Mars planetindəki canlı həyatın mövcudluğu bu gün də alimləri çox maraqlandırır.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, 2012-ci ilin 27 sentyabr tarixində NASA alimləri sensasion açıqlama veriblər. Məlum olub ki, NASA-nın Marsdakı aparatı Qırmızı planetin səthində qurumuş çayın izlərini aşkar ediblər. Çay bir neçə yüz min il əvvəl quruyub. Bu çay "Geyla" krateri yaxınlığındadır. Çayın mövcudluğu qədim dövrdə Marsda canlı orqanizmin olduğuna dəlalət edir. Bəs görəsən, Marsda milyon il əvvəl nə baş verib? Hansı qlobal fəlakət planeti cansız səhraya çevirib? Bəlkə nə vaxtsa Qırmızı Planetdə mövcud olan canlılar planetin dərinliklərində gizlənib?
Marsdan əldə edilən məlumatları tədqiq edən alimlər müəyyən ediblər ki, 800 min il əvvəl nəhəng kosmik cism Marsın atmosferini və planetin səthini dağıdıb. Bunun nəticəsində isə Qırmızı Planetin maqnit qütbləri dəyişib. Maqnitosfer yoxa çıxıb. Bu isə planeti öldürücü kosmik şüalanmadan qoruyurdu. Belə şəraitdə isə canlı orqanizmlər Mars səthinin dərin qatlarında gizlənərək sağ qala bilərdilər.
Aralarında 68 milyon km məsafə olan Mars və Yer planetləri ümumi sirli əlaqəyə sahibdirlər. Hər iki planet Günəşdən optimal həyat qurşağında yerləşir. Yəni, canlı orqanizmlərin yaranması üçün əlverişlidirlər. Hər iki planet demək olar ki, eyni astronomik parametrlərə sahibdir. Kainatdakı digər planetlərdən fərqli olaraq təkcə Marsda və Yerdə maqnit sahəsi var. Məhz bu sahə planetimizi kosmik radiasiyadan qoruyur. Hər iki planetin atmosferi eyni qazlardan təşkil olunub. Təkcə Yer planetinin atmosferində oksigen qazı var.
Hətta planetlərin relyefləri də oxşardır. Dağlar, düzənliklər, çaylar və dənizlər. Sadəcə, bizim planet bioloji həyatın mənbəyi olan su ilə doludur. Qırmızı planetdə isə qurumuş çaylar və nəhəng dağların zirvələrində buzlar var. Nəhəng "Ellada" kraterinin analizi sübut edib ki, bu krater nəhəng səma cismi ilə toqquşmadan yaranıb. Kosmik görüntülər isə buz şəklində suyun mövcudluğunu sübut edib.
Bütün məlumatlar sübut edib ki, Mars planetində həyat məhv olub. Dəhşətli fəlakətlər planetdə həyat beşiyini dağıdıb. Hətta güclü zərbədən planetin peykinin trayektoriyası da dəyişib. Qum fırtınaları isə dəmir və daş dağıntıların üzərində tüğyan edir. Bu dağıntılar isə şəhəri xatırladır.
Marsın kosmik peyklərindən əldə edilən fotolar isə burada nə vaxtsa yüksək inkişaf etmiş sivilizasiyanın mövcudluğundan xəbər verir. Fotolarda silindir formalı obyektlər var və bu obyektlər təbii yollarla yarana bilməz. Bundan başqa bu obyektlər bir neçə kilometr uzunluğu olan düz novlarla birləşdirilib. Yüzlərlə alim bu məsələ üstündə baş sındırır.
Marsın Sidoniya regionunda peyklərin köməyi ilə onlarla piramida formasında binalar kəşf edilib. Onlardan bəzisi 500 metr hündürlükdədir. Kənarların uzunluğu isə 2 kilometrə çatır. Bu ölçü isə Misir piramidalarından 10 dəfə böyük deməkdir.
Marsdakı tikililər planetin şimal qütbündə inşa edilib. Bu binalar düz bucaq altında yerləşir. Piramidaların yanında isə Mars Sfinksinin üzü yerləşir. Onun isə ölçüsü kilometr yarımdır. Bu obyektin ilk fotosu 1976-cı ildə ABŞ-ın "Vikinq" aparatı vasitəsilə əldə edilib. 30 il sonra isə Sfinksin fotosu başqa aparat tərəfindən çəkilib.
2012-ci ildə isə Mars atmosferində metan qazı kəşf edilib. Bu xüsusi qaz bitki və ya canlı orqanizmlərin çürüməsi nəticəsində yaranır. İndi alimlər iddia edirlər ki, Qırmızı Planetdə hələ məlum olmayan gizli həyat forması var...
XƏBƏR LENTİ
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Uşaqlar üçün tortlar
Nəqliyyat dəbi
Polisdən hər kəsi ŞOKA SALAN işıqfor qərarı - Qırmızı işıqda...
Zerrin Tekindor YENİ İMİCDƏ-FOTO
Bəyaz 12 kq arıqladı-FOTO
Günün ulduz falı
Tarixin ən bahalı 5 telefonu - SİYAHI
Dadlı toyuq əti (foto resept)
Dərman qəbul edərkən diqqətli olun!
Şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb - FOTO
Qırmızı tuflilərdən qorxmayın!
II və III qrup üzrə qəbul imtahanlarının tarixini açıqladı - CƏDVƏL
Azərbaycanda yaxşı iş tapmaq niyə çətindir?
Şakiranın yeni FOTOları
Məşhur modalar evi "ağıllı" saat buraxdı - 2800 DOLLARA
Qeyri-adi aksesuar trendləri
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu
Moskvada Qarabağ xalçaları satırlmasına REAKSİYA
Hazal Kayadan hamiləlik FOTOsu
Ən böyük arzusu Vətən uğrunda döyüşmək olan şəhidimiz - VİDEO
Google Maps-dan Azərbaycana qarşı təxribat - FOTO
Günün qoroskopu: Uğurlu gündür!
Müxtəlif geyim tərzləri
Apple-da nə baş verir?
İdmançımız Avropa çempionu oldu
Daha bir dövlət ərazisinə Azərbaycan vətəndaşlarının daxil olmasına icazə verdi
"Korrupsiyaçının Allah bəlasını versin!"
Beyindən düzgün istifadə
Tarixdə ilk dəfə baş verdi - FOTO
Makiyajsız halda görüntülənən müğənnini tanımaq olmur-FOTO
Toyuqlu rizotta(foto resept)
Toy və nişan buketi
TQDK-da apellyasiya komissiyalarının işi başa çatdı
Azərbaycan milli uşaq oyunları-9
Ayrıldığınız sevgilinizlə yenidən barışmaq istəyirsiniz?
Tər qoxusunun qarşısını necə almalı?
Bakıda icazəsiz küçəyə çıxan COVID-19 xəstəsi aşkarlandı
Mərkəzi Bank kreditlərin sərtləşdirilməsi ilə bağlı açıqlama verdi
Heyli Castin Bieberin soyadını götürdü-FOTO
Qız otaqları üçün dekorasiya nümunələri
Məşhur aktrisa cavabı ilə hər kəsi təəccübləndirdi-FOTO
Bir həftədə 27 milyon insan izlədi
İnsanın daha bir əcdadı tapılıb
"Azərbaycan Türkiyənin və Fransanın yanıdadır"
Nüsret 1 milyonluq gəlirini evsizlərə bağışladı
"Çocuklar duymasın"da sürpriz - FOTO
Dayə seçərkən nələrə diqqət vermək lazımdır?
Milanda gəzməli yerlər
Magiya: həm xoşbəxtlik, həm də bədbəxtlik?