Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumat saxlayan DNT molekulunda radiasiya və ya kimyəvi təsirlər nəticəsində meydana gələn qırılmalar və yerdəyişmələrdir. Mutasiyalar DNT-ni təşkil edən nukleotidləri pozur və ya yerlərini dəyişdirir. Əksər hallarda hüceyrənin təmir edə bilmədiyi zərər və dəyişikliklərə səbəb olurlar.
Ona görə, mutasiya heç də düşünüldüyü kimi canlıları daha mükəmməl canlıya çevirən “sehirli çubuq” deyil. Mutasiyaların təsiri tamamilə zərərlidir. Mutasiyaların səbəb olduğu dəyişikliklər ancaq Xirosima, Naqasaki və Çernobıldakı insanların məruz qaldığı dəyişikliklərdir: yəni ölüm, şikəstlik və əcaib bədən quruluşu ilə doğulmuş insanlar…
Bunun səbəbi çox sadədir: DNT kompleks nizama malikdir. Bu molekula hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı genetik B.G.Ranqanatan bunu belə açıqlayır: Mutasiyalar kiçik, təsadüfi, zərərli dəyişikliklərdir. Çox nadir meydana gəlirlər və ən yaxşı ehtimalla təsirsizdirlər. Bu dörd xüsusiyyət mutasiyaların təkamül xarakterli irəliləyişə səbəb olmadığını göstərir. Onsuz da yüksək dərəcədə xüsusiləşmiş orqanizmdə meydana gələn təsadüfi dəyişiklik ya təsirsiz, ya da zərərli olur. Bir qol saatında meydana gələn təsadüfi dəyişiklik qol saatını təkmilləşdirməz. Ona böyük ehtimalla zərər verər və ya ən yaxşı ehtimalla təsir etməz. Zəlzələ bir şəhəri təkmilləşdirməz, onu məhv edər.
Bu günə qədər heç bir faydalı mutasiya nümunəsi müşahidə edilməyib. Bütün mutasiyaların zərərli olduğu görülüb. İkinci Dünya Müharibəsindən sonra nüvə silahları nəticəsində əmələ gələn mutasiyaları tədqiq etmək üçün qurulan Atom Radiasiyasının Genetik Təsirləri Komitəsinin hazırladığı məruzə haqqında təkamülçü elm adamı Uorren Uiver belə deyirdi: Çoxları məlum olan bütün mutasiya nümunələrinin zərərli olduğu nəticəsinə təəccüblənəcək, çünki mutasiyalar təkamül prosesinin lazımlı hissəsidir. Necə ola bilər ki, hamısı zərərli olan mutasiyalar canlını təkmilləşdirərək daha ali canlıya çevirsin?
O vaxtdan etibarən bütün faydalı mutasiya əmələ gətirmə səyləri uğursuzluqla nəticələnib. Təkamülçü bioloqlar çox sürətlə çoxaldığına və mutasiyaya məruz qoymaq asan olduğuna görə meyvə milçəkləri üzərində illərlə mutasiya təcrübələri keçiriblər. Bu canlıları hər cür mutasiyaya milyon dəfələrlə məruz qoyublar. Ancaq heç bir faydalı mutasiya müşahidə edilməyib. Qordon Teylor bu barədə belə yazır:
Təkamülçü bioloqlar keçən əsrin əvvəlindən etibarən milçəkləri mutasiyaya məruz qoyaraq faydalı mutasiya nümunəsi axtarıblar. Ancaq bu səylərinin nəticəsində şikəst, xəstə, qüsurlu milçəklər əldə ediblər. Bu, çox təəccüblüdür, ancaq bir o qədər də nəzərdən qaçırılan faktdır: 60 ildir dünyanın hər tərəfində genetiklər təkamülü sübut etmək üçün meyvə milçəkləri yetişdirirlər. Ancaq hələ də yeni bir növün, hətta bir fermentin belə əmələ gəldiyini müşahidə etməyiblər.
Başqa bir tədqiqatçı Maykl Pitman meyvə milçəkləri üzərindəki təcrübələrin uğursuzluğunu belə ifadə edir: Bir çox genetik meyvə milçəklərini nəsillər boyu saysız-hesabsız mutasiyaya məruz qoyublar. Bəs nəticədə insan əli ilə süni təkamül baş verdimi? Təəssüf ki, xeyr. Genetiklərin meydana gətirdiyi əcaib canlılardan çox azı sınaq şüşələrindən kənarda həyatlarını davam etdirə biliblər. Praktikada mutasiyaya məruz qalmış bütün meyvə milçəkləri ya ölüb, ya şikəst olub, ya da qısır qalıblar.
Eyni vəziyyət insana da aiddir. İnsanların məruz qaldığı bütün mutasiyalar zərərlidir. Tibb kitablarında mutasiyaya nümunə göstərilən monqolizm, daun sindromu, albinizm, liliputluq kimi əqli və fiziki pozuntuların və ya xərçəng kimi xəstəliklərin hər biri mutasiyaların məhvedici təsirlərini göstərir. Əlbəttə, insanları şikəst və xəstə edən bir proses təkamül mexanizmi ola bilməz.
Amerikalı patoloq Devid A. Demik mutasiyalar haqqında yazdığı elmi məqaləsində belə deyir: Son illərdə genetik mutasiyalarla əlaqədar minlərlə insan xəstəliyi təsnif edilmişdir. Yeni nəşr olunmuş bir kitabda 4500 fərqli genetik xəstəlik sadalanır. Habelə, molekulyar genetika təhlillərindən əvvəl klinik cəhətdən müəyyən edilən bəzi irsi sindromların (məsələn, marfan sindromunun) mutasiyaların nəticəsi olduğu məlum olmuşdur…
Mutasiyaların əmələ gətirdiyi bütün bu xəstəliklərlə yanaşı, faydalı təsirləri varmı? Müəyyən etdiyimiz minlərlə zərərli mutasiya nümunəsi ilə yanaşı, əlbəttə, bəzi müsbət nümunələr də müəyyən etməliyik–əgər makrotəkamül doğrudursa. Bu müsbət nümunələr həm daha kompleks canlılar əmələ gətirmək üçün təkamülə lazım olacaq, həm də çoxlu sayda zərərli mutasiyanın məhvedici təsirini tənzimləmək üçün lazım olacaq. Ancaq məsələ bu faydalı mutasiyalar olduqda, qəribədir ki, təkamülçü bioloqlar həmişə susurlar.
Təkamülçü bioloqların faydalı mutasiya adlandırdığı yeganə nümunə həmişəki kimi oraqvarı hüceyrə anemiyasıdır. Bu xəstəlikdə qanda oksigen daşıyan hemoqlobin molekulu mutasiya nəticəsində pozulur və quruluşu dəyişir. Nəticədə, hemoqlobinin oksigen daşıma qabiliyyəti itir. Oraqvarı hüceyrə anemiyası xəstəliyinə tutulan insanlar buna görə getdikcə artan tənəffüs çətinliyi çəkirlər. Ancaq təəccüblüdür ki, tibb kitablarının qan xəstəlikləri bölməsində bəhs edilən bu mutasiya nümunəsi bəzi təkamülçü bioloqlar tərəfindən faydalı mutasiya adlandırılır. Bu xəstəliyə tutulan insanların malyariyaya qarşı immunitet qazanmaları təkamülün bu insanlara hədiyyəsi olduğu deyilir. Əgər bu məntiqlə düşünsək, genetik cəhətdən əlil doğulmuş insanların yolda yeriyə bilməməsini və bu sayədə avtomobil qəzalarında ölməkdən xilas olduqlarını nəzərə alaraq əlilliyi faydalı genetik xüsusiyyət hesab etməliyik. Şübhəsiz ki, bu məntiq çox əsassızdır.
Aydındır ki, mutasiyalar ancaq məhvedici xarakterə malikdir. Fransa Elmlər Akademiyasının keçmiş rəhbəri Pier Pol Qrassenin mutasiyalar haqqında izahı bu cəhətdən olduqca açıqlayıcıdır. Qrasse mutasiyaları yazılı mətnin surəti köçürülərkən edilən hərf səhvlərinə bənzətmişdir. Hərf səhvləri kimi mutasiyalar da məlumat əmələ gətirmir, əksinə, mövcud məlumatı silir. Qrasse bu faktı belə açıqlamışdır: Mutasiyalar tədricən, nizamsız şəkildə meydana gəlir. Bir-birlərini tamamlayıcı xüsusiyyətləri yoxdur və bir-birini izləyən nəsillər üzərində müəyyən istiqamətdə toplanmış təsirləri yoxdur. Onsuz da mövcud formanı dəyişdirirlər, ancaq bunu tamamilə nizamsız şəkildə edirlər… Bir canlı orqanizmində çox kiçik nizamsızlıq əmələ gəldikdə belə bunun nəticəsi ölüm olur. Həyat ilə anarxiya (nizamsızlıq) arasında heç bir uzlaşma yoxdur.
Məhz buna görə, elə Qrassenin ifadəsi ilə desək, mutasiyalar nə qədər çox olsalar da, əsla təkamülə səbəb olmurlar.
R.Əkbərov
XƏBƏR LENTİ
Kişilərin evini yıxan mobil bəla
Beren Saat və Kenan Doğulu aylar sonra ilk dəfə-FOTO
Subay qadınlara "ər tapmaq məzuniyyəti" verilir
Aspirin maskasıyla gözəlləşək
Mənim çətinliklə dünyaya gətirdiyim balam
Hərbi Komandanlıq işğal olunmuş ərazilərdəki dinc əhaliyə növbəti dəfə müraciət ünvanlayıb
Əl yazısı sıradan çıxır?
Azərbaycanda müəllim ordusu qadınlardan ibarətdir
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Baş nazirin müavini: Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı var
Makron Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi - VİDEO
Ən dəbdəbəli təyyarə interyerləri
Günün qoroskopu:Bədxərclik etməyin!
Talisman, yoxsa mif?
Şokoladlı sufle: gecə-gündüz (foto-resept)
Cəbhə xəttində gərginlik
Qurban bayramında neçə gün iş olmayacaq? - RƏSMİ
Astronomiyadan təsirlənən manikür
Azərbaycan daha bir şəhid verdi - RƏSMİ
Koreyski kələm (foto resept)
Ombudsman müraciət etdi
Gül ləçəklərindən ayaqqabılar
Qarpız pəhrizi - həm arıqladır, həm orqanizmi təmizləyir
Yağ yandıran 2 detoks
HAVA necə olacaq? 15 Mart
Kəlbəcəri tərk edən ermənilər ağacları da kəsib özləri ilə aparırlar
Dəfn edilən adam bir ay sonra evinə qayıtdı
Lauranın əl işləri
Texas pirojnası (foto resept)
Pivə içənlər diqqətli olun
Çantalar
Gözəl geyim və aksessuarlar
Love story
Hava haqqında
Ermənistan ordusu iki polkovnikdən sonra generalını da itirdi
Yataq otağı dizaynları
İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)
Tənhalıq ölümcüldür
İmtahanın ən yüksək nəticələri açıqlandı
Bakı metropolitenində fləşmob
Süd və süd məhsullarının faydaları
Yağlı dəridən necə xilas olmalı?
Çimərlikdə istirahət ÖLÜMÜ TEZLƏŞDİRİR - Alim RƏYİ
"Əsədin dişi aslanları"
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Həyatın mənasını itirmişəm (Suala cavab)
Yaddaş zəifliyi yaşla əlaqədar deyil
Tətildə izləyə biləcəyiniz filmlər
"Azərbaycanda 30 min erməni yaşayır"
SMS-lər populyarlığını itirir
- ŞƏRHLƏR