Gizlin deyil ki, bizim sağlamlığımız ilk növbədə bizim əhvalımızdan asılıdır. Bəhva İbn Həvəsxan "Mədənüş-şifa" (1512 il) əsərində insanın hal-əhvalı və fiziki sağlamlığı arasındakı qarşılıqlı əlaqəni belə izah edir: İnsan bədəndən və ruhdan, yəni psixiki maddədən ibarətdir. Məhz bu müştərək birləşmə xəstəliyə məruz qalır, çünki ayrı-ayrılıqda nə bədən nə də ruh xəstələnmək bacarığına qadir deyil.
Ortaəsr mənbələrinə görə, hər hansı bir emosiya orqanizmdə spesifik funksional dəyişiklik yaradır.
KİN. Ödü hərəkətə gətirir və üzə sarı rəng verir, isti təbiətli insanlara üçün çox zərərdir. Ancaq məzacında rütubətlilik və soyuqluq olaq adamlara müəyyən xeyir gətirir.
SEVİNC. Üzün rəngini yaxşılaşdırır, bədəni sağlam saxlayır və kökəldir.
GÜCLÜ QƏM, KƏDƏR VƏ QORXU. Ürək-damar sisteminə mənfi təsir göstərir. Bəzən ürək partlaması və ölümlə nəticələnə bilər.
UTANMAQ VƏ ÖZÜNÜ İTİRMƏK. Əvvəlcə üzün qızarmasına səbəb olur və insanı tərlədir, sonra isə üzün rəngi saralır.
ÜMİD. Mülayim sevinc kimi təsirə malikdir.
ÜMİDSİZLİK. Qəm və kədərdə olduğu kimi eyni ziyanı vardır.
Əsgi mənbələrdə həddindən artıq emosianallığın və psixiki gərginliyin fəlakəti qeyd olunur. (24, s. 34). Yusif İbn Məhəmməd 1511-ci ildə yazırdı: Uzunmüddətli psixiki rahatlıq insan məzacını soyudur və sakitləşdirir. Həddindən artıq fiziki fəaliyyət və həyacan, məsələn, ifrat qəm, qüssə və kədər, və ya əksinə, hədsiz və qəfildən baş verən şadlıq məhv edicidir. (74, s. 76). Bununla yanaşı ortaəsr alimləri mənfi emosiyaları sakitləşdirmək yox, onların səbəbini aradan qaldırmağı məsləhət bilirlər.
KİN SAXLAMAYIN! Nəsrəddin Tusi (1201-1274) "Əxlaqi-nasiri" əsərində aşağıdakıları yazırdı: Bəzən belə olur, insan öz kinini boğur və içində gizlədərək, uzun müddət onu ürəyində gəzdirir. Axırda o, ölümlə nəticələnə bilən ağır xəstəliklərə düçar olur. Kinin müalicəsi onun səbəbini aradan qaldırmaqdan ibarətdir, çünki səbəb gücləndikcə, nəticə də güclənir. (86, s. 91)
Ortaəsr mənbələrinə əsasən, mənfi emosiyalar və psixiki gərginlikdən qorunmaq üçün aşağıdakılar kömək edir:
Fiziki məşqlər.
Autotreninq (özünütəlqin, psixoloji məşğələlər).
Sevdiyin işlə mütəmadi məşğul olmaq.
Vaxtında istirahət etmək.
Və əksinə, sağlamlığa qarşı layqedlik, pis tərbiyə, həmişə kef dalınca qaçmaq şüurun emosianal sferasının ifrat inkişafına gətirib çıxarır ki, bu sağlam həyat tərzi üçün böyük manedir. Kin, kədər, depressiya və başqa mənfi emosiyalara qarşı ən yaxşı dərman aktiv istirahət və əməkdir (sevdiyin işlə məşğul olmaq). Sultan Əli Xorasani XVI əsrdə yazırdı: eHəvəsləndirici məşğuliyyətlər, şəhər və ölkələri səyahət etmək təzə və naməlum şeyləri kəşf etmək orqanizmin tonusunu qaldırır və xəstəliklərdən qoruyur. (56, s. 89).
Göstərilən mənbələrdə xarici faktorların da (görmək, eşitmək, iy bilmək və s.) insanın emosional tonusuna böyük təsiri qeyd edilir. Beləliklə, "Tibbnamə"-yə görə musiqiyə, bağda yarpağların xışıltısına, çayların və fəvvarələrin şırıltısına qulaq asmaq şəkil və güllərə, gözəl təbiət mənzərələrinə tamaşa etmək insanın həyat enerjisi artırır.
GÜLMƏK TERAPİYASI. Keçmişdə yaşayan alim və mütəfəkkirlərin bir çoxu gülüşün müalicəvi gücündən yazırdılar. Onlar belə hesab edilirdi ki, gülüş gözdəyməni, cadunu qovur və şər qüvvələrlə mübarizə aparır. Aristotel (e.ə. IV əsr) gülüşə böyük bir elmi əsər həsr etmişdi. Orta əsr ərəb yazısıçı, yumorist Əbu Osman əl-Cahiz (775-868 illər) qeyd edirdi: Gülüş uşağın duyduğu ilk nemətdir, gülüşə görə o özünü yaxşı hiss edir. Gülüş piyin yığılmasına və qanın çoxalmasına kömək edir ki, bunlar da onun güc və sevincinin mənbəyidir Əgər gülmək və güldürmək eybəcər hesab edilsəydi, onda gül və rəng-bərəng parça, qiymətli bəzək və gözəl imarət haqqında deməzdilər ki, o, sankı gülür! (15, s. 23-24).
Gülüşü müalicəvi gücü müasir alimlər tərəfindən də təsdiqlənir. Məsələn, V. Baxtin gülüş mədəniyyət-inin müxtəlif çalarlarını tədqiq etmişdir. Britaniya və hind alimləri müəyyən etmişlər ki, gülüşlə kişilərdə impotensiyanı müalicə etmək olar. Bir qrup xəstələrdən üzərində aparılan ekspertment nəticəsində müəyyən olmuşdur ki, gülüşlə müalicə olunan pasientlərin 60%-i sağaldılar. Sonrakı kliniki müşahidələr göstərdi ki, gülüş həqiqətən də müxtəlif xəstəliklərlə mübarizə aparır, insanda imuniteti artırır, onu sağalmağa doğru aparır və xəstəlikdən sonra orqanizmin bərpasını tezləşdirir.
Fərid Ələkbərli "ŞƏRQ TƏBABƏTİNİN SİRLƏRİ"dən
XƏBƏR LENTİ
Yun paltarlara qulluq- Vacib qaydalar!
Qorxunc PROQNOZ: Fəsillər yox olur
Uşaq "Bismillah" dedi, avtobusdan qovuldu
Türkiyə parlamentinin sədri: “Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi önəm illər sonra səmərəsini verdi”
Çoxuşaqlılığa görə müqavimət alan analar
22 yaşlı tələbə evdə sınaq keçirmək istədi, şok nəticə
“Eurovision-2019”un aparıcısı supermodel olacaq
Öskürəyə qarşı ballı qəhvə
Səhiyyə Nazirliyi yeni peyvənd sifariş verib
Ebola bitmədi
Sevgilisinə 50 min dollarlıq sırğa bağışladı
Maraqlı mətbəx əşyaları
Ağlayan keks (video-resept)
Christopher McCandles-Cəmiyyət
Nemtsovun qətlini kim sifariş verib?
Olimpiya məşəli tarixdə ilk dəfə açıq kosmosa çıxarıldı
Burak Özçivit 14 fevralda 80 qadınla görüşəcək
Pərviz "Survivor"dan yazdı
Fəlakət robotu ən güclü oldu
Gün var əsrə bərabər: ötənləri yada salaq
Kökəlməmək üçün bunları yeyin
Dəb və sevgi diyarı "Fransa"
Çox sevilən içki - kapuçino
Müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu başa çatır
"Cəbhənin düşmən tərəfində yerləşən kəndlər köçürülüb"
Piylənmə ömürü 8 il qısaldır
Azərbaycanlı şagirdlərin üz qarası
Yağış yağacaq, temperatur yüksələcək
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni edir"
İspaniyanın ən gözəl şəhərləri
Selena Gomezdən gözlənilməz açıqlama- VİDEO
Yuxugörmənin öyrənilmə tarixindən (son)
Əmək kitabçaları tarixə qovuşur
Türkiyə dənizçiləri 466 liviyalı qaçqını xilas etdilər
Rihannadan FOTOsessiya
Ölümü proqnozlaşdıran texnologiya yaradıldı
"Rocketman"hər kəsin diqqətini çəkir-FOTO
Ledi Qaqanın AYRILIQ səbəbi məlum oldu-FOTO
Manat nə vaxt ucuzlaşacaq?
Kartoflu çörək (video-resept)
"Küləklə sovrulan"ın əfsanəvi kostyumu satıldı
Bayram süfrəsinin bəzədilməsi üçün 10 aksessuar
Şərf və yaylıq bağlama üsulları - 2
Uşağımın dostu yoxdur...!
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 100-ü keçdi
Siyənək ilə kartof
2014-cü ilin hörüklü saç düzümləri
Toyda çəkilən FOTO hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Tele ulduz geyimi ilə HEYRƏTLƏNDİRDİ
Əsla bunu YEMƏYİN!