Mətnə daxil edilmiş yuxular və yuxuyozmalar beynəlxalq psixoloji mərkəzlərdə yüksək ixtisaslı mütəxəssislər tərəfindən ekspertizadan keçirilmiş və nəşrə tövsiyyə olunmuş nümunələr içərsindən seçilərək əlifba sırası ilə düzülmüşdür.
Q
Qaçmaq
1. İtkilər və yoxsulluq barədə xəbərdarlıqdır.
2. Balaca qızın dalınca qaçmaq – yaxşı səhhət, sağlamlıq.
3. Dovşanın ardınca qaçmaq – gözlənilməz xoşbəxtlikdir.
4. Düşmənin dalınca qaçmaq – qələbə və xeyirə işarədir.
Qadın
1. Qarasaç qadın – qeybət; qoca qadın – dedi-qodu deməkdir.
Qan
1. Gözlənilməz hadisəyə yozulur.
2. Burundan qan axması – pul itirməyə, kasıb vəziyyətə işarədir.
Qapılar
1. Açıq qapılar – bölünmüş, parçalanmış məhəbbətə, səxavətli bəxşişə; bağlı qapı - əngələ, xoşagəlməz insanlarla görüşə işarədir.
Qar
1. Sevgi görüşünə işarədir.
2. Qarın üstü ilə getmək – xoş təəccüb deməkdir.
3. Qar ağlığı görmək – firavanlıq və zənginlikdir.
4. Dağlarda qar – yaxşı xəbərlərə, ağacda qar – qazanca işarədir.
Qarağat
1. Sevgi macərasının, gözlənilməz görüşün işarəsidir. Qarağat yemək – xoş, gözlənilməz hadisə. Mürəbbə bişirmək – dostlar arasında dava-dalaşa yozulur.
Qaranquş
1. Xoş xəbər əlamətidir: arvadınızla xoşbəxtlik.
2. Şərəf, şöhrət əlamətidir.
3. Qaranquşun yuvasını dağıtmaq – yanğın deməkdir.
Qarpız
1. Kişi üçün – xoşagəlməzliklərə, qadın üçün – hamiləliyə, qızlar üçün – tezliklə ərə getməyə işarədir.
Qayınana (gəlinin)
1. İşlərdə və ailədə ciddi ziddiyətlərdən sonra səmimi bir barışığa işarədir.
2. Qadın üçün – öz qayınanası ilə mübahisə etmək – reallıqda onu qalmaqallar və pis hadisə gözləyir.
Qayınata (gəlinin)
1. Xəstə qayınata – dostlar və qohumlarla küsmək, gümrah qayınata – ailədə yaxşı münasibətlər.
Qayınata (oğlanın)
1. Qayınata (qayınana) ilə görüş – xoşagəlməz hadisələr; uğursuzluq.
Qəhvə
1. Dostcasına ürəkdən söhbət vəd edilir.
2. Südlü qəhvə - zəhərlənmək təhlükəsi, sancı.
Qənd (şəkər)
1. Ev həyatında çətinliklər baş verəcəyinə işarədir. Bu yuxudan sonra sizi paxıllıq hissləri bürüyəcək. Sonradan başa düşəcəksiniz ki, bunlar əsassızmış.
2. Qəndi yemək – təsadüfi, qısamüddətli problemlər. Lakin onlar siz gözlədiyinizdən də tez bitəcəkdir.
Qızılgül
1. Firavanlıq müjdəsi.
2. Sevgilinizin vəfalı olmasına işarədir.
3. Qız üçün – qızılgül dərmək – tezliklə ona evlənmə təklifi edəcəklər.
Qoz
1. Dişlə sındırmaq bütün arzularınızın həyata keçəcəyi firavan yaşayışa işarədir.
2. Qadın üçün qozun iştirak etdiyi hər hansı bir yuxu xoşbəxt taledən xəbər verir.
Qum
1. Var-dövlət haqqında xəbər. Qum üstündə oturmaq və ya gəzmək – köhnə dostlarla görüşmək.
Quru qurbağası
1. Uğursuz əhvalatın xəbərdarlığı.
2. Qadın üçün yuxuda quru qurbağası görmək – onun adına ləkə gətirən məsələlərin üstünün açılması.
3. Quru qurbağasının ayağından tutmaq – yaxşı hadisə olacağı gözlənilir və bu hadisədən istifadə etmək məsləhətdir.
Quş
1. Qonaqlara və xəbərə işarədir.
2. Çoxlu quş – məhkəmə prosesi barədə xəbərdarlıq.
3. Uçan quşlar – çiçəklənməyə işarədir.
4. Quş tutmaq – var- dövlət əldə etmək deməkdir.
L
Lift
1. Qalxan lift böyük nailiyyətlər, düşən lift uğursuzluq deməkdir.
2. Liftdə qalsanız, siz öz həyatınızı dəyişmək istəyirsiniz.
Leysan
1. Çimən zaman təhlükə gözlənilir.
2. Leysana düşmək böyük narahatçılıq deməkdir.
Limon
1. Dostunuz sizi satacaq.
2. Qurumuş limon: evlilər üçün boşanma, sevgililər üçün - ayrılıq deməkdir.
M
Maaş vermək
1. İtki, almaq isə gəlir deməkdir.
Mağaza
1. Mallarla dolu mağaza sizin gerçəklikdə uğur qazanmağınıza, firavan, şən həyat sürməyinizə işarədir; boş mağaza nəyin bahasına olursa-olsun bir şeyə nail olmaq istəyinizin boşa çıxmağına, həmçinin, sizi qalmaqal, söz-söhbət gözlədiyinə işaərdir.
Mal əti
1. Çiy, qanlı mal əti ağır xəstəlik; yıxılmaq, bir yerinizi kəsmək və ya başqa zədə almaq deməkdir.
Maral
1. Gənclərə təmiz dostluğu vəd edir. Evlilərə sakit, sabit həyat.
Masa
1. Nahar üçün açılmış masa xoş tanışlıq, ürəkaçan hadisə əlamətidir.
2. Masanı yığışdırmaq tezliklə rahatlıq və sevincin qüssə və laqeydliklə əvəzlənəcəyinə işarədir.
Maşın
1. Sizə böyük narahatçılıq gətirəcək layihəyə işarədir. Yuxuda hər hansı bir maşın və ya cihaz görmək – işiniz, yaşayışınız asanlaşacaq.
Mebel
1. Yeni, təmiz mebel sakit və firavan həyata; köhnə mebel kədərə, qüssəyə, xəstəliyə yozulur.
Məktub
1. Kiminsə məktubunu oxumaq – tezliklə özünüz haqqında şayiə eşidəcəksiniz.
Mələk
1. Rifah haqda xəbərdarlıq edən işarədir. Əgər mələk özü hər hansı bir xəbəri verərsə, bu, çox nadir adamla tanışlıq deməkdir.
2. Mələyi evin üstündə görmək xoş xəbərlərə yozulur.
Mətbəx
1. Təmiz gəlirə; çirkli qarşılıqlı münasibətin olmamasına, dilxorçuluğa işarədir; böyük və gözəl – uğurlu nikah.
2. Qadın üçün: mətbəxdə təmizlik və səliqə yaxın zamanda uğura işarədir.
Musiqi
1. Təmiz, lakin sərfəli olmayan işlə məşğul olduğuna işarədir.
2. Xoş xəbərlərə yozulur.
3. Romantik musiqi dinləmək eşqə və səadətə yozulur.
Mürəbbə
1. Mürəbbə bişirmək – sevimli məşğuliyyətlərinizdə nailiyyətlər; yemək – məhəbbətdə uğur.
N
Nahar
1. Təklikdə nahar etmək həyati vacib problemlər barədə dərin düşünmək üçün ciddi əsas olacağına işarədir.
Nar
1. Nar yemək – bir naməlum kişiyə heyran olmaq.
2. Nar almaq – hər cür qanqaraçılıq və narazılıq.
Nənə
1. Nənə ilə söhbət – öhdəsindən ağırlıqla gəlinən çətinliklər.
2. Gücsüzlük, zəiflik haqda xəbərdarlıq.
Nəvə
1. Öz nəvələrini və ya övladlarını görmək təsəlli, sevinc və böyük zövq əlamətidir.
Nifrət
1. Kiməsə nifrət etmək - ayıqlıqda siz səbəbsiz yerə nifrət hissi duyacaqsınız, intuisiyanız sizi aldatmayacaq, çünki sonradan onunla bağlı şübhələriniz düz çıxacaq.
2. Gənc qadın üçün sevgilisinin ona nifrət etdiyini görmək – təhsil, tərbiyə və başqa cəhətlər üzrə sizə layiq olmayan bir adamı sevirsiniz.
Nikah
1. Özünü gəlin kimi görmək, lakin səadət hiss etməmək - sevgidə tam məyusluğa yozulur.
Nişan üzüyü
1. Qadın üçün öz nişan üzüyünü parıltılı və işıqlı görmək - sadiq ərin göstərdiyi qayğı və etibarlı müdafiə.
2. Kiminsə əlində nişan üzüyü görmək – gerçəkdə kiminsə verdiyi vədi gerçək qəbul etməyəksiniz.
O
Ocaq
1. Evdə olmağın hiss edilməsi. Beşiyin yada düşməyi.
Od
1. Təhlükəyə işarədir.
2. Uzun müddətli firavanlığa işarədir.
3. Həyata keçməyən arzular, şəxsi həyatda ümidlərin boşa çıxması.
Oğru
1. Yeni pərəstişkar (qadın üçün).
2. Evdə oğru – yalan, oğrunu təqib etmək – ailə ixtilafları; çoxlu oğru – ümidlərin puç olması.
Ox
1. Əldə ox tutmaq – ləzzət; köhnə və yaxud sınmış ox ümidsizlik.
2. Yaydan ox atmaq – məhkəmə prosesi və mübahisədir.
Oxumaq
1. Eynəkdə oxumaq – haqsız günahlandırmaq və əsassız şübhələnmək.
2. Quran oxumaq – ölən adam haqqında xəbərdarlıq; qəzet felyetonu (nöqsanları, çirkin əməlləri istehza edib pisləyən qəzet və ya jurnal məqaləsi) – xəstə arıqlıq, sağlamlığın pozğunluğu, roman – qeybət və acıdil.
3. Şam işığında oxumaq – iş partnyorunun fürsət əldə etdikdə yalan satmaq imkanı, ikiüzlülüyü.
4. Başqa adamları oxuyan yerdə görmək – dostlarınız sizə əl tutacaq və işləriniz düzələcək.
5. Roman oxumaq, əsər və yüngül hekayələri oxumaq – sevinc deməkdir.
6. Dini kitab oxumaq – mənəvi və fiziki sağlamlıqdır.
Okean
Xeyirxahlığa, şöhrətə, dövlətə yozulur.
Ardı var...
Müəllif: Azad Nəbiyev
Əsər psixoanalizin banisi Ziqmund Freydin solmaz xatirəsinə ithaf olunur.
Folklorda fasiləsiz transfer və yuxu pradiqmaları
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakıda Novruz yarmarkaları
"iPhone”ların Azərbaycana gətirilməsinə qadağa
Toxumaq dərsi-8
Heyvanları fikirlə idarə etmək olacaq?
Bu günün tarixi
Şəhid ailələri ilə bağlı təklif
39 il öncə nəşr olunan kitabda koronavirusdan bəhs edilib – FOTO
Azərbaycanı "Eurovision"da təmsil edəcək ifaçı məlum oldu
Çox saqqız çeynəmək üz gözəlliyini pozur
Dəhşətli virus yenə can aldı
Heydər Əliyev Fondu Fransada Nizami Gəncəviyə həsr olunan növbəti sərgi və konsert təşkil edib
Paytaxtda Novruz yarmarkaları başladı
ABŞ seçkiləri: Britaniya Baydenin qələbəsi ehtimalından narahatdır
Bu günün hava proqnozu
FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi
Bəkməzli şirniyyat (foto resept)
“Akvarium adam” 30 saatdan çox sua altında qaldı - FOTO
Sovetdənqalma idman daşlarına bir evin pulunu təklif edirlər
Şəkillərdə axan zaman
İblis mələklərdən idi, ya cinlərdən?
Kraliça işçi axtarır - 100 min manat maaş verəcək
Deniz Seki ana ola bilməyəcək-SƏBƏB
Saxta əlillik dərəcələri ləğv ediləcək
Uşaq ayaqqabıları (2)
İvanka Trampın şəxsi köməkçisində koronavirus aşkarlandı
Spirtli içkilər haqqında
Düşməndən qalan qənimətlər Bakıda - VİDEO
Sabahın HAVAsı
Xalqı azadlığa və müstəqilliyə aparan yol
Ütünü necə təmizləməli?
Ronaldunu arı sancdı – Millinin oyununu buraxacaq
Daha bir azərbaycanlı BP-nin vitse-prezidenti təyin olunub
80 miqrant Aralıq dənizində boğularaq öldü
Gəliri olmayanlar səhiyyədə güzəşt əldə edəcək
Vitgenşteyn fəlsəfəsi
Yeni şəxsiyyət vəsiqəsi belədir
İlk qadın nazir Bakıya qayıdır
ABŞ-da kütləvi həbslər başladı
Məşhur aktyor tanınmaz halda -FOTO
Pərviz "Survivor"dan yazdı
Podiumda gözlənilməz hadisə-FOTO
Avqust ayının qalibləri!
Azərbaycanın xəbər saytları Cənubi Qafqazda liderdir
Qadin.Netlilərin maraq dünyası (SON)
Dərinin qocalma prosesindəki dəyişikliklər
Şagirdlərdə ürək qüsurlu xəstəlik aşkar edildi
Napoleonun sirli maskası – 198 illik müəmma üzə çıxdı
Uzun kipriklərə sahib olaq
"Paltarlarınızı, xüsusən alt paltarlarınzı görünən yerdən asmayın"
Günün ulduz falı - 06.03.2014
- ŞƏRHLƏR