Qadın liderliyi - müxtəlif dövlət və ictimai idarəetmə səviyyələrində qərarların hazırlanmasında və qəbul edilməsində qadınların iştirakıdır. Qərarların qəbul edilməsi sferasında gender bərabərliyinə nail olmaq üçün dövlətdən, siyasi partiyalardan və vətəndaş cəmiyyətlərindən konkret səylər tələb olunur. Dövlət gender siyasətini Qanunların və ya digər məcburi göstərişlərin köməyi ilə müəyyən edir.
Qadın liderliyinin formaları: siyasi, iqtisadi, ictimaidir.
Siyasi formaya - qadınların dövlət hakimiyyətinin ali və yerli Qanunverici və İcraedici orqanlarında, o cümlədən qadın dövlət rəhbərləri, siyasi partiyaların, BMT və s. kimi beynəlxalq təşkilatların rəhbərliyində olması aid edilir.
İqtisadi forma - qadınların iqtisadi məsələlərlə məşğul olan milli dövlət orqanlarında aparıcı mövqe tutması, o cümlədən, idarə, müəssisə və təşkilatlarda rəhbər, yüksək idarəetmə nişanına malik beynəlxalq və regional maliyyə müəssisələrində işçi olmasıdır.
Qadın liderliyin ictimai forması - qadınların vətəndaş cəmiyyəti sferalarında, özünüidarə orqanlarında, QHT-nın ictimai hərəkatlarında, kütləvi informasiya vasitələrində təmsil olunmasıdır.
BMT-nin "Qadınların siyasi hüquqları haqqında" Konvensiyasına (1953-cü il) müvafıq olaraq, qadınlar açıq seçkilər tələb edən, milli qanunlarla təsis edilmiş qurumlara kişilərlə bərabər şərtlərlə seçilə bilərlər (Maddə 2) və bu cür şərtlərlə qadınlar ictimai-dövlət xidmətlərində vəzifə tutmaq hüququna malikdirlər (Maddə 3). 1979-cu ildə BMT tərəfindən qəbul edilmiş "Qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiya bütün dövlətlərin qarşısına dövlət siyasətinin işlənməsi və həyata keçirilməsində qadınların kişilərlə bərabər şərtlərdə təmsil olunmasına nail olmaq, qadınların bərabər əmək haqqı imkanlarını təmin etmək öhdəliyi qoyur. Qadınların vəziyyətinə dair IV Ümumdünya Konfransının Fəaliyyət Platformasında (Pekin, 1995-ci il) göstərilir ki, qərarların hazırlanmasında qadın və kişilərin bərabərhüquqlu iştirakı demokratiyanı möhkəmləndirir və onun çərçivəsində fəaliyyət imkanlarını genişləndirir.
Qədim Yunanıstanda, Afina polisində yaranmış milli idarəçilik ideya və praktikası əvvəllər vətəndaş hesab olunmayan qadınların iştirakını tələb etmirdi. Din və inkişaf edən bütün ictimai proseslər-böyük mədəni intibah, inqilablar və hüquqlar haqqında qanun kişilərin maraqlarını diqqət mərkəzində saxlayırdı. "Azadlıq! Bərabərlik! Qardaşlıq!" kimi demokratik şüarlar qadınlara yönəldilməmişdi. Yalnız XIX əsrin sonlarında qadınlara kişilərlə bərabər səsvermə hüquqlarının verilməsi prosesi başlandı. Yeni Zellandiya və daha sonra Avstraliya qadınlara vətəndaş statusu verən, 1893-cü ildən isə, onların milli səviyyədə seçicilik hüquqlarını tanıyan ilk dövlətlərdən oldular. Sənayesi güclü inkişaf etmiş ölkələrdə qadınların seçkilərdə iştirak hüququnun güvvəyə minməsi XX əsrin əvvəlinə təsadüf edir. Qadınlar Finlandiya və Norveçdə 1906-1907-ci ildə, Danimarkada 1915-ci ildə, Almaniya, İsveç və Böyük Britaniyada 1918-ci, ABŞ-da 1920-ci ildə, Fransada 1944-cü, İtaliyada 1945-ci, İsveçrədə 1971-ci ildə səsvermə hüququ qazanmışlar. Azərbaycanda ilk dəfə qadınların səsvermə hüquqları barədə məsələnin 1907-ci ildə Çar Rusiyasının Dumasında Azərbaycanın nümayəndəsi Xasməmmədov qaldırmış və Dumanın müsəlmanlar fraksiyasında gərgin müzakirələrdən sonra müsbət həll olunmasına nail olmuşdur. 1918-ci ildə I Azərbaycan Respublikası qadınların səsvermə hüququnu tanımışdır. İnkişaf etmiş ölkələrin əksəriyyətində qadınlar səsvermə hüququnu müstəqillik hüququ ilə bir vaxtda əldə etdilər. Lakin qadınların nə vaxtdan seçki hüququnu əldə etməsindən asılı olmayaraq, əksər ölkələrin siyasətində qadın liderliyi və qadın-kişi partnyorluğu problemi həlledilməmiş qalır. Baxmayaraq ki, qadınlar seçicilərin yarısını təşkil edirlər, onların payına parlamentdə orta hesabla 10%, milli dövlət idarələrində 6% yer düşür.
1994-cü ilin ortalarına aid məlumatlara görə, qadınlar Nazirlər Kabinetinin tam sayının ümumilikdə 6%-ni, inkişaf etmiş ölkələrdə 5%-i və inkişaf etmiş sənaye ölkələrində 8%-i təşkil edirdilər. Bu göstəricilərə görə, birinci yeri Finlandiya (39%), ikinci yeri Norveç (35%), üçüncü yeri İsveç (34%), dördüncü yeri Hollandiya və Seyşel adaları tutur (31%). 1995-ci ilin əvvəlində dünyada ilk dəfə İsveçdə hər iki cinsin nümayəndələrinə qarşı tamamilə bərabər münasibətli Nazirlər Kabineti formalaşdırıldı.
Qanunvericiliyin ümumi sayında qadın nümayəndəliyi, 2001-ci il (%-lə), 10,5%
Uğurun zirvəsinə çatmağa çalışan qadın liderləri sıradan çıxaran, görünməz, lakin real mane - şüşə tavandır. Kişilər üçün bu cür maneə mövcud deyil. Vəziyyəti dəyişmək məqsədilə ABŞ-da və Qərbi Avropada bir çox təşkilatlar ictimai fikrin təzyiqi altında "bərabər imkanlar siyasəti" adlanan siyasət həyata keçirirlər. Ancaq aydın olur ki, bu siyasət reallıqda həyata keçirilərkən və iş yerində kişi personalı tərəfindən müqavimətlə qarşılanır. Qadının rəhbərlik yolunda ciddi rolu cinslərin sosializasiyası ilə bağlı maneələr oynayır: insanların əksəriyyəti qadının aşağı siyasi statusa malik olmasında sosial haqsızlıq görmürlər. Qadın liderlərin keyfiyyətlər sırasına görə kişi həmkarlarından fərqlənməməklərinə baxmayaraq, onların liderlik rolu üçün yararsızlığı haqqında sabit təsəvvürlər mövcuddur. Dünyanın müxtəlif ölkələrində qadınların sosiallaşması elə şəkildə baş verib və hazırda da baş verir ki, onların öz karyerasını və siyasi cəhdlərini gücləndirən xüsusi ambisiyalar inkişaf etmir. Qadınlar üçün liderlik məktəbi QHT olub. QHT-yə üzvlükdə opponentlər tərəfindən bu cür qarşıdurma mövcud deyil, ona görə ki, QHT siyasi fəaliyyətlə məşğul olmur. Qərar qəbul edilməsində kişilərin üstünlüyü ona gətirib çıxarır ki, qadın maraqları nəzərə alınmır. Bu, onların, onsuz da, bərabərsizliyə malik mövqelərini zəiflədir və mövcud gender rollarının aradan götürülməsinin qarşısını alır. Qadınların qərar qəbulunun bütün səviyyələrində irəli çəkilməsi - istər qadınların özündən, istərsə də dövlətdən səy tələb edən strategiyaların işlənməsini tələb edir.
Deyilənlərdən belə qənaətə gəlmək olar ki, qadın lider ola bilər. Ancaq bunun üçün o, ilk növbədə öz hüquqlarını bilməli və onlardan öz fəaliyyətlərində düzgün istifadə etməlidirlər.
Azərbaycan Respublikasında qadın hüquqlarını qoruyan gözəl qanunlar mövcuddur və bu qanunların icrasına nəzarət və icra edən qurumlar da hesabda işləyir. Ancaq buna baxmayaraq bir çox rayon və kəndlərimizdə qadın hüquqları tapdalanır və bütün bu dözülməz haqsızlıqlar mili mentalitet adında qələmə verirlir. Bizim təlimimizin məqsədi, insan şüurunda müəyyən dönüşün təməlini qoymaq və gələcək nəslin, milli mədəniyyət və ənənələrimizi qoruyub saxlayaraq, daha proqressiv inkişaf istiqamətində addımlamaq imkanını yaratmaqdır. Hər bir müsəlman üçün müqəddəs sayılan Qurani Kərimdə qadın hüquqları lazımı səviyyədə əks etdirilib və müqəddəs hesab olunur. Qadın özü də müqəddəs varlıq kimi təsvir edilir və kişi qadını həmişə qorumalı və onunla hesablaşmalıdır. Ailə iki insanın bir yerdə qəbul etdikləri yükdür və onu qurmaq, yaratmaq və yaşatmaq hən qadının həm də kişinin Allah və cəmiyyət qarşısında borcudur. Bu məqsədə çatmaq üçün ailənin qarşısına çox maneələr çıxa bilər, lakin ata-babalarımız demişkən: "Güc birlikdədir", "Tək əldən səs çıxmaz" və s. kəlamlarını yadımıza salsaq görərik ki, heç bir maneə birləşdirilmiş gücün qarşısında çözülməz qala bilməz.
Azərbaycan qadınlarının güclü potensialı olduğunu əsirlər boyu bütün dünyaya çatdıran minlərlə qadın siyasətçilərimiz, alimlərimiz, mədəniyyət və incəsənət xadimələrimiz olmuşdur. Müasir dövrdə də Qadınlarımız istənilən sahələrdə çalıçaraq öz məharətlərini göstərirlər və göstərəcəklər, ancaq onların ailə tərəfindən dəstəklənməsi və başa düşülməsi respublikamızın hər bölqəsində eyni səviyyədə deyil. Yuxarıda göstərilənləri nəzərə alsaq, kişilər qadınlara daha çox imkan, şərait yaratsalar və qadınlar öz güclərinə inanıb, potensiallarını inkişaf etdirsələr, həm ailəsinin rifahı üçün, həm də cəmiyyətimizin inkişafı üçün əvəzsiz töhvələr verməyə qadirdilər. Bütün dünyada qəbul olunmuş faktdır ki, qadınların fikirləri, istəkləri, məsləhətləri nəzərə alınmırsa, həmin dövlətdə, bölgədə, kənddə, ailədə - tərəqqidən, yaşayış səviyyəsinin yüksəlməsindən və s. söz gedə bilməz, bu mümkün deyil.
Beynəlxalq analitiklər isbat ediblər ki, siyasi strukturlarda qadınların təmsil olunma faizi 20 % dən az olmamaq şərti ilə təmin olunarsa, dövlətdə, iqtisadi baxımdan səviyyəsi aşağı olan insanların vəziyyəti, təhsil və səhiyyə sahələrinin inkişafında real dönüşlər müşahidə edilir.
Deməli tərəqqi biz qadınların əlindədir, istəsək ailəmiz üçün də, cəmiyyət üçün də faydalı ola bilərik. Bunun üçün bir qədər səy göstərmək tələb olunur!
XƏBƏR LENTİ
Azərbaycanda hava yenidən kəskin dəyişəcək
Bryus Uillis aptekdən qovuldu- SƏBƏB
Bürcünüzə görə hansı ölkədə yaşamalısınız?
İranda Məktəblər təcili bağlandı, Səhiyyə Nazirliyi XƏBƏRDARLIQ EDİR
Məşhurların çəkildiyi Filmə cəmi 27 nəfər baxıb
Göy qurşağı şorbası (foto resept)
Nə üçün ölümdən qorxuruq?
Yer kürəsinin tarixi fotosu
Azərbaycan çempionatında ötən turun ən yaxşıları seçildi
Milyarder qaçqınlar üçün iki ada alacaq
Hava haqqında - 21.02.2014
Qız güləşçilərimiz İzmirdən 5 medalla qayıtdı
Pazllar ("Fiksiklər")
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Bu gün milli mətbuatın 143-cü ildönümüdür
Cavanlaşma resepti
Evə qulluqçunu necə tapmalı?
HAVA necə olacaq?- 7 MAY
Çarə axtarıram
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
Akın Akınözdən evlilik xəbərlərindən danışdı
Faydalı məsləhətlər
TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin
"Biz bütün bəşəriyyətin düşməninə qarşı mübarizə aparırıq"
Bakıya palçıqlı yağışın yağması ağacların çiçəklənmə dövrü ilə bağlı ola bilər
HAVA necə olacaq?
İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib
Pəhriz və sağlam həyat tərzi
Qiyməli və pendirli boxça börəyi (foto resept)
Azərbaycan siyasi elitasının olduğu vertolyotun vurulmasından 22 il ötür
Dekabrın ilk günü dumanla gəlir
Yeni çimərliklərin salınması ilə bağlı tələblər müəyyənləşib
Azərbaycanda internetin qiyməti aşağı salınır?
Turşu hazırlayarkən diqqət edilməsi lazım olanlar
Yeni il süfrəsi dekorasiyaları
Disney qəhrəmanları ilə eyni şəkillərdə yer aldı
Yeni tanışlarla necə ünsiyyət qurmalı?
Onlayn dərs üçün hər gün dörd kilometr yüksəyə çıxırlar - VİDEO
NASA işçi axtarır – Maaş 187 milyon dollar
Dil yanığına yaxşı gələn vasitələr
Mart ayının qeyri-iş Günləri
2013-cü ilin 9 dırnaq boyası
Sabah yağış yağacaq
Demi Lovatonun həyati təhlükəsi davam edir-FOTO
Qarabağda müharibə faciəyə səbəb ola bilər
Maykl Cekson niyə maska taxırdı? - VİDEO
Kerem Bursin Serenay və Cem sevgisinə Münasibət Bildirdi
Ev sahibləri gələn ildən cərimələnə bilər-SƏBƏB
Azərbaycanda nağıl kimi hadisə: ilan qıza vurulub
İkibaşlı buzov doğuldu
- ŞƏRHLƏR