Yaz, yay ayları gəldikdə havalar isinir. Günəşin şüalarına qarşı özümüzü qorumasaq, bir çox xəstəlik özünü biruzə verə bilər. Günəşi görən kimi çölə çıxmaq istəyirik, amma günəşli havalarda məcburiyyət olmadan çölə çıxmayın. Əsasən də günorta saatlarında günəş şüalarının çox olduğu yerdən uzaqlaşın. Məcburən çölə çıxdıqda isə papaq, eynək, ya da çətir götürərək günəşdən özünüzü qoruyun.
Günəş şüaları diabeti ağırlaşdırır
Güclü günəş işığı altında qaldıqda tərləyərək bədənimizin suyunu itiririk. Bu itki qandakı şəkərin qalxmasına səbəb olur. Buna görə də diabet xəstəsi olan insanlar günəşin fəallığının çox olan vaxt - günorta saatlarında çöldə olsalar, şəkər səviyyəsi yüksələcək. Bundan əlavə, güclü günəş altında olan şəkər xəstələrinin əsəbləri korlanaraq əlavə xəstəlik də tapa bilərlər. Buna görə də diabet xəstəliyi olan insanlar ya səhər, ya da gün batan vaxt çölə çıxmalıdırlar. Onlar özlərini günəşdən qorumalıdırlar.
İsti hava diabet xəstələrinin yuxu rejminin pozulmasına gətirib çıxarır. Bir anda şəkərin qalxmasını və ya düşməsini müşahidə edə bilərik. Bu cür hallarla qarşılaşmamaq üçün şəkər xəstələri özlərini isti havalardan qorumalıdır.
İsti havaların mənfi təsirini azaltmaq üçün:
*Bol miqdarda su içməli;
*Rejimlə eyni saatlarda qidalanmalı;
*Qarpız, yemiş, şaftalı, gilas kimi meyvələri az miqdarda qəbul etmək lazımdır. Çünki bu meyvələrin qlisemik indeksi yüksəkdir;
*Qırmızı ətdən istifadə etməyin;
*Bolluca tərəvəz yeyin;
*Kartof, xəmir, qızartma kimi çox yağlı yeməklərdən uzaq olun;
*Kifayət qədər yatıb dincəlmək lazımdır;
*Dondurmadan çox istifadə etmək olmaz.
Diabet xəstələri üçün yay ayları çox təhlükəlidir. Əsasən də isti şəhərdə yaşayır və yay fəslini problemsiz keçirmək istəyirsinizsə, güclü pəhriz saxlamalısınız. Kondisionerli yerlərdə olmaq sizin üçün yaxşı olar. Bədəninizin suyunu normada saxlamaq üçün bol miqdarda su içməyi yaddan çıxarmamayın. Su dedikdə ağlınıza şirin qazlı sular, meyvə suyu kimi şəkər miqdarı çox olan içkilər gəlməsin. Çünki bu içkilər şəkərinizi qaldıracaq. Çay, kofe kimi içkilər də su əvəzinə qəbul edilməməlidir.
Ən vacib və zərərsiz içki sudur. Suyu isti və ya soyuq içmək elə də vacib deyil. Amma bir stəkan ilıq suyun mədənizdə qalma vaxtı 8 dəqiqədirsə, soyuq su 20 dəqiqəyə mədənizdən yox olar. Yayda, əlbəttə, isti su içilmir, amma çox soyuq su içmək də faydalı deyil.
Diabet xəstələri üçün adətən stresli keçən yay fəsli bu məsləhətlər və həkiminizin verdiyi pəhriz sayəsində sağlam keçə bilər. Ən əsası özünüzü tanımağınızdır. Hansı halda şəkərinizin qalxa biləcəyini ən yaxşı siz bilirsiniz. İsti və stress şəkəri oyatdığı üçün əsasən də bu iki haldan nə qədər uzaq olsanız, bir o qədər sizə faydalıdır.
XƏBƏR LENTİ
Gözəlliyə açılan qapılar
İşbazlar Göyçay fermerlərini çıxılmaz vəziyyətdə qoydular
Moskva Dövlət Universitetinin Bakı filialı vakant iş yerlərinə sənəd qəbulu elan edir
Azərbaycanın qədim şəhərinin əks-sədası İspaniyada
"Mançester Siti"nin baş məşqçisi kimdən üzr istədi?
Hamiləlikdə gözəllik məhsulları zərərlidirmi?
Toy üçün Clutch çantalar
Sabahın HAVAsı
Xəstə uşaq psixologiyası
Təsirli Koreya filmləri
Hollivur Ulduzu Qəzada öldü -FOTO
Sinoptiklər hava ilə bağlı nə deyirlər?
Almaniyada nəşə leqallaşacaq?
Kim ki yüz il yaşamırsa...
Hamilə xanımlar üçün çimərlik geyimləri
Qadın Yaponiya tarixində ilkə imza atdı
Qadınlar niyə yalan danışır?
28 illik həbs edilən gənc hər kəsi heyrətləndirdi_FOTO
Saçın tökülməsinə qarşı maska
Rayonlara qar yağacaq
Mövzular üzrə avatarlar
Esra Dermancıoğlu izləyicilərini təəccübləndirdi-VİDEO
Fahriye Evcen yeni şəkillərini paylaşdı
Ermənilər necə silahlandırılır?
Planşet bazarında azalma zəifləyəcək
İranda şok cəza
Serj Sarkisyan : "Müharibə çıxış yolu deyil"
Sobada qazan kotleti (foto-resept)
İzmirdə ardıcıl yeraltı təkanlar baş verib
Kişiləri cəlb etmək üçün məsləhətlər
Leyla Əliyeva internat məktəbində
Meray Keri 22 kiloqram arıqladı - FOTO
Dünya elmi zəfəranın arxasında xərçəngin müalicəsini gizlədir?
Qeyri-adi etiraz aksiyası
"Qarabağ" - "Neftçi" finalının keçiriləcəyi stadion
Актриса-певица показала свой дом стоимостью 5 миллионов
Qışda sevgilinizlə necə vaxt keçirə bilərsiniz?
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - İlham Əliyev
Məşhurlar geyimləri ilə HƏR KƏSİ HEYRAN QOYDU - FOTO
Gənclər üçün ailə paketləri
Bunları bilirsinizmi?
Sızanaqlar haqqında bilmədikləriniz
Bakıda ən böyük yolka bu ərazidə qurulacaq
Uşaqlar idmana nə zaman başlamalıdırlar?
İlkin təəssürat: inanaq, ya yox?
Karamelli peçenye (foto resept)
Saç uzadan 2 maska
Avokadonun faydaları
Azərbaycan Cənubi Qafqazda liderdir
ABŞ-ı İran prezidentinə həvalə elədilər
- ŞƏRHLƏR