Yer üzünün ən mükəmməl nasosu olan ürək necə işləyir? Hüceyrələrimizin enerji kimi istifadə etdiyi ATF harada və necə hasil edilir?
Mədəmizdəki nasosların funksiyası nədir?
Dövrümüzdə texnologiyanın ən əsas komponentlərindən biri nasoslardır. Quru, dəniz və hava nəqliyyatı vasitələrinin motorları nasoslar sayəsində işləyir. Neft, qaz kimi enerji mənbələrinin yerin dərinliklərindən çıxarılmasında, emalında və daşınmasında da nasoslar mühüm vasitədir. Qida mənbələrimizin əsasını təşkil edən taxıl da nasoslarla işləyən suvarma kanalları ilə sulanır. Odur ki, dövrümüzdə nasoslar olmadan həyatımız çətinləşər. Ancaq həyat üçün böyük əhəmiyyətə malik nasoslar sadəcə texnoloji məhsullarla məhdudlaşmır. Bütün dünyada istifadə edilən mexaniki nasoslardan daha çox nasos orqanizmimizdə yerləşir. Hər biri həyati əhəmiyyətə malik olan mexanizmlərdən ibarət bu nasoslar bütün mexaniki nasoslardan daha kompleksdir.
Allah insan orqanizmində yerləşən nasoslarda iki əsas mexanizm yaradıb. Bu mexanizmlərdən biri qanın bütün orqanizmə daşınmasıdır. Digəri hüceyrələrin daxili və xarici mühitinin ion mübadiləsini təmin etməkdir.
Bütün həyatımız boyu fasiləsiz işləyən ən böyük nasos: ürək
Yer üzünün ən mükəmməl quruluşa malik nasosu, hal-hazırda, sinənizin sol tərəfində işləyir. Ürək mükəmməl yaradılış xüsusiyyətləri və fasiləsiz döyünməklə bir gündə orqanizmimizdəki qanı 1000 dəfə dövr etdirir.
Ürək təqribən yumruğunuz böyüklüyündə ətdən ibarət nasosdur. Ancaq qüvvəsini düşündükdə dünyanın ən güclü, ən uzunömürlü, ən sərfəli cihazıdır. Bunun bir çox səbəbi var. Əvvəla, ürək işləyərkən çox böyük qüvvə sərf edir. Bu qüvvə sayəsində ürək qanı 3 metr hündürlüyə qədər qaldıra bilir. Ürəyin iş qabiliyyətini belə bir misalla daha yaxşı açıqlaya bilərik. Ürək bir saatda orta ölçülü avtomobili yerdən təqribən 1 metr hündürlüyə qaldırmağa yetəcək qədər enerji meydana gətirir.
Ancaq ürəyin ən əsas xüsusiyyəti fasiləsiz işləməsidir. Ürək dəqiqədə 70 dəfə və ildə təqribən 37 milyon dəfədən çox hərəkət edən əzələdir. Bir insanın ürəyi həyatı boyu təqribən 2.5 milyard dəfə döyünür və təqribən 300 milyon litr qan vurur. Bu isə 10.000 ədəd neft çənini dolduracaq maye miqdarına bərabərdir. Ürək biz yatdıqda belə saatda təqribən 340 litr qan vurur. Başqa sözlə, ürək bir avtomobilin yanacaq çənini saatda 9 dəfə doldura bilər. Fiziki hərəkətlər zamanı, məsələn, qaçarkən ritmini daha da artırır və saatda təqribən 2270 litr qan vurur.
Ürək hər döyündükdə müəyyən miqdarda qanı böyük qüvvə ilə orqanizmin hər tərəfinə vurur. Bu əzələnin qüvvəsini anlamaq üçün yumruğunuzu saniyədə bir dəfə olmaqla nə qədər sıxa biləcəyinizi sınayın. Qısa müddətdə yorulacaq və davam edə bilməyəcəksiniz. Barmaqlarınızı və əlinizi hərəkət etdirən əzələlər bir neçə dəqiqədə yanmağa və ağrımağa başlayacaq. Buna baxmayaraq, ürək bir dəqiqə belə dincəlmədən ömür boyu gərilib-boşalır.
Ürəyin başqa bir xüsusiyyəti isə dəyişən şərtlərə görə lazımi qədər qan vurmasıdır. Normal şərtlərdə ürək dəqiqədə təqribən 70 dəfə döyünür. Yorucu gimnastik hərəkətlər zamanı əzələlərimizin daha çox oksigenə ehtiyacı olur. Bu zaman ürək iş ritmini artırır, dəqiqədə 180 dəfə döyünərək 5 dəfə artıq qan vurur. Normal şərtlər altında bu sürətlə və fasiləsiz işləyən bir cihaz bir müddət sonra xarab olar. Ürək isə illər boyu heç vaxt ritmini itirmədən fəaliyyətini davam etdirir.
Ürək bir mayeni digər tərəfə vuran bəsit nasos deyil. Eyni anda iki müxtəlif mayeni iki müxtəlif istiqamətə ötürən çox xüsusi yaradılışa malikdir. Normal nasoslar kimi yeksənəq iş ritmi yoxdur. Dəyişən vəziyyətə görə hansı sürətlə işləyəcəyini tənzimləyir. Bu xüsusiyyətlərini nəzərə aldıqda ürəyi içində mükəmməl kompüter olan xüsusi yaradılışa malik nasosa bənzədə bilərik.
Ürəyin digər xüsusiyyəti qanın içində axıcı maddələri nasoslaya bilməsidir. Orqanizmə yeridilən dərmanlar və ya qəbul edilən qida maddələri qana qarışdıqda ürəklə nasoslanaraq bütün orqanizmə göndərilir. Bu yolla hüceyrələr qidalanır və xəstəliklər sağalır.
Hüceyrələrimizdəki nasoslar
Canlıları təşkil edən molekulların çoxu müsbət və mənfi yüklü ionlardan ibarətdir. Canlıların həyatı bu ionlardan asılıdır. Hüceyrələr arasında xəbərləşmə (impuls ötürülməsi), hərəkət (əzələ gərilməsi), enerji hasilatı, hüceyrənin bütövlüyünün qorunması kimi ehtiyaclar ancaq ionların hərəkəti ilə təmin edilir. İonlar, əsasən, elektrik yüklərini tarazlıqda saxlamaq üçün hərəkət edirlər.
Hüceyrə qılafından ionların keçməsi ionları tanıyan və ancaq onlara məxsus nasoslar sayəsində mümkündür. Hüceyrədaxili maye xaricdəki mayedən fərqli tərkibə malik olduğuna görə, ionlar bu mayelər arasında müvazinət qurmaq üçün keçid edirlər. İonların keçdiyi kanallar hüceyrə qılafında maye məsamə formasına düşürlər. Beləliklə, bəzi ionların, xüsusilə natrium, kalium, kalsium və xlorun hüceyrənin içinə girib-çıxmasına imkan verirlər. İon kanallarının ən əsas xüsusiyyətlərindən biri də müxtəlif ionları seçə bilmələridir.
Aparılan tədqiqatlarda məlum olub ki, ion kanalları həmişə açıq olmurlar, qapı və ya elektrik açarı kimi işləyərək ancaq bir ion növünün keçməsinə izin verirlər. Bununla yanaşı, ionları daşımaq üçün enerji tələb edən zülal “nasos”-larından istifadə edilir. Ən çox tanınan nasos sistemlərindən biri natrium-kalium nasosudur. Hüceyrə qılafında kanal əmələ gətirən zülal hüceyrənin ümumi enerji hasilatının 1/3-dən yanacaq kimi istifadə edir. Bu zülal fasiləsiz hüceyrə xaricinə natrium ionlarını vurur, bunların əvəzində isə kalium ionlarını qəbul edir. Hər nasoslama prosesində hüceyrə xaricinə 3 natrium (Na+) göndərilir, hüceyrənin daxilinə 2 kalium (K+) qəbul edilir. Beləliklə, bu nasos sayəsində hüceyrənin daxilində natrium (Na+) və kalium (K+) ionlarından asılı olaraq fərqli sıxlıqlar əmələ gəlir. Orqanizmdəki bütün hüceyrələrdə yerləşən bu nasoslardan hüceyrənin daxilində ion sıxlığını təmin etmək və hüceyrənin həcmini tənzimləmək üçün istifadə edilir.
Əlbəttə, bir atomun başqa bir atomu tanıyaraq içəri daxil olmasına izin verməsi möcüzəvi haldır. Şüursuz atomların sanki şüurlu qapıçılar kimi belə bir funksiyanı xətasız yerinə yetirməsi mümkün deyil. Atomların birləşib təsadüfən bu cür həyati əhəmiyyətli funksiyanı meydana gətirdiyini iddia etmək ağıldan kənardır. Ağıllı, vicdanlı hər insan buradakı nizamın Allah`ın əsəri olduğunu, Allah`ın hər şeyin yeganə hakimi olduğunu anlayar.
Ardı var...
R.Əkbərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sahibsiz heyvanlara göstərilən xidmət
Azərbaycanda temperatur -10 dərəcədən aşağı düşdü
Disney şəhzadələrinin modern görünüşləri
Bu günün hava proqnozu
Açıq rəngli ayaqqabılar
Azərbaycanın hərbi hissələrində yenilik
Şahinin Aleyna Tilki AÇIQLAMASI
Müəllimlərin işə qəbulu üzrə növbəti imtahanlar keçirilir
"Hababam sınıfı"nın məşhur aktyoru vəfat etdi-FOTO
XX əsrin faciəsi: Xocalı soyqırımından 22 il ötür
Manatın məzənnəsi
Heykəl kimi insan…
Rusiya sülhməramlıları Ermənistandan Qarabağa yola düşdülər
Alışdığımız görünüş, yoxsa reallıqmı?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Bu şəxs Dünya Müharibəsinin səbəbkarıdır
HAVA necə olacaq?-7 FEVRAL
Uzun donlar
Sosial yardım alanların sayı azalır
Maraqlı və qəribə faktlar
Gimnastlarımız 9 medalla qayıtdı
Yeni Xiaomi smartfonları təqdim olundu
Günün ulduz falı
Alt paltarları haqqında təəccübləndirən 3 fakt
Google şirkəti Qreys Hopperi andı
Ağrılı aybaşı
Maqnitli manikür
Boyun və kürək ağrıları üçün 3 hərəkət
Ürək üçün faydalı olan qidalar
Qərarsızlıq... sonrakı peşmançılığın əsas səbəbi
Armudlu tart (foto resept)
Yıldız Tilbe Tarkanın rekordunu yeniləyəcək
Təşəhhüddə şəhadət barmağı ilə işarə etmək olarmı?
İstedadlı fotoqraflar
Yataq örtüyü dəstləri
2024-cü ilə qədər davam edəcək - Mütəxəssisdən AÇIQLAMA
Kimlər qismən səfərbərliyə cəlb olunacaq? - RƏSMİ
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Təhsil Nazirliyi: 1000-ə yaxın tələbə bir ali məktəbdən digərinə köçürülüb
Günün ulduz falı
Saxta ətirlər xəstəliyə səbəb ola bilər
8 ildə 150 minlik əməliyyat etdirdi-NƏTİCƏDƏ -FOTO
Bu avtobuslarda gediş haqqı aşağı salındı - RƏSMİ
Telefona baxan insanlar "çəkiləcək"
İnstaqramda Yenilik
Hibrid noutbuk təqdim olundu
Bu da üzən göydələn
Heyva şirniyyatı (foto resept)
Londonda Ermənistan səfirliyi qarşısında piket
Balıq çubuqları (foto-resept)
- ŞƏRHLƏR