Qadin.NET / Məsləhət istəyirəm

Məsləhət istəyirəm

Məsləhət istəyirəm

Hər bir valideyn öz övladının ailə qurmasını istəyir. Ən çox da qız övladlarının. Çünki qız övladları valideynlərin həssas yeridir. Nədənsə qızların yaşı bir az artanda və ərə getməyəndə daha da aqressivləşirlər. Xüsusilə evdə çox qız övladı olan valideynlər. Sanki qız övladlarını yük hesab edirlər. Qohum-qonşu isə həmin ailəni qınayır. "Evdə qalmış" deyirlər qızlara. Ata-ana isə bu hadisəni özlərinə utanc verici hesab edir. Amma hamı bilir ki, qapısı döyülməmiş qız olmur, bütün qızların qapısı döyülür və elçi gəlirlər. Bu münasibətin alınmaması isə ya qızdan, ya elçi gələn ailənin problemli olmasından və.s problemlərdən asılı olur.

Bizim ailədə də belə hal yaşanır. Bunu sizlərlə də bölüşmək istəyirəm.

Məsləhət istəyirəm

Biz ailədə üç bacıyıq. Böyük bacımın 24, ortancıl bacımın 20, mənim isə 18 yaşım var. Böyük bacımın qisməti elə bil bağlanıb, elçi gələnlər olur, ancaq problemli ailələr olur deyə alınmır. Ətrafımızdakılar da anama deyir ki, üç qızın var, heç birini köçürtməmisən, hamısı evdədi, bu utanc bir hadisədir. Çoxları məsləhət görür ki, ikinci qızını ərə ver heç olmasa. Bacım isə razılaşmır, deyir ki, böyük bacım ərə gedəndən sonra mən də gedərəm. Hamı anamı qınayır. Anam da hər gün ağlayır, pis olur. Qohum-qonşu deyir ki, sözünüz keçmir uşaqlarınıza, üstünüzdə qalacaqlar. Anamgil də utanır. Evdə bütün günü pis ab-havadır.

Məsləhət istəyirəm

Yaşımızın çox olmamasına baxmayaraq artıq evdə sıxıntı var. Bəlkə də üç qız olduğumuza görə belədir. Belə bir halın hansısa bir ailədə yaşanıb-yaşanmaması mənə çox maraqlıdır.

Sizlərdən də məsləhət gözləyirəm. İnanın, məsləhətinizə çox ehtiyacımız var. Amma xahiş edirəm, siz də bizi qınamayın. Hər kəs öz fikirlərini mədəni şəkildə bildirsin. Bu saytda yaşca böyük xanımlarımız çoxdur, onlardan məsləhət gözləyirəm. Mənim problemimə kömək edin, çox pisəm.  recourse

15 sentyabr 2013
GO BACK