Qızılca-kəskin yoluxucu xəstəlikdir.Bu xəstəlik ilə nəinki uşaqlar,böyüklər belə xəstələnə bilərlər.Qızılca xəstəliyi təhlükəli ağırlaşmalar törədə bilər.Ağırlaşmaların ən təhlükəlisi ağciyərlərin iltihabıdır.Bu xəstəlik zəif və raxitli uşaqlar üçün xüsusən 2-3 yaşına qədər çox qorxuludur.Qızılca keçirən uşaqlar başqa yoluxucu xəstəliklərə də çox asan tutula bilərlər.
Qızılcanın törədicisi olan -viruslar-xəstənin yuxarı tənəffüs yollarında və gözün selikli qişasında yerləşir.
Danışıq,öskürək,asqırma zamanı bu mikroblar xırda damcılarla havaya yayılır.Buradan da sağlam uşaq orqanizminə düşür və orqanizmi yoluxdurur.Qızılcalı xəstə uşaq səpki əmələ gəlməsindən 4 gün qabaq və səpki dövrünün 5-ci gününə kimi ətrafdakılar üçün təhlükəlidir.Qızılcaya yoluxmuş uşaq birdən-birə xəstələnmir.İlk əlamətlərin meydana çıxmasına qədər olan dövr(9-21 gün)xəstəliyin gizli dövrü adlanır.Qızılca hərarətin yüksəlməsi öskürək və zökəmlə başlayır.Uşaq süst və narahat,iştahsız olur,yuxusu pisləşir,gözləri qızarır,göz yaşının axması və işıqdan qorxma əlamətləri meydana çıxır.3-4 gün keçdikdən sonra uşağın dərisi ləkələrlə,səpki ilə örtülür.Səpki dərinin lap üstündə olduğundan,dərinin hamarlığını pozur.Birinci gün səpki qulaqların arxasında,sifətdə və boyunda görünür,sonra bədənə və ətraflara yayılır.Bu vaxt hərarət yüksəlir,uşağın əhvalı xeyli pisləşir.Bir neçə gündən sonra səpkilər azalmağa başlayır.Dəri üzərində xırda qabıqvermə görünür.Ağırlaşma xəstəliyin həm başlanğıcında,həm də sonrakı günlərdə baş verə bilər.Bəzən xüsusən zəif uşaqlarda qızılca agciyərin iltihabı ilə başlayır,2-3gün sonra səpki əmələ gəlməyə başlayır.Belə tez baş verən ağırlaşma uşaq orqanizmi üçün çox təhlükəlidir.
Xəstə uşağa həkimin göstərişi ilə edilən qulluq xəstəliyin gedişini yüngülləşdirir və ağırlaşmaların qarşısını alır.İlk növbədə xəstə uşaq yatan otaqdan artıq şeyləri çıxartmaq lazımdır.Yaş əski ilə uşağın yatdığı otağın tozunu silmək,otağın ahvasını tez-tez dəyişdirmək vacibdir,çünki təmiz hava ağciyərlərdə iltihabın qarşısını alan əsas vasitədir.İşıq pəncərədən uşağın gözünə düşməməlidir,lakin pəncərəni pərdə ilə örtmək məsləhət görülmür.Çünki günəş şüaları həm mikrobları tələf edir,həm də uşağın sinir sisteminə müsbət təsir göstərir.Xəstə uşağın yeməyi yüngül(süd,ət suyu,kisel,meyvə-tərəvəz),keyfiyyətli və dadlı olmalıdır.Südəmər uşağı xəstəlik zamanı döşdən ayırmaq olmaz.Xəstə uşağa tez-tez çay və ya qaynanmış su vermək lazımdır.Hər dəfə yeməkdən sonra uşaq ağzını yaxalamalıdır,kiçik yaşlı uşaqlara isə yeməkdən sonra 2-3 çay qaşığı qaynanmış su vermək lazımdır.
İlıq su ilə bədənin silinməsi vacib şərtlərdən biridir,həmçinin uşaqın gözlərini də ilıq suyla yumaq xeyirlidir.Səpkilərin bədəndən itməsi və hərarətin normallaşmasına qədər uşaq yataqda olmalıdır.
Xəstəlikdən sonra uşaq tez-tez açıq havada olmalı,yaxşı qidalanmalı,meyvə yeməli və balıq yağı qəbul etməlidir.Qızılcalı uşağı poliklinikaya aparmaq olmaz.Xəstəliyin ilk əlamətləri görünən kimi,uşağı yatağa salıb,tez həkim çağırmaq lazımdır.Əgər həkim qızılca xəstəliyini müəyyən edərsə,o vaxt uşağın getdiyi baxçaya,məktəbə bu haqda xəbər vermək vacibdir.
Qızılcaya qarşı mübarizədə ən yaxşı vasitə qizilcaya qarşı aparılan peyvənddir.Peyvənd olan uşaqlar ya tamamilə bu xəstəliyə tutulmurlar,ya da xəstəliyi yüngül keçirdirlər.
XƏBƏR LENTİ
Disney qəhrəmanları günümüzdə qələmə alınsaydı
Məşhur aktrisa toydan sonra xınayaxdı etdi-FOTO
14 yaşlı oğlandan iqtisadçıları şoka salan təklif
Samsung Galaxy S5 gəlir
Co Baydenin seçki qərargahının rəhbəri Trampı hədələdi
Məkkədə azərbaycanlı zəvvarlar üçün “WiFi” internet xidməti təşkil olunub
Kanadanın baş naziri koronavirusun ikinci dalğasının gəldiyini elan etdi
Ukraynada müharibə dayanacaqmı?
Sağlam dırnaqlara sahib olaq
Günün ulduz falı - 22.08.2013
Özünüz olun – azad olun!
Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başladı
Zəncəfil çayının hazırlanması və faydaları
Arıqlamaq üçün məsləhətlər(1)
"İnternet və texnologiyalar əsrində belə tədbirlərin keçirilməsi olduqca vacibdir"
Dəniz düyüsü - min bir dərdin dərmanı
Demet Akalın xainlikdə ittiham olunur
Kokteyl salatı (foto resept)
Gizem Karaca yenidən məhkəməlik oldu-SƏBƏB
Dadlı üz maskaları
Bol limonlu sarmısaqlı balıq (foto resept)
Qorxulu vulkan sakitləşmək bilmir
Bakıda qeyzer pomidorları
Ayrılıq
Duyğu ya məntiq?!
Toxuma işlərim
İvanka Tramp qadınların hüquqlarını müzakirə edəcək
Maraqlı və mənalı sözlər
Burcu Güneşin TOYU olacaq-FOTO
İçlikli ət ruleti (foto resept)
Susuzluq ağız qoxusuna səbəb olur
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Anasının bir sözünə 100 kq arıqladı - FOTO
Bu gün təhlükəli geomaqnit fırtınası gözlənilir
Dünyanın varlı siyasətçiləri
52 yaşlı Holl Berri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Soba kababı (foto resept)
Ağır əməliyyatdan sonra sağalmaq şansı qan qruplarından asılıdır
Yay üçün müxtəlif geyim kombinasiyaları
Kıvanç Tatlıtuğ "Ferrari"sini hələ də sata bilmir
Tarkan haqqında
Sabahın HAVAsı
Boğaz ağrısı üçün sarımsaqlı çay
Yeni nəsil Nokia X smartfonu göstərildi
Hədiyyə qutuları
Döşlərinizi Tibet üsulu ilə böyüdün!-3
Beyonce yeni görünüşdə-FOTO
Dünyada inqilab edən azərbaycanlı gənc - İXTİRA
Bakıda bir neçə prospekt yenidən qurulacaq
- ŞƏRHLƏR