Keçən xəbərimdə sizlərə Dukan pəhrizinin ilk mərhələsini- Hücum (atak) mərhələsini təqdim etmişdim. Bu dəfə 2-ci mərhələ olan Növbələmə mərhələsi haqqda ətraflı yazmaq istəyirəm.
Növbələmə: zülal və zülal tərəvəz günlərinin növbələnməsidir. Bu mərhələ istədiyimiz çəkiyə düşənə qədər davam edir. Çəkidən asılı olaraq təxminən həftədə 1 kq itirmək olur (təbii ki, getdikcə azalır)
* Tərəziyə həftədə 1 dəfə çıxın!!! Hər gün tərəziyə çıxıb həvəsdən düşə bilərsiniz. Yaddan çıxarmayın piylərin ölçüsü çox böyükdü, amma çəkisi çox yüngüldür. Onlar əridikcə hər tərəfdən ölçülərimiz kiçilir, amma tərəzi bunu göstərməyə bilər.
* Mensturasiyadan qabaq və mensturasiya bitənə qədər bədənimiz suyu buraxmır buna görə də tərəzidə 2-3 kq artıq görə bilərsiniz. Qorxmayın, bitəndən sonra düşəcək!
* Hər dəfə çəki dəyananda TP (temiz zülal günü) etmək olmaz. Çünki bədən həm buna öyrəşir və sonra reaksiya vermir, həm də böyrəklərə ziyandır.
Hücum mərhələsindən fərqli olaraq bura artıq bir gündən bir tərəvəzlər də əlavə olunur. Növbələməni həm 1/1 həm 5/5 etmək olar. Yəni bir gün zülal (hücum mərhələsindəki kimi), bir gün zülal və tərəvəz (kələm, pomidor, xiyar, badımcan , bibər, göyərtilər və s...) və ya 5/5. Yəni 5 gün hücum mərhələsindəki kimi, 5 gün də zülal və yanında tərəvəz. Lakin 1/1 etmək daha məsləhətlidir. Çünki 5/5 bezdirici olur və insanda ətə qarşı xoşagəlməz hal yaradır. Deməli bir gün TP-yəni təmiz zülal (turklər SP, ruslar ЧБ deyirlər.), bir gün isə PT yəni zülal ve tərəvəz (türklər PS, ruslar БО deyirlər) edirik.
TP günlərində nə yeyirik? Burda yalnız təmiz protein (zülal) nə qədər istəsəniz, saat neşədə istəsəniz yeyə bilərsiniz. Bəs zülal nədir?
Yağsız mal əti (mal ciyəri)
Dərisiz, qanadsız toyuq əti (dərisi ilə qaynadılır, amma dərisi yeyilmir), pətənək , toyuq ciyəri.
İstənilən balıq əti (duzlu balıqdan qaçın)
Ördək və qaz ətindən başqa quşların əti (hinduşka, bildirçin, kəklik və s.)
Yaglılığı 4% ə qədər olan və tərkibində nişasta olmayan sossis və kolbasalar
Dovşan əti
Yumurta ( xolesterini yuksək olan insanlar həftədə 2 yumurta sarısı yeyə bilərlər) normal olanlar isə gündə 1-2 yumurta sarısı. Ağı isə hər gün istədiyiniz qədər yeyə bilərsiniz.
PT -yəni zülal tərəvəz günləri isə yuxarıda sadalanan qidalardan əlavə rasionumuza tərəvəzlər (kartof və qarğıdalıdan başqa hamısı) əlavə olunur. Tərəvəzləri biz çiy halda, közləmə, kabab, soyutma, sobada, tavada qızarmış şəkildə istifadə edə bilərik. Yəni evdə bişirdiyimiz yeməklərdən özümüzə də yağsız (yalnız 2 ç.q zeytun yağına icazə var) bişirə bilərik. Azərbaycan mətbəxinin ən gözəl təamlarını, dolmalarımızı, şorbalarımızı hətta yulaf kəpəyindən hazırlanmış qutab, düşbərə də bişirə bilərik (1 şərtlə ki, günlük yulaf normamızı keçməyək) . Artıq bu mərhələdə biz tərəvəz supları, salatlar (ancaq dyumayonezlə) cürbəcür yeməklər edə bilərik. Əvvəl Pyer Dukan deyirdi ki, PT günlərində yediyimiz tərəvəz zülaldan az olmalıdı. Amma bu il Turkiyədə keçirilən görüşdə tərəvəzlərin bədən üçün böyük əhəmiyyət kəsb etdiyini vurgulayaraq, istədiyimiz qədər tərəvəz yeyə biləcəyimizi dedi.
Unutmayaq, tərəvəz insan bədənində su saxladığı üçün səhəri gün tərəzidə artıq çəki görə bilərik. Ona görə də çalışın tərəvəzi günorta yeyin. Bütün tərəvəzlər (kartof və qarğıdalıdan başqa) çuğundur və kök bağırsaq üçün çox əhəmiyyətlidir. Amma tərkibində şəkər olduğuna görə çox istifadə etməyək. Tərəvəzlərdən daha çox çiy halda istifadə etməyə çalışın. Bu vitamin almaq üçün vacibdi.
Pt (zülal və tərəvəz) günlərində 2 x.q qoji giləmeyvəsi yemək olar.
Pt günlərində artıq çayla nə içək dərdi də azalır.Balqabaq mürəbbəsi, gül mürəbbəsi, potağal qabığı mürəbbəsi bişirə bilərik. Bu etapdan başlayaraq hər gün 2 ç.q zeytun yağı işlətmək olar, ya da səhər onun əvəzinə 7 zeytun yemək olar.
Amma yarı ondan yarı bundan olmaz! DUKAN yaği salatlara tökməyimizi tövsiyyə edir, çalışdığımız qədər bişməmiş halda istifadə etməliyik.
TP (temiz zülal-yəni yalnız ət tərəvəz olmaz) günündə siz 2-3 az duzlu xiyar, yeməklərə dad vermək üçün çox balaca soğan, 1 diş sarımsaq, ədviyyatlardan istifadə edə bilərsiniz. (Duz, istiot daxil olmaqla)
1 x.q şəkərsiz ve yağsız, yəni qatqısız tomat (alanda mutləq tərkibini oxuyun)
Kofe
1 x.q sirkə və ya limon suyu
Şəkərsiz xardal
Bəs növbələmə mərhələsində nə olmaz?
Meyvə
4%-dən çox yağlılığı və tərkibində nişasta olan sossiska, kolbasa
Saxaroza,
Sorbit,
Fruktozalı konfetlər
Diabetlər üçün olan şirnilər
2%-dən çox yağlılığı olan kakao
Nişastalı qidalar (düyü, makaron, lobya, mərci və s.) quru meyvələr, həmçinin ləpə.
Bu mərhələdə günlük Yulaf kəpəyi- 2 x.q istifadə etmək olar.
Buğda kəpəyi- mərhələyə uyğun olaraq işlətdiyimiz yulaf kəpəyinin yarısı qədər
Yağsız süd- 1 st (tərkibindəki laktoza görə 1 st məsləhət görülür)
Zeytun yağı -2 ç.q
Pomidor və ya qatqısız tomat (məsələn: bizim tarla )TP günlərində -1x.q PT günlərində istədiyiniz qədər.
Yağsız quru süd: 3 x.q
Xanımlar çalışdım ki, hər şeyi ətraflı yazım. lakin yenə də suallarınız yaranarsa buyurun. Bu pəhrizə uyğun yeməklərimizi də bişirilmə qaydasını bilmək istəsəniz çəkinmədən soruşa bilərsiniz.
Xanimlar bu da "Qodji" gilemeyvesi
XƏBƏR LENTİ
Aslı və Murat barışdıqdan sonra ilk dəfə-FOTO
Azərbaycanda şəkərli diabetdən ölüm göstəricisi enib
Ünvanlı dövlət sosial yardımının müddəti uzadıldı
Gözlər
İsti hava bu insanlar üçün xüsusilə TƏHLÜKƏLİDİR
Dayanacaqlara Wi-Fi quraşdırıldı
Aktrisa qırmızı xalçaya taxt üstündə gəldi-FOTO
Bananla hazırlaya biləcəyiniz 3 maska
Neslihan Atagülün geyimini lağa qoydu
Yığcam, lakin möhtəşəm ağac evi (FOTO-lar)
“O səs Türkiyə 2018" - İlk FOTO
“Titanik”in batmasına kiçik buz kütləsi səbəb ola bilərdimi? - TARİXİ FAKTLAR
Azərbaycan tarixindən yüz şəxsiyyət-96
Günün ulduz falı - 20.12.2013
Minimalist dekorasiya
DİN Gəncədə məsciddəki əməliyyatla bağlı açıqlama verdi
Leyla Əliyeva: “2020-ci il möcüzələr ili olacaq!” - FOTO
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
2015-ci ilin martı 135 ilin ən isti mart ayıdır
Ayran şorbası (foto resept)
İnsanlar nə üçün tez məğlub olur?
Qızardılmış toyuq-Gürcü mətbəxindən (foto resept)
Məşhur aktyor səhrada köməksiz vəziyyətdə qaldı - VİDEO
TQDK-dan təhsil sənədi ala bilməyənlərə
Qadın barğamını kəsib boynundan asdı
Qarın bölgəsini əritmək üçün detoks
Çempionlar Liqasının 4 bəxtəvər komandası
“Survivor”un iştikarçıları bəlli oldu - FOTO
Con Kerri: "Bu mənim son dayanacağımdır"
Yer səthinin relyefi
Bu gün Milli Teatr Günüdür
Başdan ayağa qara geyinməyin incə məqamları
"Rusiya Azərbaycan və Türkiyəyə açıq mesaj verir"
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Almaz daşı
Məşhur aktrisa həbs olundu-SƏBƏB
Sonuncu dəfə nə vaxt məktub yazmısınız?
Çində təmiz hava pulla satılır
Uşaqlar niyə yalan danışır?
Melaniya Tramp "millət anası" obrazını sınayır - FOTO
Hamilə qadın dağıntılar altından sağ çıxarıldı - VİDEO
Kəs və yapışdır-29
40 minə başqa biri oldu-FOTO
Çoxobrazlı Aygün Kazımova stili
Bütöv Azərbaycanın dialektoloji atlası hazırlanır
Azərbaycan dili - XV dərs
Oskar almağa ən çox şansı olan filmin adı açıqlandı
Universitetlərin filialları niyə birləşdirilir?
Ebola-nın sonu çatır
"Hercai"nin Reyyanı sirrini açıqladı-FOTO
- ŞƏRHLƏR