Nə qədər təmiz mühitdə olsaq da, yaşadığımız yerləri bir çox mikroorqanizmlə bölüşürük. İndi oturduğunuz otağı bir mikroskopla tədqiq etmək imkanınız olsaydı, birlikdə yaşadığınız milyonlarla canlını rahatlıqla görə bilərdiniz.
Belə vəziyyətdə insan bu mənada “əhatə edilmiş qala” kimidir. Şübhəsiz ki, ətrafı saysız düşmənlə əhatə olunmuş qalanın qorunması da tam və planlı olmalıdır. İnsan ehtiyacı olan bu mükəmməl müdafiə ilə birlikdə yaradılmışdır, yəni düşmənlərə qarşı müdafiəsiz deyil. Uca Rəbbimizin insan bədənində yaratdığı “mikro” mühafizə sistemləri, insanları hər cür zərərli orqanizmlərdən qoruyur və bir neçə cəbhədə mübarizə aparır.
Bədəni işğal etmək istəyən düşmən hüceyrələr əvvəlcə onların qarşısını alan ön cəbhələri keçmək məcburiyyətindədirlər. Bu cəbhələrdə bəzən çətin vəziyyətlər olsa da düşmənə rahat keçməyə imkan verilməz.
Mikro düşmənləri gözləyən maneələr
- Düşmənin keçməli olduğu ilk cəbhə dərimizdir. Bir örtük şəklində bütün bədəni örtən dəri bir çox xüsusiyyətə malikdir. Bu möcüzəvi örtünün ən zəruri xüsusiyyətlərindən biri də bədəni xəstə edən mikro düşmənlərdən qorumasıdır. Əgər bədən düşmənlərlə əhatə edilmiş qala olaraq təsəvvür edilsə, dərinin də bu qalanın möhkəm divarlarını əmələ gətirdiyini düşünmək olar.
- Mikroorqanizmlərin bizə çatmaq üçün istifadə etdikləri yollardan biri də tənəffüs yollarıdır. Hər an nəfəs aldığımız havada olan yüzlərlə növ və xüsusiyyətə sahib mikroblar bu yolla bədənimizə girməyə çalışırlar. Ancaq burunun içində onları bir gözətçi kimi gözləyən maneədən xəbərsizdirlər. Burunun selikli qişasındakı xüsusi ifrazat birbaşa və ya tozlar, damcılar və digər maddələrlə birlikdə tənəffüs sisteminə girən mikroorqanizmlərin təxminən 80-90 faizini tutaraq çölə atır.
- Mikrobların bədənə başqa giriş yolları da yeməklərimizdir. Ancaq onların istifadə etdiyi bu yoldan da xəbərdar olan bədənimizin müdafiə sistemləri yeməklərin çatdığı bölgədə, yəni mədədə onları gözləməkdədir. Mədə turşusu sayəsində bütün maneələri keçərək mədəyə girən mikrobların böyük bir hissəsi yox olur. Hələ də yaşayan mikroblar isə incə bağırsaqda olan həzm fermentləri tərəfindən yox edilir.
Müdafiə sisteminin göstərdiyi həqiqət
Bütün bu həqiqətlər qarşısında bəzi suallar yaranır.
Xaricdəki mikrobların qida yolu ilə bədənimizə girmək istəyəcəklərini, yeməklərin yolunu, mikrobların hansı sistemlə yox ola biləcəyini, bu maneədən xilas olduqları təqdirdə hara gedəcəklərini, daha güclü hansı maddə ilə qarşılarına çıxılmalı olduğunu kim təyin etmişdir? Ya da əvvəllər heç vaxt bədən xaricinə çıxmamış, buna görə də mikrobların heç birinin kimyəvi quruluşunu araşdırma imkanı olmayan, eyni zamanda kimya təhsili olmayan bədən hüceyrələri mikrobları yox edəcək maddələri hardan bilirlər? Şübhəsiz ki, fasiləsiz işləyən və mühasirə olunmuş qala kimi mikroblarla mühasirə edilmiş insan bədənini qoruyan belə bir müdafiə sistemini aləmlərin Rəbbi olan Uca Allah var etmişdir. Bir ayədə Allahın mükəmməl yaratma sənəti belə bildirilmişdir: O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr Surəsi, 24)
Unudulmamalıdır ki, insanın 24 saat ərzində mikroblar üçün hədəf halında olması həqiqətən böyük acizlikdir. Hal-hazırda ətrafınızdakı mikroblardan təsirlənmədən bu yazını rahat oxuya bilmənizi Uca Rəbbimizin ilhamı ilə hərəkət edən müdafiə sisteminizə borclusunuz. Buna görə də kiçik quruluşları ilə özlərindən milyonlarla qat böyük olan insan bədənini xəstəliyə, bəzən də ölümə gətirib çıxaran virusların, mikrobların insanlara acizliklərini xatırlatmaq üçün Allahın yaratdığı xüsusi varlıqlar olduğunu unutmamaq lazımdır.
Elm dünyası
XƏBƏR LENTİ
"Piti" (foto-resept)
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Rusiyada FHN-in helikopteri partladı
Gözlərinə qara kölgə düşməsin
2018 dırnaq boyası dəbi
Superkompüter həkimi əvəzləyəcək
Azərbaycanda soyadların verilməsində yenilik
Günün qoroskopu: özünüzə vaxt ayırın
40 minə başqa biri oldu-FOTO
Qolf üçün də "ağıllı" eynək olacaq
Sement kisələrindən gəlinlik tikdi FOTO
Aybüke Pusatın gözəllik sirləri
Günün qoroskopu: problemlər az deyil
Göbələk xəstəliyinin müalicəsi
Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin görüntüləri - VİDEO
Şokoladlı sürpriz yumurta(foto-resept)
Tək ərzaqlı banan dondurması (foto-resept)
Hadrutda küçələrə şəhidlərin adları verildi
WhatsApp Facebook-u geridə qoydu
"Ustad" dərgisinin 31-ci sayı nəşr olundu!
Azərbaycanda koksaki virusu yayılıb? - RƏSMİ AÇIQLAMA
""Barsa" mənə şans verməsə, komandanı tərk edəcəm"
Dəri çatlarının qarşısını necə almalı?
Girovlardan pis xəbər
Evlilikdə cinsi əlaqənin bilinməyən tərəfləri
Mebelləri silmək üçün təbii məhsul
Elman Rüstəmov manat haqqında danışdı
Şokoladlı peçenye (foto resept)
Şəhzadə kababı (foto-resept)
Nüsrət bu dəfə işçisinə verdiyi maaşla gündəm oldu
Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçilməsindən 14 il ötür
İtmiş təyyarədən şok xəbər
Artıq çəkili insanlarda koronavirusun ağır gedişatının səbəbi açıqlandı
Almeda Abazi yenidən efirə qayıdır
Kann festivalı başlandı - FOTO
Türkiyədə matəm elan olundu
HAVA necə olacaq?-25 İyul
Yeni kommunal xidmət limitləri tətbiq olunacaq
Bananlı bulka(foto resept)
Özünü ən sevdiyi məşhura bənzədən 8 insan
AFFA "Binə" klubunu qismən bağışladı
İran Ərdəbil-Bakı aviareysinin açılmasını təklif edir
Məhərrəmlikdə toy etmək olarmı?
Məşhurlardan ilham ala biləcəyiniz hörüklər
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Xocavəndin işğalı - 22 il
Evoque-un xüsusi versiyası
Qadınların kişilərdən fərqi
"Bizim Tarla"dan Novruz sovqatı!
Devid Bekhem baba olacaq
- ŞƏRHLƏR