı hiss etdi,amma nədənsə heç nə soruşmadı... əlimi gödəkcəmin cibindən çıxartmadan məktəb qapısından çıxdım. Rəfiqəm yolboyu fikirli olduğumu bəlkə dəfələrlə xatırlatdı,amma yorğunluğumu bəhanə etdim. Kağız haqqında heç bir şey demədim...Çünki ümidlərimin puç olacağından qorxurdum...Rəfiqəm də bilirdi ki, məni sevən oğlanlardan yalnız bir nəfərin sevgisi məni maraqlandırır və ancaq cibimdəki kağızın sahibinə ürəyimdə gizli sevgim var...Ancaq bunu heç kimə büruzə belə verməmişdim. Çoxları yerimdə olmaq üçün onun ətrafında dolaşır, özlərini sevdirməyə çalışardılar...mənəsə qürurum imkan vermirdi sevgimi bildirməyə... həm də elə bilirdim o yaxın qohumlarından birini sevir...qohum dediyim qız hər yay tətilində kəndə dincəlməyə gələrdi... İndi də elə bilirdim ona olan hisslərini çatdırmaq üçün məndən istifadə edir. Axı, qız bizim qonşu evin qonağı olardı...

Evə həyacanla girib otağıma keçdim. Kağız əlimi yandırırdı elə bil...Təmkinlə bükülü kağızı açdım...Üç bənd şeir və “Mən səni sevirəm!” kəlməsi...Şeirin müəllifi özü idi...çox xoşbəxtdim, sevincimin həddi - hüdudu yox idi...bəlkə də gənclik həvəsi bir duyğu idi...bəlkə də keçici bir hiss idi...yox, bu sevgi idi...bir ömür boyu insanı xoşbəxt edəcək gücə qadir bir sevgi...

Birinci dərsimiz  “İbtidai hərbi hazırlıq” dərsi idi. Məndən bir parta arxada oturardı...bir oğlan, bir qız əyləşdirmişdi müəllim bizi. Bu bölgünü böləndə mənlə onun “rəqibi” bir oğlan düşmüşdü.Lakin nədənsə ancaq bir dəfə bir otura bildik. Növbəti dərs sinfin ən fağır oğlanın gördüm yanımda. Hər şey aydındı...Nə qədər sakit olsa da bir o qədər də zəhmi vardı, sinifdəki oğlanların hamısı ondan çəkinərdi. Tənəffüsə çıxarkən sinifdə ləngidiyini hiss etdim, bildim ki, məni gözləyir...Jurnalı yazıb qurtardıqdan sonra müəllimdən alıb, sağollaşıb qapıdan çıxdım.Dəhliz şagirdlərlə qaynayırdı. Yaxınlaşıb eyni təmkin və utancaqlıqla soruşdu:- ”Oxudun, yazdıqlarımı?”. Özümü bilməzliyə vurdum: - “Hansı yazdığını?” - “Dünən sənə verdiyim kağızdakı yazını deyirəm”. - “O kağız boş idi, orda heç nə yazılmamışdı ki...” –dedim və uzaqlaşdım...

...Telefonun səsi məni şirin xəyalımdan ayırdı.

-Alo!...eşidirəm,əzizim...heç unudarammı?...gələcəm, gözlə... 

...Hərbi xidmətdən iki gün idi ki, dönmüşdü. Mənsə artıq universiteti bitirib, sahəm üzrə işə başlamışdım. Hər ikimiz şəhər həyatını  seçmişdik, burda qalıb, həyata burdan davam edəcəydik...Bəlkə də buna məcburduq deyə...Görüş yerimizi də özü təyin etmişdi...Gözdən uzaq, kimsənin bizi görə bilməyəcəyi bir yer seçmişdi...Bilirdi ki, dənizin vurğunuyam...dənizi sevgimizə şahid seçmişdi...əhdimizin bağlanacağı gün idi bu gün...dəniz bu sevgiyə şahidlik etməliydi,çünki sevgimiz ümmanlar kimi dərin, sular kimi saf, dalğalar qədər coşğun idi...dalğa sahilə,qayalıqlara necə sadiq olub hər səhər onun ətəklərini öpərək oyadırdısa,biz də bir-birimizə sadiq olacağımıza and içməliydik...bu andın şahidi isə mavi dalğalı dəniz olacaqdı...

...Gecikdim deyəsən, çoxdan gözləyirsən? Ayağı ilə islanmış qumun üzərində nəsə çızırdı. Çevrilib məni görəndə uşaq kimi qollarını açdı:”Gəl, gülüm, bu gözləmə keçirdiyim hərbi xidmət ilindən belə uzun gəldi...”Qollarının arasında məni sinəsinə elə sıxılmışdı ki...

Dənizin kənarı ilə əl-ələ tutub gəzirdik. Sözümüz bitmir, söhbətimiz qurtarmırdı... Gör neçə vaxtdı bir-birimizə həsrətdik...Hərdən ərköyün uşaqlar kimi çılğınlığım tuturdu, gah gözlərini dəsmalla bağlayıb məni tutmağını istəyir, gah da dənizin suyu ilə onu başdan –ayağa isladırdım. Əlimə bir taxta parçası alıb qumun üstündə “Mən səni sevirəm!” yazdım... Üzərində isə ürək şəkli cızdım...Yadındadır, bir zaman bu sözləri mənə kağıza yazılı halda sən vermişdin. Çantamdan çıxardığım kağızı ona uzatdım...Oxuyub qəribə hisslə gülümsədi:- "Sənin sədaqətin mənə aydındır artıq" - dedi. Bu kağız parçasını qoruya bilmisənsə, demək sevgimizi də ömrümüzün sonuna kimi qoruyub saxlaya biləcəksən...Kağızı ürək cizgisisnin tam ortasında qumda gizlətdi,qumun üstündə adımızın baş hərfini qeyd etdi...Əlimdən tutb qoşa imzamızı çəkdi...Nəfəsini hiss etdikcə həyacan məni bürüyürdü, bir bəhanə ilə əlimi əlindən çəkib şıltaq bir hərəkətlə saçını qarışdırıb uşaq kimi dənizə tərəf qaçdım...

Ürəyim quş ürəyi kimi çırpınırdı... iri bir daşın üstündə oturub xoşbəxtliklə dolu bir baxışla dənizi seyr etdim... daha çox dalğalı, coşğun ləpəli dəniz kimi tanıdığım bu mavi dəniz sanki sakit-sakit gülümsəyir kimi yırğalanırdı...Bizim xoşbəxtliyimizin şahidi kimi bu səhnəni seyr edən bir bəxtəvər sanırdı özünü dəniz də...dəniz xoşbəx idi bu gün, dəniz sevgi şahidi olmuşdu...”Niyə məndən qaçırsan?Mən ki, sənə yad biri deyiləm, gülüm...” Əllərini dənizin mehi üzümə dağıtmış saçlarımda gəzdirdi...üzümü əlləri arasına alıb: “Səni çox sevirəm, sən mənim sevgi dənizim, sən mənim ən şirin nəğməmsən...səni ömrümün sonuna kimi sevəcəyimə söz veririəm, gülüm!”...İsti nəfəsi üzümə yaxınlaşdıqca həyacanım artırdı...başımı sinəsinə sıxdı: “Sənsiz bu dünya mənə haram olsun”...

...Sakit bir hava vardı bayırda. Mətbəxin pəncərəsindən baharın ilıq nəfəsi içəri dolmuşdu. Bahar mənim ən sevdiyim fəsildi. Nə qədər kədərli olsam belə sərin bir meh, ağacın tumurcuqları, günəşin ilıq nəfəsi  bu fəsildə bütün əhvalımı təzələyə bilirdi...Radioda ən sevdiyim musiqi səslənirdi...

Bir bülbüləm xoş nəfəsli,

Həmdəmimdi bahar fəsli.

Xoşlamıram dar qəfəsi,

Bağban, məni yaralama, 

Çəmənlərdən aralama...

Bu gün kədərlənməyə əsasım da yox idi, dünyanın bəxtəvəri kimi oyanmışdım yuxudan. Ana olacaqdım...bu xəbəri bölüşmək üçün səhərdən mətbəxdə nahar üçün tədbir görürdüm. 

...gözlərimə inanmadım, aman Allah bu ki, mənim gözüm arxasınca qaldığı suvenir idi...bunu bura kim qoymuşdu, necə düşmüşdü mənim mətbəximə?!

...Yağış sel kimi tökürdü, küçələr başdan ayağa suyun içində idi. Bizsə yorulmaq birmir, istirahət günümüzü əyləncəli etmək üçün soyuğu belə təslim edirdik. Rəngbərəng şüşələri ilə diqqəti çəkən bir dükanın qarşısından keçərkən ikimiz də bir birimizə baxdıq...Vitrində qoyulan suvenirlər çox maraqlı gəldi, çətiri bağlayıb içəri keçdik. Bir qədər gəzdik, dolandıq, diqqət çəkən hər şeylə maraqlandıq...”gəl gedək gecdir artıq”- səs məni mələk təsvir olunmuş kürədən ayırdı. Ayaqlarım getsə də gözüm arxada qalmışdı...”Sənin ondan xoşunmu gəldi,gülüm? Gözlə bir dəqiqə, alım qayıdıram”. “Yox, yox, əzizim, sadəcə baxırdım,almağa gərək yox”...nə qədər inad etdisə də qayıdıb almağına razı olmadım...

İndi əlimdə tutub xəyalımda o anları mənə yenidən yaşatdıran bu suvenir, bu gündən sevgimin rəmzi oldu mənimçün...nə yaxşı bu dünyada varsan,əzizim, nə yaxşı ki, mən səni sevmişəm...nə yaxşı ki, sənin olmuşam...nə yaxşı ki, mənimsən...

...Telefonun zəngi məni yenə xəyalımdan ayırdı...dəstəyin o başından səsi eşidildi:

-Nahara gələ bilərəmmi,gülüm?...”

Səslərin sayı: 11
84
5678
loading...
Şərhlər
Offline
Muslimah
ay Allah,ne gozel yazidire bu duygulandim lap girl_ang
8 fevral 2013 17:53
Offline
ureyim
Sevgini here bir dilde danisir.Kim nece yasayirsa ele anlayir.Cetindir,kesmekeslidir.Cox gozel xeberdir.Cox saqolun
7 fevral 2013 21:52
Offline
SHahnaz
sevgini yalniz yasayan biler girl_ang
7 fevral 2013 21:42
Offline
aytac sultanli
heqiqetende cox gozel idi mende istiyerdim menimde basima bele sevgi gelsin.super girl_ten
7 fevral 2013 19:54
Offline
MILADE
cox romantik.elinize sagliq
7 fevral 2013 19:30
Offline
Belke bir gun...
men bele yazilar oxuyanda dusunurem,goresen heqiqetenmi real heyatda sevgi var?sevgililer bele sevirler?ele bilirem ki,heyatda sevgi yoxdure, oteri hisslerdir gelib kecer..

bele sevgi yashayanlar da var,hemd olsun ))
5 fevral 2013 22:47
Offline
Ayka Nəcəf
sevgi hissi var.sadece heqiqi seven yoxdu.Esl sevenlerin de heyati nakam olur.cox sukur men de sevirem oz yoldasimi.Sevende heyat cox gozel olur insana.Allah hamiya esl sevgi hissini yasamagi nesib etsin.
5 fevral 2013 22:23
Offline
Жасмин.
men bele yazilar oxuyanda dusunurem,goresen heqiqetenmi real heyatda sevgi var?sevgililer bele sevirler?ele bilirem ki,heyatda sevgi yoxdure, oteri hisslerdir gelib kecer..
oxuduqca dusunurem ki,ne gozel sevirler,xosbext olsun butun sevenler.
5 fevral 2013 20:59
Offline
Nəzrin
cox gozel idi beyendim tesekkur edirem girl_smi
5 fevral 2013 19:42
Offline
fereh
ne gozel yazmisiz ellerinize sagliq nece gun idi aglamirdim ama bugun xowbext 1sevgi hekayesine gore goxlerimnen yaw axdi
5 fevral 2013 19:39
Offline
♥A.Ravana♥
Çox gözəl idi.Allah razı olsun.
5 fevral 2013 19:05
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
NAR çiçəyi
bir sozle mukkemel... give_ros
5 fevral 2013 18:58
Offline
Louis Vuitton
Amin,menim ureyi temiz bacim,ALLAh razi olsun,sizinkileride saxlasin.

Sağ ol,canım. give_ros
DENIZ,
Seva,
Pila(Totu),
nergiz,
Sevda Quliyeva,
Hamınıza təşəkkür edirəm, sevgi dolu həyat arzulayıram!
5 fevral 2013 18:30
Offline
Sevda Soykan
cox gozeldi duzdu biz hele evlenmemisik ama mende bu sevgini xosbextliyi yasayiram İnsallah xosbext olaram smile
5 fevral 2013 16:04
Offline
nergiz
cox ureye yataniydi duygulandim.allah sizi hemiwe bir yerde xowbext etsin
5 fevral 2013 14:39
Offline
Pila
çox gözəldi,ürəyinizə sağlıq,qələminiz həmişə belə iti olsun Sevinc xanım..məni yanıltdınız,çünki sonunu ayrılıq sanmışdım,amma elə olmadı.demək ki hər sevginin sonu ayrılıq olmur,qovuşurlar...
Xəyalə xanımın,Lalə xanımın fikri ilə də tam razıyam.amma çox sevən tərəf də çox əzab çəkir,bəlkə də belə olmalıdı.çünki həyatda hər şeyin bir hesabı var.
5 fevral 2013 13:21
Offline
Seva
elə qorxa qorxa oxudum ki elə bildim belə gözəl münasibətin axırı yarımçıq qalacaq amma min şükür yaxşı oldu deyirdim ki şərhlərdən oxudum ki hələ davamı olacaq. Nolar xahiş edirəm pis sonluq olmasın gözəl başladığı kimi də gözəl sonluqla da bitsin.
5 fevral 2013 12:25
Offline
DENIZ
cox gözel yazıdır ellerinize saqlıq
5 fevral 2013 12:02
Offline
Serras
ALLAH bu paydan tezliklə sənə və həsrətində olan hər kəsə qismət eləzin inşAllah.

Amin,menim ureyi temiz bacim,ALLAh razi olsun,sizinkileride saxlasin.
4 fevral 2013 23:20
Offline
Louis Vuitton
Nə yaxşı ki, bu sevgi xoşbəxt sonluqla bitdi. Özümü bədbin notlara kökləmişdim...

Məndən bu tip yazılar görməmişdin,bu ondan irəli gəlir mocking
mira-amar,
girl_smi
4 fevral 2013 23:17
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!