Bakının qış hazırlıqlarında həmişə problemlər olub. Yağışlar və ilk qar yağan kimi ortaya çıxan problemlər Bakının və ümumiyyətlə, ölkənin payız və qış mövsümünə hazır olmadığını üzə çıxarır. Bu mövsümlərdə qaza, işığa və suya tələbat daha da artır. Maraqlıdır, bəs bu il qış mövsümünə hazırlığın ümumi vəziyyəti necədir? Şaxtalı qış günlərində kommunikasiya sistemləri ilə bağlı hər hansı problem yaşanacaqmı?
“Azəristiliktəchizat” ASC-nın sədr müavini İlham Mirzəliyev istər texniki cəhətdən, istərsə də başqa tərəfdən qışa tam hazır olduqlarını dedi. Onun sözlərinə görə, “Azəristiliktəchizat”da kifayət qədər işlər görülür: “Bizim xidmət zonasında olan istehlakçıların təminatında heç bir problem olmayacaq. Təbii ki, fors-major vəziyyətlər istisna olmaqla. Hər tərəfdən qışa tam hazırıq. ”Azəristiliktəchizat"ın vəzifəsi ondan ibarətdir ki, enerjini istehsal edib istehlakçıya çatdırsın. İstehlakçı isə yaşayış binası, mənzil, məktəb və digər obyektlər hesab edilir. Biz mənzilin içinə girmirik. Biz binanın girişinə qədər istiliyi çatdırırıq. Mənzilin daxilinə isə mənzil mülkiyyətçiləri cavabdehdir. Yaxud da ki, məktəbin içinə isə balans saxlayıcısı cavabdehdir. Əgər onun radiatorlarında, yəni istilik cihazlarında bir problem və ya axıntı olarsa, bu artıq “Azəristiliktəchizat”ın problemi deyil. Hər bir təşkilat, insan mövsümə, qışa hazırlaşmalıdır. Elə ancaq təchizat müəssisələrinin hazırlığı haqda soruşulur.
Amma istehlakçının özünün mövsümə necə hazırlaşdığı barədə heç kim danışmaq istəmir. Əgər bir binanın blokunun qapısı, pəncərəsi yoxdursa, damı, zirzəmisi pis gündədirsə, görün burada nə qədər enerji itkisi olur. Digər ölkələrin təcrübəsinə baxsaq görərik ki, insanların özləri soyuq havalara necə hazırlaşırlar. Pəncərələrini, qapılarını bərkidir, müəyyən tədbirlər görürlər. Yəni yalnız kommunikasiya sistemlərinin qışa hazırlaşması ilə məsələ bitmir. Biz “Azəristiliktəchizat” olaraq texniki cəhətdən bütün tədbirlərimizi görmüşük. 30-dan çox yeni qazanxana tikilib. 200-dən artıq binanın istilik sistemi bərpa olunub. Ümumilikdə bu il 300-dən artıq layihə işlənib. Bunun effektiv nəticəsinin olması üçün həmin istiliyi alan da müəyyən addım atmalı və tədbirlər görməlidir. Bununla bağlı maarifləndirmə işi aparılmalıdır".
“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev qışa tam hazır olduqlarını dedi: “Azəriqaz” İstehsalat Birliyində yaz aylarında hər il daha əvvəlki payız-qış mövsümünün yekunları müzakirə edilir. Bu il də belə olub. Aprel ayında 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar birliyin əmri ilə tədbirlər planı təsdiqlənib. Tədbirlər planı 347 bənddən ibarətdir və may ayından etibarən “Azəriqaz” İstehsalat Birliyinin müvafiq struktur bölmələri və rayon qaz istismarı tərəfindən həmin tədbirlər planına müvafiq olaraq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Yəni ümumilikdə may sentyabr ayları ərzində 30 min metrdən artıq qaz kəməri təmir olunub, yeni qaz xətləri çəkilib. 5550 metr qaz kəməri dayaqlar üzərinə qaldırılıb. Ümumilikdə 200-dən çox qaz tənzimləyici və siyirtmə quraşdırılıb. Bundan başqa qaz avadanlıqları təftiş olunub. Eyni zamanda “Azəriqaz”ın qəbul nöqtələrində yerləşən ölçü qovşaqlarının yenidən qurulması istiqamətində də işlər aparılıb. Köməkçi xətlər quraşdırılıb, sərfiyyata uyğun qurğular yenilənib, əvəzlənmə işləri aparılıb. Bütün bu tədbirlər planı ilə nəzərdə tutulan bütün tədbirlər yerinə yetirilib".
“Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdə qışa tam hazır olduqlarını bildirdi: “Qış yaxınlaşır deyə, biz hazırlıqlarımızı görmüşük. Biz istər yay ayları olsun, istərsə də qış ayları çox ciddi yenidənqurma işləri aparırıq. Son bir neçə il ərzində elektriklə bağlı fasilələr yaranan yerləri də nəzərə alaraq çox yüksək səviyyədə yenidənqurma işləri həyata keçirmişik. Bunlara misal olaraq 23 ədəd 110 kilovoltluq, 62 ədəd 35 kilovoltluq yarımstansiya qurmuşuq. Bilirsiniz ki, Bakı küləklər şəhəridir. Ətraf kənd qəsəbələrində özünü izolyasiya edən və müdaxilə olunmayan kabel xətləri çəkilib. Yəni ən son texnologiyalı avadanlıqlarla təmin olunub. Əvvəlki aşağı səviyyəli transfarmatorlar yeniləri ilə əvəz olunması və ilk dəfə olaraq Bakı şəhərində yarımstansiyalar arası dairəvi sxem istifadəyə verilib. Bütün bunların nəticəsi olaraq deyə bilərəm ki, biz qışa tam hazırıq. Ümumiyyətlə qış aylarında cari hazırlıqlar başlanır.
Cari hazırlıqlar nədir? Hər bir rayonda transformatorlara baxış keçirilir ki, görək onların ağlarının dəyişdirilməsinə ehtiyac varmı. Baxış keçiririk görək ki, müəyyən avadanlıqları sıradan çıxıbmı, köhnəlibmi. Bütün bu cari işlərə təftiş deyirlər. Bəzi vaxtlarda bunun nəticəsi olaraq ayda bir dəfə müəyyən vaxtlarda elektrikin verilməsində fasilələr yaranır. Biz çalışırıq ki, bu fasilələrin arası çox olmasın. Ancaq qışa hazırlıqla əlaqədar olaraq bu fasilələr labüddür. Son olaraq da onu qeyd edim ki, elektriklə bağlı haradasa hansısa problem yaranarsa, vətəndaşlar 199 saylı telefon nömrəsinə 24 saat boyunca zəng edib məlumat verə bilərlər. Həmin problem operativ olaraq aradan qaldırılacaq. Elektrik enerjisinə nə qədər tələbat varsa, hamısı yerinə yetiriləcək. Əgər borcu olan abonent varsa, həmin abonentlərin elektrik enerjisi hansısa problem yarana bilər. Buna görə də onlar vaxtında borclarını ödəməlidirlər”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
“Yuli Sezar” kitabı Azərbaycan dilinə tərcümə edilib
Ermənistan ordusu mövqelərimizi atəşə tutub
“YAŞAT” şəhid ailələrinin və qazilərin hansı ehtiyaclarını qarşılayacaq - SİYAHI
Qoturluq haqqında verilən suallar
Məşhur cütlük boşanmadan 20 gün sonra EVLƏNİR
Azərbaycanlı gənc şirkətini Twitter-ə 100 milyona satdı
Çağatay Ulusoy hər bölümə görə 500 min alır
"Həyat" adlı oyun
Davosda sensasiyalı açıqlama: "Avropa Birliyi dağılacaq!"
Məşhur yazıçıların ən az tanınan 10 əsəri
Gün var əsrə bərabər: Ötənləri yada salaq
İKT sektoru üzrə yeni dövlət proqramı qəbul ediləcək
Dodaq çatlarını aradan qaldıraq
Vermeşilli kotlet
Neymar da koronavirusa yoluxdu
Ət soyutması (foto resept)
Xəttə görə xasiyyət necə müəyyən edilir?
42 yaşlı aktrisa görünüşü ilə heyran etdi
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Cons Taysonla görüşdən əvvəl qulağını sığortalada bilər
“Papanin”də metro tikilir
Sadə və səliqəli dırnaqlar
Metro istifadəçilərinə şad xəbər
Günün ulduz falı
85 yaşlı kişi əkiz atası oldu
Qeyri-sağlam vərdişlər
Nazim Hikmətin şeirindən ilhamlanan kolleksiya
Qaragilə və portağal şirniyyatı (foto resept)
Demet Özdemir ev təmizliyindən danışdı
Dəhşətli xəbərdarlıq: Yer kürəsi hər an məhv ola bilər
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 175 yeni yoluxma
Fillər, etnik mənşəyi səsdən müəyyən edə bilir
Uşaq otağı
Saç çubuqları
Qızıl xeyli bahalaşdı
Torpaq fırıldaqçılarından ehtiyatlı olun
İnsan neçə dəfə sevir?
Psixoloji testlər
Eyni paltarda məşhurlar və modellər
Android planşetləri üçün WhatsApp olacaq
Oyuncaqlar uşaqlarda davranış pozğunluğu yaradır - İDDİA
İsti su içməyin 5 faydası
Yeni Planet Aşkarlandı
Qızlıq pərdəsi və ya bakirət (II hissə)
Bakıdakı taksilərə ciddi dəyişikliklər tətbiq olunacaq
Cennifer Lopez milyonlarından danışdı
Serdar Ortaçın keçmiş xanımı yeni sevgilisi ilə-FOTO
Gülben Ergen “YouTube” kanalı açdı - FOTO
Meyvə tərkibləri
Müəllimlərlə bağlı VACİB QƏRAR
- ŞƏRHLƏR