Bakıda hava 12°
USD AZN
EUR AZN
1 aprel 23:39aysel hesenli agli olan evdə oturar 1 aprel 21:38Surayye Qızlarım qızıllarım necəsiz?yox bacı biz çıxmırıq 1 aprel 15:48Feride Ay camaat cole cixib yoluxmuyun yazigig
41579

Sәn hәlә dә özünü bәdbәxt sayırsan?

  Sәn hәlә dә özünü bәdbәxt sayırsan?
Belә bir nikbin hәyat tәrzi vardır. Bu günlә yaşamaq. Ay dostlar, gәlin siz dә, mәn qarışıq bir vәrәq götürәk. Orada sadalayacağım şeylәri yazaq vә әmәl edәk. Əgәr sizdә müәyyәn bir vaxtdan sonra (әn azı 40 gün) hәr hansı bir dәyişiklik olmasa, mәnә nә deyirsiniz, deyin. Proqramın adı "Mәhz bu gün"-dür.
1. Mәhz bu gün mәn xoşbәxt olacağam. Linkolnun sözü olmasın, insanlar xoşbәxt olmaq üçün nә qәdәr qәrarlıdırlarsa, bir o qәdәr xoşbәxtdirlәr. Xoşbәxtlik bizim içimizdәdir. Onu kәnarda axtarmaq lazım deyil.
2. Bu gün mәn hәr şeyi olduğu kimi qәbul edәcәyәm. Yәni hәr şeyi öz arzu vә istәklәrim әsasında olmasını kәnara qoyacam. Ailәmi, dostlarımı olduqları kimi sevәcәyәm.
Sәn hәlә dә özünü bәdbәxt sayırsan?
3. Mәhz bu gün mәn sәhhәtimin qayğısına qalacağam. Sağlamlığım üçün zәrәrli olan şeylәrdәn çәkinәcәk, bәdәnimә xәtrim istәdiyini qәbul etdirmәyәcәyәm.
4. Mәhz bu gün mәn ağlımın inkişafı üçün sәy göstәrәcәyәm. Nә isә faydalı bir şey öyrәnәcәyәm. Ağlıma qarşı tәnbәllik etmәyәcәyәm.
5. Mәhz bu gün mәn şәxsi inkişafım üçün çalışacağam. Bunun üçün dә üç iş görәcәyəm: bir insana yaxşılıq edәcәm. Elә edәcәyəm ki, heç özü dә bunu bilmәsin. Xәtrim istәmәdiyi, amma mәnim tәkamülüm üçün zәruri olan iki şeyi hәyata keçirәcәyәm.
Sәn hәlә dә özünü bәdbәxt sayırsan?
6. Mәhz bu gün xeyirxah olmağa çalışacağam. Əynimә mәnә daha çox yaraşan bir şey geyinәcәyәm. Sakit sәslә danışacağam. Özümü alicәnab kimi aparacağam, insanların uğurlarına görә onları dәstәklәyәcәyәm. Başqalarını az tәnqid edәcәyәm, insanlar üzәrindә rәhbәrlik etmәk istәyindәn qaçacağam.
7. Mәhz bu gün mәn, yalnız bu günә görә yaşayacağam. Bu gün çalışmayacağam ki, hәyatımın bütün mәsәlәlәrini birdәn hәll edim.
8. Mәhz bu gün işlәrimin proqramını tәrtib edәcәyәm. Ola bilәr ki, hamısına riayәt edә bilmәyim. Amma onları tәrtib edәcәyәm. Çünki bu mәni qәrarsızlıq vә tәlәskәnlikdәn qoruyacaq.
Sәn hәlә dә özünü bәdbәxt sayırsan?
9. Mәhz bu gün yarım saatı tәklik vә sakitçilik içindә keçirәcәyәm.
10. Mәhz bu gün qorxmayacağam. Xoşbәxt olub әtrafdakı gözәllikdәn lәzzәt almaqdan qorxmayacağam.
Qeyd: Bu proqramı Sibilla Partric adlı bir qadın tәrtib edib. Deyl Karneqi dә dәfәlәrlә tövsiyә etmişdir. Mәn dә bu proqram üzәrindә işlәyib, siz oxuculara tәqdim etdim.
Fәrid Abdullah
Səslərin sayı: 4
22
4177
Şərhlər
Offline
Aysel İ.
Mәhz bu gün qorxmayacağam. Xoşbәxt olub әtrafdakı gözәllikdәn lәzzәt almaqdan qorxmayacağam.

Əlbəttə bunlara riayyət edən hər bir kəs xoşbəxtdir.
Təşəkkür fərid bəy. Maraqlı yazıdır.
25 iyun 2014 09:01
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
kfk
Çox maraqlidır.Dogrudanda insan qerarlıdırsa xoşbext olmaqa,olacaqda.Teşkkürler
25 iyun 2014 01:54
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış