Əl-Ənam (Davar) Surəsi
Məkkədə nazil olmuşdur, 165 ayədir.
60. Sizi gecələr yuxuya daldıran, gündüz isə nə etdiyinizi bilən Odur. Sonra O sizi gündüz oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcək.
61. (Allah) Öz bəndələri üzərində qəhr sahibidir. O sizə gözətçi mələklər göndərir. Nəhayət birinizin əcəli gəlib çatdıqda onun canını mələklər alar. Onlar heç bir əyər-əskikliyə yol verməzlər!
62. Sonra insanlar Allahın-özlərinin həqiqi ixtiyar sahibinin hüzuruna qaytarılar. Bilin ki, hökm Onundur (Allahındır) və O ən tez haqq-hesab çəkəndir!
63. (Ya Rəsulum) De: Gizlində dua edib: Əgər bizi suyun və qurunun zülmətindən qurtarsa, əllbəttə, Şükür edənlərdən olarıq, - deyə yalvardığınız zaman sizləri bundan xilas edən kimdir?
64. De: "Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. Sonra siz yenə də (ona) şərik qoşursunuz?"
65. De: "Allah başınızın üstündən və ayaqlarınızın altından sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir!" Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!
66. (Ya Rəsulum) Sənin camaatın onu (Quranı) haqq olduğu halda, yalan hesab etdi. (Onlara) de: "Mən sizin vəkiliniz deyiləm."
67. Hər bir xəbərin müəyyən bir vaxtı vardır və siz (onu) biləcəksiniz.
68. (Ya Rəsulum) Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan sənə unutdursa, xatırlayandan sonra o zalim tayfa ilə bərabər oturma.
69. Müttəqilərə onların (iman gətirməyənlərin) əməllərindən heç bir günah gəlməz. Lakin bu bir öyüddür ki, bəlkə (kafirlər onun təsirilə) pis əməllərindən çəkinsinlər.
70. Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi kəsləri boşla getsinlər. (Onlara Quranla) Xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi. O hər hansı bir fiyəni versə belə, qəbul olunmaz. Onlar etdikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su və şiddətli əzab gözləyir!
71. De: "Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların tovlayıb yer üzündə şaşqın bir vəziyyətə saldıqları, dostlarının isə:"Bizə tərəf gəl!" - deyə haqq yola çağırdıqları kəs kimi geriyəmi (küfrəmi) döndəriləcəyik? De: "Allahın hidayət yolu elə doğru yoldur ki, var". Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş,
72. Və: "Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!"
73. Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: "Ol!" deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı da bilən Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!
74. (Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi:"Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq- aydın zəlalət içində görürəm!"
75. Beləcə, İbrahimə göylərin və yerin mələkutunu (mülkünü, səltənətini, oradakı qəribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam qənaətlə inanlardan olsun!
76. Gecənin qaranlığı bürüdükdə o, bir ulduz görüb: "Bu mənin Rəbbimdir!"-dedi. (Ulduz) batdıqda isə:"mən batanları sevmirəm",- söylədi.
77. (Sonra) doğan ayı görüb: "Bu mənim Rəbbimdir!"- dedi. (Ay) batdıqda isə: "Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım", - söylədi.
78. Doğan günəşi görüb: "Bu mənim Rəbbimdir, bu da böyükdür!"- dedi. (Günəş) batdıqda isə dedi:"Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan(bütlərdən, səma cisimlərindən) uzağam!
79. Mən, həqiqətən, batildən haqqa tapınaraq(dönərək) üzümü göyləri və yeri yaradana çevirdim, Mən (Allaha) şərik qoşanlardan deyiləm!"
80. Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: "Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?
81. Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin bütlərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir?
82. İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin- amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!
83. Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz kimsəni dərəcə-dərəcə yüksəldirik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir.
84. Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq, Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
85. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da. Onların hamısı əməlisalehlərdən idi.
86. Biz həmçinin İsmaili, Əlyəsəi, Yunisi və Lutu da və onları aləmlərdən üstün tutduq.
87. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə çatdırdıq) onları seçdik və düz yola yönəltdik.
88. Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı.
89. Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər bunlar bu dəlilləri dansalar Biz onlara bu dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik.
90. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De:"Mən bunun (islam dininin təbliği) müqabilində sizdən bir əvəz isəmirəm. Bu (Quran) aləmlər (bütün bəşəriyyət) üçün yalnız bir moizədir.
91. Onlar (yəhudilər) :" Allah heç bir bəşərə " bir şey (Quran) nazil etməmişdir", - deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: "Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxlarını da gizlədirsiz. Siz özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. Sən: "Allah! "- deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar.
92. Bu da mübarək özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar.
93. Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda:"Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi kimi bir kitab endirəcəyəm", - deyən kəsdən daha kim ola bilər? Kaş sən zalimləri ölüm əzabı içində çabalayan, mələklərin də əllərini uzadıb:"Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!"- dediklərini görəydin!
94. Siz bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək- tənha, özü də sizə verdiyimizi aranızda qoyub gəlmisiniz. Artıq sizin öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı qırılmış və iddia etdikləriniz də sizdən qeyb olmuşdur.
95. Şübhəsiz ki, toxumu da, çərdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz ondan necə döndərilirsiniz?
96. Səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı bir ölçü vasitəsi edən də Odur. Bunlar yenilməz qüvvət sahibi, (hər şeyi) bilən Allahın təqdiridir.
97. Suyun və qurunun zülmətində düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı bəyan etdik.
98. Sizi tək bir nəfərdən yaradan da Odur. (Sizin üçün) bir qərar yeri (ana bətni, ata beli, yer üzü) və bir də əmanət yeri (qəbir) vardır. Biz ayələrimizi anlayan bir insan üçün belə müfəssəl bəyan etdik.
99. Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir- birinə sarmaşmış dənələr çıxardıq. Biz xurma ağacından, onun tumurcuğundan bir- birinə sarmaşmış salxımlar yetişdirdik. Üzüm bağları, bir- birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. Bar verdiyi vaxt onun yetişməsinə və meyvəsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir camaat üçün dəlillər vardır.
100. Cinləri Allah yaratdığı halda onları Ona şərik qoşdular. Bilmədən Onun oğulları və qızları uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır və yüksəkdə durur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda istirahət günü hava necə olacaq?
Dünyanın ən yaşlı adamı pasportunu təqdim etdi - FOTO
Sabahın HAVAsı
Qadın hakim onu atan ərindən qeyri-adi yolla qisas aldı - FOTO
Prezidentdən karantin rejimi ilə bağlı vacib fərman
Səlbiyyə sifətləri nədir və hansılardır?
Heç bir Papa bunu eləməzdi, amma o elədi...
Azərbaycanda ümumvətəndaş pasportlarının alınmasında yenilik
Vətənpərvər olmurlar, doğulurlar!
Məşhur aktrisa xərçəngə qalib gəldi
Məşhur musiqiçi Trampın qərargahını məhkəməyə verdi
Çimərlikdəki Gürzə Bakı sakinlərini qorxutdu-FOTO
Azərbaycanda dronlara icazə verildi
Azərbaycanla İsrail arasında viza rejimi sadələşdirildi
Allergik uşaqlara bu qidaları vermək olmaz!
Kəsmikli-moruqlu kekslər (foto resept)
"Elba" salatı (foto resept)
Serdar Ortaç Boşanmasından danışdı-FOTO
Kişi öz əmlakını filə vəsiyyət etdi
Münasibətlərdə dürüstlüyün əhəmiyyəti
Şüşə olmasaydı
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Doğuş sonrası depressiya
Köklü,darçınlı,qozlu keks (foto resept)
Günəş ləkələri üçün qatıq və cəfəri maskası
Bakıda Qətərin milli bayramı qeyd edilib
Sərt karantinlə bağlı daha bir açıqlama: 5 gün...
Duman açıqlaması
Şahzadə sürücülük vəsiqəsindən imtina etdi-SƏBƏB
Noyabrdan Azərbaycanda ərzaqlar şüalanacaq
Ən SOYUQ ad FEVRAL olacaq
2012-nin yay geyimləri
Azərbaycan – Rusiya oyununun hakimləri müəyyənləşib
Kanadalı sənətkarın mücrüləri
Gürcüstan Azərbaycandan qaz idxalını niyə azaldıb?
Erkən yaşlarda qeydə alınan abortlar
Azərbaycan tarixindən yüz şəxsiyyət-57
Minlərlə London sakini Britaniyanın Aİ-dən çıxmasına etiraz edir
Adları göy cisimlərinə verilmiş azərbaycanlılar - SİYAHI
Xiyarın xeyri
Alina Kabayevanın əkizləri doğuldu
Yann Tiersen
Əks cinsi 7 saniyəyə valeh edin
Ərdoğandan Avropaya çağırış: “Azərbaycanın ərazi bütövlüyü barədə tutarlı mövqe ortaya qoyun”
Turabi ABŞ-da çempiyon oldu-VİDEO
Nağıl kimi yerlər-1
Saç tökülməsinin qarşısını alan nar qabığı
Həyata xoşbəxt baxmaq üçün 10 tövsiyə
Həkimlər xəbərdarlıq edir
İnsan neçə dəfə sevir?
- ŞƏRHLƏR