Qadin.NET / Şəkər xəstələri, günəşə diqqət!

Şəkər xəstələri, günəşə diqqət!

Yaz, yay ayları gəldikdə havalar isinir. Günəşin şüalarına qarşı özümüzü qorumasaq, bir çox xəstəlik özünü biruzə verə bilər. Günəşi görən kimi çölə çıxmaq istəyirik, amma günəşli havalarda məcburiyyət olmadan çölə çıxmayın. Əsasən də günorta saatlarında günəş şüalarının çox olduğu yerdən uzaqlaşın. Məcburən çölə çıxdıqda isə papaq, eynək, ya da çətir götürərək günəşdən özünüzü qoruyun. 

Şəkər xəstələri, günəşə diqqət!

Günəş şüaları diabeti ağırlaşdırır

Güclü günəş işığı altında qaldıqda tərləyərək bədənimizin suyunu itiririk. Bu itki qandakı şəkərin qalxmasına səbəb olur. Buna görə də diabet xəstəsi olan insanlar günəşin fəallığının çox olan vaxt - günorta saatlarında çöldə olsalar, şəkər səviyyəsi yüksələcək. Bundan əlavə, güclü günəş altında olan şəkər xəstələrinin əsəbləri korlanaraq əlavə xəstəlik də tapa bilərlər. Buna görə də diabet xəstəliyi olan insanlar ya səhər, ya da gün batan vaxt çölə çıxmalıdırlar. Onlar özlərini günəşdən qorumalıdırlar.

İsti hava diabet xəstələrinin yuxu rejminin pozulmasına gətirib çıxarır. Bir anda şəkərin qalxmasını və ya düşməsini müşahidə edə bilərik. Bu cür hallarla qarşılaşmamaq üçün şəkər xəstələri özlərini isti havalardan qorumalıdır. 

Şəkər xəstələri, günəşə diqqət!

İsti havaların mənfi təsirini azaltmaq üçün:

*Bol miqdarda su içməli;

*Rejimlə eyni saatlarda qidalanmalı;

*Qarpız, yemiş, şaftalı, gilas kimi meyvələri az miqdarda qəbul etmək lazımdır. Çünki bu meyvələrin qlisemik indeksi yüksəkdir;

*Qırmızı ətdən istifadə etməyin;

*Bolluca tərəvəz yeyin;

*Kartof, xəmir, qızartma kimi çox yağlı yeməklərdən uzaq olun;

*Kifayət qədər yatıb dincəlmək lazımdır;

*Dondurmadan çox istifadə etmək olmaz. 

Şəkər xəstələri, günəşə diqqət!

Diabet xəstələri üçün yay ayları çox təhlükəlidir. Əsasən də isti şəhərdə yaşayır və yay fəslini problemsiz keçirmək istəyirsinizsə, güclü pəhriz saxlamalısınız. Kondisionerli yerlərdə olmaq sizin üçün yaxşı olar. Bədəninizin suyunu normada saxlamaq üçün bol miqdarda su içməyi yaddan çıxarmamayın. Su dedikdə ağlınıza şirin qazlı sular, meyvə suyu kimi şəkər miqdarı çox olan içkilər gəlməsin. Çünki bu içkilər şəkərinizi qaldıracaq. Çay, kofe kimi içkilər də su əvəzinə qəbul edilməməlidir.

Ən vacib və zərərsiz içki sudur. Suyu isti və ya soyuq içmək elə də vacib deyil. Amma bir stəkan ilıq suyun mədənizdə qalma vaxtı 8 dəqiqədirsə, soyuq su 20 dəqiqəyə mədənizdən yox olar. Yayda, əlbəttə, isti su içilmir, amma çox soyuq su içmək də faydalı deyil.

Diabet xəstələri üçün adətən stresli keçən yay fəsli bu məsləhətlər və həkiminizin verdiyi pəhriz sayəsində sağlam keçə bilər. Ən əsası özünüzü tanımağınızdır. Hansı halda şəkərinizin qalxa biləcəyini ən yaxşı siz bilirsiniz. İsti və stress şəkəri oyatdığı üçün əsasən də bu iki haldan nə qədər uzaq olsanız, bir o qədər sizə faydalıdır.

15 fevral 2014
GO BACK