51 tonluq ağırlığı qaldırmaq, 210 metrlik göydələnə bir həmlədə tullanmaq, 15.000 kilometrlik yolu fasiləsiz qət etmək bir insanın fiziki cəhətdən bacaracağı hərəkətlər deyil. Ancaq təbiətdəki bəzi canlılar bu hərəkətləri yaradıldıqları ilk gündən etibarən çətinlik çəkmədən, heç kimin sənin dəstəyi olmadan olmadan ustalıqla yerinə yetirirlər. Yalnız Allahın lütf etdiyi canlılarda olan bu xüsusiyyətlərin hər biri Rəbbimizin bənzərsiz yaratma dəlilləridir.
Allah canlılara yaşamaq və həyatlarını davam etdirib növlərini artırmaq üçün nemət olaraq müxtəlif xüsusiyyətlər bəxş etmişdir. Təbiətdə olan və bu məqalədə yalnız bir qismindən bəhs edəcəyimiz canlıların insanlarla müqayisə edilə bilməyəcək səviyyədəki sürət və tullanma qabiliyyətləri, ağır şəraitlərdə çətinlik çəkmədən mübarizə aparmaları Rəbbimizin yaratma sənətinin və elminin bənzərsiz dəlilləridir. Canlılar bu möhtəşəm xüsusiyyətləri sayəsində ov ovlayır, düşmənlərindən qaçaraq özlərini müdafiə edir və balalarını qoruya bilirlər.
Havada, quruda və suda sürətlə hərəkət edən heyvanlar
Havada sürtünmə daha azdır. Bu vəziyyət və möhtəşəm uçma qabiliyyətləri quşları planetdəki ən sürətli canlılar edir. Quşlar arasında ən sürətlisi isə təxminən qarğa böyüklüyündə olan şahinlərdir. Şahinlər xüsusi ovlama texnikaları ilə sürətlərini nümayiş etdirirlər. Bir şahin havaya yüksəldikdən sonra özündən aşağıda uçan ovunun üstünə saatda 322 km sürətlə şığıyır. Havadakı bu toqquşma nəticəsində ölümcül hala gətirdiyi ovunu pəncələri ilə birdən tutaraq ovlama əməliyyatını sona çatdırır.
Şübhəsiz, digər quşlarla müqayisə edildiyində havada rekord sürətə çatan bu quşun toqquşma yerini hesablaya bilməsi və ovunu havada tuta bilməsi təsadüfən meydana gələ bilməz. Bununla yanaşı, şahin həyatını davam etdirmək üçün ovunu çox uzaq məsafələrdən də görə bilməlidir. Bu da şahinin görmə gücünün insandan 7 dəfə artıq olmasını ifadə edir. Şahinlərin qüsursuz ovçu olmalarını təmin edən bu yaradılış möcüzəsi Allahın üstün yaratmasıdır.
Quruda maksimum sürətlə qaçan hepardlar
Hepardlar saatda 105 km sürətlə qaçan dünyanın ən sürətli quru heyvanlarıdır. Sürülər halında ov ovlayan böyük pişiklərdən fərqli olaraq, sürətləri sayəsində ovlarını tək başına yaxalayıb tuturlar.
Təzə ət yeməyi sevən hepardlar bu üstün xüsusiyyətləri sayəsində ovlarını qovaraq onları tutmaq məcburiyyətindədirlər. Bu məqsədlə iti gözləri ilə ətrafı araşdırır, sürüdən uzaqlaşmış ceyran və ya antilop gördükləri zaman çöməlir, çiyinlərini donqarlaşdırır, qulaqlarını geriyə yatırdır və bir neçə addımdan sonra güc toplayıb yerindən sıçrayaraq qaçmağa başlayır. Bir neçə saniyədə sürətləri maksimum səviyyəyə çatır. Bu sayədə çətinlik çəkmədən saatda 113 km sürətlə qaça bilirlər.
Suda sürətlə üzən yelkən balığı
Qılınc balığına bənzəyən və kürəyində böyük üzgəci olan yelkən balığı (Sailfish) suda saatda 109 km sürətlə üzən canlıdır. Güclü üzgəcləri və aerodinamik xüsusiyyəti sayəsində bu balıq həm özündən kiçik balıqları ovlayaraq qida ehtiyacını ödəyir, həm də ac köpək balıqlarından asanlıqla qaçır.
Xüsusi dözümlülüyə sahib olan dəniz qaranquşları
Şimal qütbündə yaşayan dəniz qaranquşları uzun məsafələri qət edərək böyük dözümlülük göstərən quşlardır. Yalnız 300 q ağırlığı olan bu kiçik quşlar hər il şimal qütbündən Antarktikaya, oradan da geriyə doğru uçaraq şimal və cənub qütb buzlaqlarında təxminən 15.000 km yol qət edirlər. Qaranquşların köç edərkən tamamladıqları dairə təxminən 40.000 km-ə bərabərdir və bu uzunluq demək olar ki, Yer kürəsinin diametrinə bərabərdir. Bu qədər məsafəni qət edən kiçik canlıların çox yorulduğu düşünülə bilər. Ancaq bu, heç də belə deyil. Əlbəttə ki, uzun müddət uçan quşlarda yorğunluq əlamətləri görünür, amma əks istiqamətdə əsən küləklə qarşılaşmadıqları müddət ərzində ciddi bir problem yaşamırlar. Çünki Allah köç edən bu canlıları uzun məsafələrə tab gətirəcək şəkildə yaratmışdır.
Super güclü canlılar: fillər
Fillərin xortumları ağırlıq qaldırma və dartma gücü baxımından heyranlıq oyandıran bir yaradılış dəlilidir. Filin xortumu 270 kq-lıq ağırlığı rahatlıqla qaldıra bilir. Güclü xortumları sayəsində fillər ağacları yelləyir, hətta kökündən qoparırlar. Bu şəkildə qida ehtiyaclarını ödəyərkən meşəni yaşlı ağaclardan təmizləyərək gənc ağacların böyüməsinə də imkan yaradırlar. Ancaq Allahın yaratdığı bu qüsursuz sistem yalnız təbii mühitin qorunması ilə məhdudlaşmır. Eyni zamanda, super gücə sahib olduqlarına görə Afrika və Asiya filləri yük daşıma kimi işlərdə də istifadə edilərək insanlara xidmət edir.
Öz ağırlığının 850 misli qədər ağırlıq qaldıran 20 qramlıq həşəratlar
Başlarının üstündəki buynuza bənzər əlavəyə görə kərgədan böcəyi adlandırılan həşəratlar cəmi 20 q çəkiyə malik olmalarına baxmayaraq fildən daha güclüdürlər. Çünki fillər öz ağırlıqlarının təxminən dörddə birini qaldıra bildiyi halda tropik meşələrdə yaşayan bu həşərat növü bədənləri ilə müqayisə edildiyində öz ağırlıqlarının 850 misli qədər çəki qaldıra bilirlər. Bir müqayisəli nümunə ilə açıqlasaq, bu, 60 kq ağırlığındakı bir insanın 51.000 kq, yəni 51 tonluq ağırlığı çətinlik çəkmədən qaldıra bilməsinə bənzəyər ki, bu da mümkün deyil. Asanlıqla yük qaldıra bilən bu canlılar, eynilə fillər kimi bu məharətlərini ağac yığıntılarının arasından keçmək və yaşadıqları yeri təmizləmək üçün istifadə edirlər.
Bir həmlədə göydələnin üstünə tullana bilərsinizmi?
Kiçik froghopper 6 mm boyunda bir həşərat növüdür. Bu kiçik həşəratın sahib olduğu bacarıq isə elm dünyasını heyrətə salacaq ölçüdə böyükdür. Çünki özünü 70 sm irəliyə ata bilən bu həşəratın tullanmağı insanın bir həmlədə 210 metr hündülükdə olan bir göydələnə tullanmasına bərabərdir.
Froghopperdən sonra ikinci yeri “birə” tutur. Bu kiçik həşərat 18 sm yüksəyə və 33 sm uzunluğa tullana bilir. Bu bir insanın 137 m uzunluğa hoppanmasına bərabərdir.
İmpala adlandırılan Afrika antilopu da super sıçrayıcı xüsusiyyətə malikdir. Saatda 56-72 km sürətlə qaçan bu canlı təxminən 3,7 metr yüksəkliyə tullana bilir. Şübhəsiz, Allahın bu canlılara bir nemət olaraq təqdim etdiyi sıçrama xüsusiyyəti onların özlərini ovçulardan qoruyan mükəmməl sistemlərdir.
Nəticə
Allah bütün canlıları həyatları üçün vacib olan bu üstün xüsusiyyətlərlə birlikdə yaratmışdır. Öyrəndiyimiz zaman bizi heyrətə salan bu xüsusiyyətlər Allahın hər şeyə Qadir olduğunun, bənzərsiz yaratmasının və sonsuz gücünün nümunələrindən yalnız bir neçəsidir.
İnsanların üzərinə düşən vəzifə heyvanlardakı möhtəşəm yaradılış dəlillərini görmək və bunların vasitəsi ilə Allahın qüdrətini haqqı ilə təqdir edib Onu ucaltmaqdır.
Bu məqalədə oxuduğunuz məlumatlar, əslində, heyvanlar aləmindəki canlıların fövqəladə xüsusiyyətlərinin yalnız bir hissəsidir. Sonsuz elm sahibi Allah mikrodan makroya qədər bütün canlıları qüsursuz sistemlərlə təchiz etmiş və onları da yaratma sənətinə dəlil etmişdir.
R.Əkbərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gözlər qəlbin aynası
Azərbaycanda bir rayonda 11 nəfər koronavirusdan ölüb - RƏSMİ
Koronavirusla bağlı SON STATİSTİKA
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Galaxy Note 3 gəlir
Hava XƏBƏRDARLIĞI
Çin hökuməti vətəndaşlara müraciət etdi: Uşaq dünyaya gətirin
Məşhur bəstəkar vəfat etdi-FOTO
Mirvari necə meydana gəlir?
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksi və Bakı Olimpiya Stadionunda təmir işlərinin gedişi ilə tanış olublar
Kobe Brayantla vidalaşmağa 30 min adam gəldi
Mübariz İbrahimovun atası: “Oğlumun intiqamı alındı, qanı yerdə qalmadı”
Moskvada Qurban bayramında 100 min müsəlman namaz qıldı
Məşhurların məktəb illəri
Məşhur azərbaycanlı qarmon ustası vəfat edib
Sadə xaçapuri (foto-resept)
Harry Potter (2001-2016)
Dodaqların şərab kimidir...
Sevgili olduqlarını niyə gizlədirlər?
Milad qara gəldi: bayram alt-üst oldu
Divar saatları
Sobada badımcan (foto-resept)
Pəhriz üçün möcüzəvi qidalar
Saç kəpəyinin yaranma səbəbi (2)
Meray Keri açıqlamaları ilə hər kəsi təəccübləndirdi
Cemli rulet (foto resept)
Azərbaycana Hollandiya və Fransadan keçilər gətirilib
Dünyanın ən böyük vulkanı tapıldı
Yeni turizm sahəsi yaranır
Rihannadan pərəstişkarlarına yeni il "hədiyyə"si - VİDEO
Anar Eyvazov: Ordumuz yeni dayaq məntəqələrini azad edib
İyul ayında HAVA necə olacaq?
"Ən Qəribə Ad"müsabiqəsinin qalibi bəlli oldu-FOTO
Soyuq qışın donmuş xəstəlikləri
Hande Ataizi bu tarixdə ərə gedəcək
Günün qoroskopu: qüvvə və səylərinizi əsas işə sərf edin
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Azərbaycanda məscidlərin açılmasının əsas şərti bilindi - RƏSMİ
Fərqlilik sevənlər üçün gəlinliklər
Evlənmədən əvvəl cavablanmalı suallar
Şəhid olmuş hərbi qulluqçuların ailələrinə pensiya necə təyin edilir? - AÇIQLAMA
Avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir – QƏRAR VERİLDİ
Əsl donuz faciəsi
Balacalara tort bişirilməsi qaydası(foto)
Evdə karamel (foto-resept)
“Titanik” gəmisinə sualtı tur təşkil ediləcək
Qadın.Net-lilərin 2012-ci il görüşlərinin davamı
Burma kartof (foto resept)
Bakıda metro terrorundan 20 il ötür
Bakıda torpağın qiyməti artıb
- ŞƏRHLƏR