Bu gün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın müxtəlif ölkələrində 3183 azərbaycanlı gənc təhsil alır. APA-nın xəbərinə görə, bu gün keçirilən mətbuat konfransında xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənli bildirib ki, 2014-2015-ci tədris ili üçün Dövlət proqramı çərçivəsində keçirilən müsabiqə başa çatıb. Onun sözlərinə görə, yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərin sayı daha çox olub. Sektor müdiri qeyd edib ki, dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsabiqələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 572 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilib:“Gələn il azərbaycanlı gənclərin xaricdə təhsili “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən həyata keçiriləcək. Lakin gələn il Dövlət Proqramı başa çatır. Hazırda Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır. 2015-2020-ci illər üzrə olacaq Dövlət Proqramında bəzi yeniliklər olacaq. Belə ki, yeni proqramda bakalavriatdan sonrakı səviyyələrdə təhsil alan, elm sahəsində çalışan gənclərə üstünlük veriləcək. Bundan əlavə, Dövlət proqramı çərçivəsində xaricə göndəriləcək azərbaycanlı gənclərlə yanaşı, xarici tələbələrin də Azərbaycanın ali məktəblərinə cəlb edilməsi nəzərdə tutulub”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Uşaqlar üçün tortlar
Nəqliyyat dəbi
Polisdən hər kəsi ŞOKA SALAN işıqfor qərarı - Qırmızı işıqda...
Zerrin Tekindor YENİ İMİCDƏ-FOTO
Bəyaz 12 kq arıqladı-FOTO
Günün ulduz falı
Tarixin ən bahalı 5 telefonu - SİYAHI
Dadlı toyuq əti (foto resept)
Dərman qəbul edərkən diqqətli olun!
Şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb - FOTO
Qırmızı tuflilərdən qorxmayın!
II və III qrup üzrə qəbul imtahanlarının tarixini açıqladı - CƏDVƏL
Azərbaycanda yaxşı iş tapmaq niyə çətindir?
Şakiranın yeni FOTOları
Məşhur modalar evi "ağıllı" saat buraxdı - 2800 DOLLARA
Qeyri-adi aksesuar trendləri
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu
Moskvada Qarabağ xalçaları satırlmasına REAKSİYA
Hazal Kayadan hamiləlik FOTOsu
Ən böyük arzusu Vətən uğrunda döyüşmək olan şəhidimiz - VİDEO
Google Maps-dan Azərbaycana qarşı təxribat - FOTO
Günün qoroskopu: Uğurlu gündür!
Müxtəlif geyim tərzləri
Apple-da nə baş verir?
İdmançımız Avropa çempionu oldu
Daha bir dövlət ərazisinə Azərbaycan vətəndaşlarının daxil olmasına icazə verdi
"Korrupsiyaçının Allah bəlasını versin!"
Beyindən düzgün istifadə
Tarixdə ilk dəfə baş verdi - FOTO
Makiyajsız halda görüntülənən müğənnini tanımaq olmur-FOTO
Toyuqlu rizotta(foto resept)
Toy və nişan buketi
TQDK-da apellyasiya komissiyalarının işi başa çatdı
Azərbaycan milli uşaq oyunları-9
Ayrıldığınız sevgilinizlə yenidən barışmaq istəyirsiniz?
Tər qoxusunun qarşısını necə almalı?
Bakıda icazəsiz küçəyə çıxan COVID-19 xəstəsi aşkarlandı
Mərkəzi Bank kreditlərin sərtləşdirilməsi ilə bağlı açıqlama verdi
Heyli Castin Bieberin soyadını götürdü-FOTO
Qız otaqları üçün dekorasiya nümunələri
Məşhur aktrisa cavabı ilə hər kəsi təəccübləndirdi-FOTO
Bir həftədə 27 milyon insan izlədi
İnsanın daha bir əcdadı tapılıb
"Azərbaycan Türkiyənin və Fransanın yanıdadır"
Nüsret 1 milyonluq gəlirini evsizlərə bağışladı
"Çocuklar duymasın"da sürpriz - FOTO
Dayə seçərkən nələrə diqqət vermək lazımdır?
Milanda gəzməli yerlər
Magiya: həm xoşbəxtlik, həm də bədbəxtlik?
- ŞƏRHLƏR