Hər bir valideyn öz övladının ailə qurmasını istəyir. Ən çox da qız övladlarının. Çünki qız övladları valideynlərin həssas yeridir. Nədənsə qızların yaşı bir az artanda və ərə getməyəndə daha da aqressivləşirlər. Xüsusilə evdə çox qız övladı olan valideynlər. Sanki qız övladlarını yük hesab edirlər. Qohum-qonşu isə həmin ailəni qınayır. "Evdə qalmış" deyirlər qızlara. Ata-ana isə bu hadisəni özlərinə utanc verici hesab edir. Amma hamı bilir ki, qapısı döyülməmiş qız olmur, bütün qızların qapısı döyülür və elçi gəlirlər. Bu münasibətin alınmaması isə ya qızdan, ya elçi gələn ailənin problemli olmasından və.s problemlərdən asılı olur.
Bizim ailədə də belə hal yaşanır. Bunu sizlərlə də bölüşmək istəyirəm.
Biz ailədə üç bacıyıq. Böyük bacımın 24, ortancıl bacımın 20, mənim isə 18 yaşım var. Böyük bacımın qisməti elə bil bağlanıb, elçi gələnlər olur, ancaq problemli ailələr olur deyə alınmır. Ətrafımızdakılar da anama deyir ki, üç qızın var, heç birini köçürtməmisən, hamısı evdədi, bu utanc bir hadisədir. Çoxları məsləhət görür ki, ikinci qızını ərə ver heç olmasa. Bacım isə razılaşmır, deyir ki, böyük bacım ərə gedəndən sonra mən də gedərəm. Hamı anamı qınayır. Anam da hər gün ağlayır, pis olur. Qohum-qonşu deyir ki, sözünüz keçmir uşaqlarınıza, üstünüzdə qalacaqlar. Anamgil də utanır. Evdə bütün günü pis ab-havadır.
Yaşımızın çox olmamasına baxmayaraq artıq evdə sıxıntı var. Bəlkə də üç qız olduğumuza görə belədir. Belə bir halın hansısa bir ailədə yaşanıb-yaşanmaması mənə çox maraqlıdır.
Sizlərdən də məsləhət gözləyirəm. İnanın, məsləhətinizə çox ehtiyacımız var. Amma xahiş edirəm, siz də bizi qınamayın. Hər kəs öz fikirlərini mədəni şəkildə bildirsin. Bu saytda yaşca böyük xanımlarımız çoxdur, onlardan məsləhət gözləyirəm. Mənim problemimə kömək edin, çox pisəm.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Merilin Monronun yaylığı Paris teatrını xilas etdi - FOTO
Ceyhun Bayramov: “İnternatların qısa müddətdə tam ləğvi gözlənilmir”
Kardioməşqlər beyni cavanlaşdırır
Əlilləri istirahatə göndərdilər
Gözəl dizaynlı çayniklər
Uşaqları dərs oxumaqdan soyudan davranışlar
Bədənin siqnal verdiyini göstərən hallar
Manatın sabaha məzənnəsi
Naominin 67 yaşlı anasından çirmərlik FOTOsu
Azərbaycanda daha yüksək maaş verilən sahələr - SİYAHI
Tartaletka (foto resept)
Yaddaşın zəifləməsinə qarşı 7 mühüm qida
Qadınlar üçün zərif ayaq biləyi döymələri
Nazirlik hərəkətə keçdi
Bu üçlükdən biri Azərbaycanı "Eurovison"da təmsil edəcək!
Elton Con mükafatlandırıldı-FOTO
Tarkan koronavirusa görə 1 milyon itirdi
“TikTok”dan 5 milyon dollar qazanan 19 yaşlı qız kimdir? - ADLAR
Payız aksesuarı
Təqvim üsulu ilə hamiləlikdən qorunma
Ağıllı corablar satılır
Şəhid atası: “Gözümün ağı-qarası bir oğlum vardı”
Estoniya - Azərbaycan oyununun başlanma vaxtı bilindi
I ixtisas qrupuna sənəd verənlərin sayı çoxalıb - RƏSMİ
Türklər Afrikaya da gedib çıxdı
Xəzərin kefallarında virus tapılmadı
Uşaqları oğurladığı iddia olunan qadınla bağlı Rəsmi Açıqlama
Bir ayda 12 nəfəri gün vurdu
Ev şəraitində yığa biləcəyiniz saç modelləri (2)
Maksim Şevçenko media maqnatı Aram Qabrelyanovun ittihamlarına cavab verdi - VİDEO
Gənc Bekhemin yeni sevgilisi diqqət çəkdi-FOTO
Həndəsi şirniyyatlar
Qolf üçün də "ağıllı" eynək olacaq
"Azərbaycanın NATO sammitində iştirakı...
Köhnələri atmayın!
Ebru Şallını paylaşımına görə tənqid etdilər - FOTO
Cücə salatı (foto resept)
DİM-dən imtahanlarla bağlı AÇIQLAMA
Turşu yeməyin faydaları
Bibər tamatı (foto resept)
Obama bu hərəkətləri ilə interneti "sökür"
Bu günün hava proqnozu
Badamla gözəlləşin
Ölkədə iri və xırdabuynuzlu heyvanlar yoxlanıldı
“Barselona” dörd futbolçusunun maaşını azaltmaq istəyir
Menstruasiya ağrıları
Dəri niyə quruyur?
Qənirə Paşayevanın "Qarabağ" sevdası
Romantik gəlinlər üçün çəhrayı gəlinliklər
Şöbə müdiri işdən qovuldu
- ŞƏRHLƏR