Bakıda hava
USD AZN
EUR AZN
10:42Xəyalə Murad O dəhşətli gecədən 30 il ötür! 10:42Xəyalə Murad Allah bütün şəhidlərimizə rəhmət eləsin!
41327

Mark 2030-cu ilə qədər yeni sosial platforma yaradacaq

Mark 2030-cu ilə qədər yeni sosial platforma yaradacaq


"Facebook"un rəhbəri Mark Zukerberq qarşıdakı on il üçün proqnoz verib.

O, bu barədə rəhbəri olduğu sosial şəbəkədəki postunda yazıb.

"Dünyanın və həyatımın 2030-cu ilə qədər necə dəyişəcəyini düşünməyə qərar verdim. Ümid edirəm ki, 2030-cu ilədək milleniallar çox sayda qurumda rəhbər vəzifələr tutacaqlar. Növbəti on il ərzində "Chan Zuckerberg Initiative" təşkilatı gənc sahibkarlara, alimlərə və liderlərə kömək etməyə diqqət ayıracaq", - M.Zukerberq yazıb.

"Facebook" rəhbərinin sözlərinə görə, yaxın 10 ildə yeni özəl sosial platforma yaradılacaq: "İnternet bizə böyük güc - hər kəslə hər yerdə ünsiyyət qurma imkanı verib. Bu, sərhədlərimizi olduqca genişləndirir. İndi milyardlarla insanın yaşadığı cəmiyyətin bir hissəsiyik"

Həmçinin M.Zukerberq növbəti onillikdə yeni texnoloji platformanın - əlavə edilmiş reallıq cihazları, iri rəqəmsal cəmiyyətlərin idarə edilməsinin yeni formaları hesabına genişləndirilmiş imkanlı smartfonların meydana çıxacağını, kiçik biznesin isə böyük şirkətlərin imkanlarını, o cümlədən müxtəlif texnologiyalara çıxış imkanları əldə edəcəklərini bildirib.

Səslərin sayı: 0
0
165
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!