Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilir.
DİM-dən Milli.Az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunub:
- ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;
- ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları;
- ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;
- Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;
- xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları;
- üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları;
- əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçirilir.
Bu imtahanlarda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi"ni DİM-in saytından çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası" da təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
"İmtahana buraxılış vərəqəsi"ni;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan abituriyentlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
İmtahanda 20 180 (Bakıda 9435, Naxçıvanda 985, Gəncədə 2608, Şəkidə 1037, Bərdədə 1339, Göyçayda 848, Şirvanda 1308, Lənkəranda 1565, Xaçmazda 1055) nəfərin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunması üçün 44 ümumi imtahan rəhbəri, 145 imtahan rəhbəri, 1665 nəzarətçi-müəllim, 44 bina nümayəndəsi ayrılıb.
Qeyd edək ki, I,II,III və IV qruplar üzrə qəbul imtahanında iştirak etmək istəyən əvvəlki illərin məzunlarının nəzərinə çatdırırıq ki, onlar mütləq aprelin 28-də qəbul imtahanının birinci mərhələsində iştirak etməlidirlər. Bu imtahanda iştirak etməyənlər qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar
XƏBƏR LENTİ
Azərbaycanda uşağa bu adları qoymaq qadağan olundu
Toylarda da israfçılığa "müharibə" elan olundu
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Mayonezdə bişmiş qanad və kartof (foto resept)
13 yaşlı bloger aya 1000 dollar qazanır-FOTO
Uçan avtomobil
Qalmaqallı prezident bu ölkəyə gedir
Sinələrin sallanma səbəbi
Türkiyə məktəblərində təkamül nəzəriyyəsi OLMAYACAQ
Vegeterian kanepe (foto resept)
Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO
Leninin mumiyasını rekord məbləğə almaq istəyir
Azərbaycanda 5 gün iş olmayacaq
Düşmən ordu xeyli itki verdi
Aralarındakı yaş fərqini kimsə hiss etmir-FOTO
“Orta məktəblər ödənişli təhsilə keçir...”- Ekspert rəyləri
Havadan ehtiyatlı olun!
Saç boyamaq xərçəngə səbəb olur
Azərbaycanın sürüşmə və subasma təhlükəsi olan əraziləri AÇIQLANDI
Gənc qız əqrəb, taxtabiti, qurd yeyir
Azərbaycanda Özbəkistan Ticarət Evi açılacaq
Prezident İlham Əliyevin nəvələri "Enşteyn"lə şəkil çəkib.
Qırışları məhv edək
Əncirli vafli (foto resept)
Azərbaycanda Qurban bayramı namazının qılınma vaxtı açıqlandı
Hadisə yeni FOTOsunu paylaşdı
Beyin üçün məşğələ
Məşhur həkimdən xəstəliyi yüngülləşdirən qaydalar
Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
Rusiya Ermənistandakı bazasını dəyişir
Uşaqlar üçün nərdivanlı yataqlar
Havanın temperaturu 36 dərəcəyə çatacaq
''Prezidentlərin görüşündən sonra böyük dəyişikliklər olacaq''
Beverli Hils pəhrizi
Gecə geyimləri-2
Azərbaycanda son günlər hiss edilən yeraltı təkanlar İzmirdəki zəlzələnin əks-sədasıdır? - RƏSMİ
Ukraynanın "Şevçenko"su "Liverpul"a keçir
Mart ayının qalibləri!
250 qadın ağ paltarda Belarus küçələrinə çıxdı - VİDEO
Qaşlarına görə ölümlə hədələnir - FOTO
İş dünyası üçün dəyişən geyim dəbi
Bakıda Novruz şənliyi keçiriləcək
Azərbaycanın 2016-cı il hədəfləri
Günün ulduz falı
Opal haqqında
İflicin dərmanı: gündə 30 dəqiqə...
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Sinan Akçıldan gözlənilməz etiraf
Estetiksiz FOTOsu yayıldı – hamı heyrət etdi
Sual yaradan şəkillər