Bakıda çoxmərtəbəli binaların tikintisinə qadağa qoyula bilər. Belə bir təkliflə deputat Azər Badamov çıxış edib. Millət vəkili belə bir halın beynəlxalq praktikada mövcud olduğunu deyir.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" verilişində maraqlı sujet yayımlanıb.
Qonşu Türkiyədə bu qadağa mərtəbələrin sayının azalması ilə tətbiq olunur. Əslində, bütün dünyada meqapolislərdə çoxmərtəbəli binalara maraq böyükdür. Bu, təkcə gözəlliyə görə deyil həm də tikintinin maya dəyərinin aşağı salınmasına xidmət edir. İstənilən halda qiymətlərə təsir edən ən böyük faktor torpaq sahəsinin qiymətidir.
Bu gün 16 mərtəbəli binada bir kvadratmetr mənzilin qiyməti 5 mərtəbəli binadakı mənzildən qat-qat ucuz olur. Yəni məhdudiyyət tətbiq olunarsa, daşınmaz əmlak bazarında qiymətlər yüksələ bilər.
Razi Abbasbəyli - İqtisadçı: "Çoxmərtəbəli binaların inşası ilə bağlı məhdudiyyət qoyulacaqsa, bu, iqtisadi tərəfdən orta sahibkarlığa ciddi təsir göstərə bilər".
Rəşad Əliyev - Əmlak bazarı üzrə ekspert: "Şəhərin inkişafı, binaların tikilməsi sivil qaydada həyata keçirilməlidir. Əgər biz maya dəyərinə təsir edən faktorlardan danışırıqsa, bu, o demək deyil ki, kiçik ərazidə çox sayda binalar tikilməlidir".
Tikinti bumundan sonra paytaxtın mərkəzində baş qaldıran sıxlıq özünü yollarda tıxac problemi ilə göstərdi. Düzdür, müəyyən qədər bunun qarşısı yeni-yeni yollar, körpülərlə alınsa da, problem yenə də mövcuddur. Millət vəkili bunun üçün şəhərdən kənar ərazilərə göz gəzdirməyin vaxtı çatdığını deyir.
Azər Badamov - millət vəkili: "Şəhərin şəhərsalma məcəlləsinə uyğun tikilməsi lazımdır. 25-30 mərtəbəli binaların tikilməsi şəhərdə insan sıxlığı yaradar. Bu da yollarda hərəkət üçün çətinlik yaradar".
Ancaq bir məsələ də var ki, sahibkarlar şəhərdən kənarda tikinti aparmaq da maraqlı deyil. Həmin ərazilərdə infrastruktur problemi olduğundan tikinti şirkətləri burda bina ucaltmağa maraq göstərmir. Ekspertlər düşünür ki, şəhər kənarında binalar ucaltmaq üçün dövlət qurumlarını, universitetlərin bir hissəsi həmin ərazilərə köçürülməlidir.
XƏBƏR LENTİ
TQDK elan etdi
Sizlərə Dalai Lama testi...
Azərbaycanlı futbolçu oyun zamanı namaz qıldı
Ərdoğan bu gün and içir
Günün qoroskopu: Stressdən uzaq olun!
Azərbaycan kinosunun Gəray bəyi
Məşhurları təqlid edən italiyalı Emanuele
Ağıl nədir?
COVID-19-dan ən yaxşı müdafiə üsulu açıqlandı
DİN-dən əhaliyə XƏBƏRDARLIQ
Üzümüzə nə yazılıb?
Prezident İlham Əliyev dövlət və hökumət başçılarının şərəfinə ziyafətdə iştirak edib
Kriştianu Ronaldudan inanılmaz fədakarlıq
Əcnəbilərlə evlənən Azərbaycanlı qızların SAYI açıqlandı
Yarımçıq doğulan körpənin dramı
Kim tapar?
Silahlı Qüvvələrimiz erməni mövqelərinə 140 atəş zərbəsi endirib
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir - RƏSMİ
Sükan arxasında telefonla danışa bilməyəcəklər - Yeni qurğu
Sərnişinlərə şad xəbər
Kino-kino oynamaq
Emir Berke Zincidi kimdir?
Novruz çərəzini necə seçməli?
Dünyanı necə dəyişirlər?
Azərbaycanın dünya şöhrətli sənətkarı Müslüm Maqomayevin xatirəsi yad olunub
Bu pərdələr mənzilinizi lüks mənzərəli edəcək
Şahzadənin doğulacaq övladı barədə ŞOK -FOTO
Məşhur aktyor oğulları ilə İstanbulda ölümdən qurtuldu
Zaman səyahətçisindən qorxunc açıqlama-70 dərəcə istilər
Barışdıqdan sonra İLK Dəfə əl-ələ-FOTO
Məşhur rəsmlər günümüzdə
Göz ətrafına qulluq
Günün qoroskopu - 15.11.2013
Deyirəm bəlkə gülək?
Ziyafət geyimləri
Azərbaycanın təbii-coğrafi şəraiti-3 (son)
Məşhur aktyor 8 il azadlıqdan məhrum edildi
Şumaxer üçün şok reklam
Günün Ramazan təqvimi (3 iyul)
Ledi Qaqa bu dəfə “robot” oldu - FOTO
"Elmin ekologiyası" Adlı Seminar Keçirildi!-FOTO
Sahurda nə yeməli, nə yeyilməməli?
1/8 finalın ilk cütlükləri məlumdur
Təhsil Nazirliyindən daha bir yenilik
Günəşdən qoruyan qidalar
Mark Sukerberqdən riyaziyyatçılara 3 milyon dollar
Sirr saxlamağı bacarırsanmı?
Xüsusi icazəsi olmayan nəqliyyat vasitələri necə aşkar ediləcək? - RƏSMİ
Yaponiya Urmiya gölünün bərpasına kömək etmək istəyir
Azərbaycan kinosu ilk dəfə olaraq Kann Kinofestivalının əsas müsabiqə proqramında