1. Qara çay
Çayın sağlamlığa təsirindən söz düşəndə hamı bir ağızdan deyir ki, yaşıl çay çox xeyirlidir. Amma qara çayın da insanlara faydası az deyil. Alimlər çoxdan sübut ediblər ki, gündə 2-3 fincan qara çay içənlərin qan damarlarında yaxşılaşma, kapilyar divarının daha elastik olması və s. kimi dəyişikliklər hiss olunur.
Çayın necə içilməsi də əsas şərtlərdəndir. İsti çay səhər yeməyindən, soyuq çay isə nahardan öncə içilməlidir. Qara çayın ancaq təzə dəmini içmək daha doğru olar. Təzə dəmlənmiş çay 1-2 saatdan sonra öz faydalı xüsusiyyətini itirir.
2. Kərəviz
Kərəvizin tərkibində artıq kalori, yağ yoxdur. Onun xeyirli xüsusiyyətləri bununla bitmir. Birinci növbədə kərəvizdə kalori az olduğundan o, duz yığılmasını neytrallaşdırır. Kərəviz qan təzyiqini normallaşdıran ftalidlərlə zəngindir.
Albalı çox faydalı giləmeyvədir. Ondan kokteyl hazırlanmasında, şirniyyatda geniş istifadə olunur. Albalının tərkibi flavonidlərlə zəngindir. Onlar immun sistemi ilə möcüzələr yaradır. Albalı həm də dərini yaxşılaşdırır, ürəyin işini sabitləşdirir. May ayından başlayaraq avqusta qədər təzə albalı yeyin. İlin qalan aylarında dondurulmuş, konservləşdirilmiş və ya qurudulmuş albalı məsləhətdir. Dondurulmuş albalını blenderdə doğrayıb üstünə soyuq süd əlavə etsəniz, kalorisiz desert qazanacaqsınız. Qurudulmuş albalı kokteyllərdə əvəzsizdir.
Göbələk B vitamini ilə zəngindir. Bundan başqa, göbələkdə dəri, saç və görmə qabiliyyəti üçün xeyirli olan riboflavin var."Papaqlı gözəlçə" xolestirini aşağı salan, ürək xəstəliyinin qarşısını alan betaqlukan və xitin maddələri ilə də zəngindir.
Göbələk torpaqda olan bütün zərərli maddələri maqnit kimi özünə çəkdiyi üçün ən yaxşı seçim fermada əkilmiş şampinyon və veşen göbələkləridir. Təzə göbələyi salata, sendiviçə qatsanız, soğanla qızardılmışı isə düyü və qarabaşaqla yesəniz ağzınız dadlanar.
5. Dənli bitkilər
Yulaf, qarabaşaq, arpa, qarğıdalı ona görə qiymətlidir ki, becərilmədə dənin və toxumun qabığı qalır. Dənin özü B vitamini ilə, toxum isə kalsium, kalium, natrium, maqnezium, fosfor, sink ilə zəngindir.
Qida rasionunuza dənli bitkiləri əlavə etsəniz dəriniz parlaq, əsəb sisteminiz sakit, ürəyiniz isə saat kimi işləyəcək.
Dənli bitkiləri bişirməyin,sadəcə,isti su ilə süzün.Əsas bir şeyi yaddan çıxarmayın: dənli bitkilərdən istifadə edərkən normanı keçməyin, çünki onlar karbohidrat və kalori ilə zəngindir.
Lobyanin tərkibində sümükləri və ürək əzələlərini möhkəmləndirən kalsium və dəmir var. Zülal mal ətindəki kimi zəngindir, kalori isə 2 dəfə azdır.
Lobyanı axşamdan suda isladın. Səhər suyu dəyişdirib 2 saat qaynadın. Sonda kök, pomidor və sarımsaq əlavə edin. Lobya tərəvəzlərlə daha yaxşı həzm olunur.
7. Günəbaxan tumu
Günəbaxan tumları iki dəfə çox E vitaminləri ilə zəngindir və kalorisizdir. Tum beynin, böyrəklərin, qaraciyərin işini normallaşdırır. Lakin bunlar da son deyil. O, qan sistemini sabitləşdirir. Troblaşmanın qarşısını alır. Gün ərzində dörd xörək qaşığı təmizlənmiş tum orqanizmi 80% vitaminlə təmin edir. Tum dəmir, sink, yod, kalsium ilə zəngindir. Quru tumları salata əlavə etsəniz, xeyrini görərsiniz.
8. Düyü
Əsəb sisteminə xeyirli olan vitamin və mikroelementlərlə zəngindir. Düyü zülalının tərkibində əzələləri qüvvətləndirən 8 amin turşusu var. Öz xeyirli xüsusiyyətlərini saxlamaq üçün düyünü isti suda süzüb 25 dəqiqə bişirin.
9. Soğan
Soğan ürək, qan damarları, oynaqlar üçün çox xeyirlidir. Ən yaxşı seçim təzə və ya göy soğandır. Soğanı sirkəyə qoymaq da xeyirlidir.
10. Nar
B1, B2, C vitaminləri ilə zəngindir. Nar şirəsi soyuqdəymə zamanı immun sisteminin güclənməsinə kömək edir. Nar şirəsi ürəyə də xeyirlidir. Hər yeməkdən sonra 150 qram nar şirəsini su ilə qarışdırıb içməkdə xeyir var. Su ilə ona görə qarışdırılır ki, şirədə olan limon turşusu dişlərin emalını, mədəni korlamasın.
XƏBƏR LENTİ
Rusiyalı müğənni döyüldü-SƏBƏB
Böyük döyüş baş tutacaq
Bu idman qidasından istifadə etmək qadağan olundu
Bitmiş sevgilərin ardından qadınlardan eşidilən 19 fikir
Poçt bağlamasından İnsan Beyni Tapıldı-FOTO
Azərbaycanda 25 min manata nömrə
Boyanın korladığı saçlar üçün təsirli maskalar
Cennifer Lopez yenə göz qamaşdırdı - FOTO
“Düşmən Azərbaycanın mülki infrastrukturunu məhv etməyə çalışır” - RƏSMİ
Neslihan və Kadir Doğulu karantindən FOTO paylaşdılar
Devid Bekhem qəsrini satır
Gəlinlik ayaqqabıları
Kredit faizləri niyə düşmür?
Saç tipinə görə istifadə edə biləcəyiniz yağlar
Düşmən Ağcabədini 100 dəfə VURDU
Şok hesabat: məktəblilərin 40 faizi savadsızdır
Ərişdə şorbası (foto-resept)
Qara kağızda ağ cizgilər
Robot stomatoloq ilk əməliyyatını etdi
Mayasız çörək (video-resept)
Ali məktəblərdəki ən bahalı və ən ucuz ixtisaslar - SİYAHI
Qurban bayramı ərəfəsində bəzi rayonlardan iribuynuzlu heyvanlar satışa çıxarılmayacaq
Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 347 yeni yoluxma
Bu rəsm əsəri rekord qiymətə satıldı-FOTO
San - Kventon həbsxanası
Cizgi filmlərinin valideynləri narahat edən məqamları
Kür çayında biogen maddələrin miqdarı normadan çoxdur
7 günlük yay pəhrizi
Ermənilər təmas xəttini keçməyə cəhd göstərdilər
Zaqatalamızın sərvətləri
Əgər niyyət edibsə...
Sevgidən nifrətə bir addım
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Marsda canlı tapılıb
Bu qız əsl Rapunzeldir
Selin Dionun makiyajsız halı sevənlərini qorxutdu-FOTO
Dünyanın ən kiçik restoranı açılacaq
Qan azlığına xeyirli olan qidalar
İrəvanın son ümidi ölür
Evdə paltar qurutmayın - XƏBƏRDARLIQ
Balıq yağının faydaları
Gününün qoroskopu: Özünüzə güvənin!
Dollar ucuzlaşdı - RƏSMİ
Xüsusi karantin rejimində icazələr belə alınacaq - VİDEO
HAVA necə olacaq?
Günün qoroskopu: İşlərinizi qaydasına salın
Lənkəran düyüsü süfrələrə qayıdır
Sevgi fəsilləri
Gözdə aparılan lazer əməliyyatı haqqında nə bilirik?
Merlin Monronun öldüyü ev rekord qiymətə satıldı
- ŞƏRHLƏR