Tibb sahəsində elm bütün xəstəlikləri məğlub etmək üçün yeni çarələr kəşf edir. Müasir zamanda gərginliyin yaratdığı nəticələr isə həyatı və cəmiyyəti qorxudur. Bu cür əsəb xəstəlikləri səbəbiylə həkimə müraciət edənlərin sayı gündən-günə artmaqdadır. Edilən müalicələr qaneedici səviyyədə deyil. Bu xəstəliklərə "Mahoriski Mahesh Yogi" tərəfindən inkişaf etdirilən transandantal meditasiya, dərin düşünmə texnikası təsirli bir üsul olaraq təqdim edilir. Bu üsulu effektiv sayan və həyatlarını yoqasız təsəvvür etməyənlərin sayı isə artmaqdadır. Bəs həqiqət nədir?
Bu gün Maharishi, Lord Mendre dünyada zülməni elmləri yaymaqda vəzifəli olan ən məşhur kəslərdən biridir. Bu adam Amerikada rahib idi. Əslində Buddist bir atanın oğludur. Amerikadan qaçmaq məcburiyyətində qalıb və hələ də Tibetdə yaşayır. Amma onun ən böyük köməkçisi Maharishi Transandantal Meditasiya və Birləşmiş Sahələr Nəzəriyyəsini yaymağa çalışır. Təxminən 1500 səhifəlik bir kitab yazmışdır (Birləşmiş Sahələr Nəzəriyyəsi). Onu bütün dünyaya tanıtmağa çalışır və Amerikada IOWA-də Fairfield-də bir universitet alıb. Bu universitetin tələbələrinə Transandantal Meditasiya və bu Birləşmiş Sahələr Nəzəriyyəsini öyrədir.
Transandantal Meditasiya bir zikr saxtakarlığıdır!
Zikr bir sözün, bir şifrənin bir-bir arxasından təkrarıdır. Transandantal Meditasiya edəcək olan adamlara bu işin ustaları bir söz verirlər. Bu söz, ümumiyyətlə, Sanskritcə olur. Buddistlərin istifadə etdiyi, ovsunların (caduların) edildiyi bir dil! Sanskritcədən bir söz verincə deyirlər ki: "Hər gün 20 dəqiqəlik, 30 dəqiqəlik seanslar edəcəksiniz. Davamlı eyni sözü təkrar edəcəksiniz. Məsələn, "ohm" sözü (şeytani bir söz). Bu sözü istifadə edəcəksən, bu söz ətrafında fikirlərini cəmləşdirəcəksən və 20 dəqiqə içində bu sözdən başqa heç bir şey düşünməməyə çalışacaqsan!"
Həqiqətən bir insan hər hansı bir mövzuya düşüncə sistemini yönləndirə bilsə, başqa düşüncələr o anda onun başından ayrılır, bu səbəblə adam o müddət içində müvəqqəti bir rahatlığa qovuşur. Bu rahatlaşma səbəbiylə meditasiyanı dəstəkləyirlər.
Halbuki məsələnin arxasına baxın, nə qədər mənfi bir faktor var: İndi o adam deyək 20 dəqiqə bu sözü davamlı düşünsün və həqiqətən belə bir rahatlıq onda meydana gəlsin. Bu Transandantal Meditasiya davam etdiyi müddətdə şeytanın qapısı bağlanmadığı üçün, hətta o cadu sözüylə daha güclü hala gəldiyi üçün adamın ürəyinə normal haldan da çox qaranlıq girir. Transandantal Meditasiya bitəndə o adamın ürəyindəki qaranlıqlar (A+B) çox olur. Bu artan qaranlıqlar adamı daha əsəbi edib, daha böyük stresslərin içinə aparır.
Çünki başlanğıcda nəfsimizin mənəvi ürəyi möhürlüdür. Ürək "qulaqlarımızın" üzərində pərdələr var. Bu pərdələr var isə və sizə verilən bu sözü təkrar etsəniz, bu sözün təkrarıyla ürəyinizdə qaranlıqlar artar, artar və ürəyiniz qatılaşar (Zumər 22). Vay o kəslərə ki ürəkləri Allahın zikrindən (üz çevirdikləri üçün) qaralaraq qatılaşmışdır. Onlar açıq bir dəlalət içindədirlər. Bu pərdələr varsa və sizə verilən mənasız "mantra" deyilən söz də varsa, siz bu sözü təkrar etsəniz, o zaman ürəkdəki qaranlıqlar artar.
Halbuki Allahu Təala ürəyimizin qaralmasını deyil, Rəbbimiz ürəyimizin zikrlə yumşalmasını, işıqlanmasını istəyir. İblis də qaranlıqları ilə ürəyimizin qatılaşmasını və qaranlıqlar içərisində boğulmasını istəyir.
O halda Allahın bizim üçün dilədiyinə tabe olmamız lazımdır. İblis əvvəla Allaha çatmağı diləməmizə mane olur. Daha sonra çatmağı diləməyənlərin də zikrinə mane olur. Mübarizə Surəsinin 19-cu ayəsində:
"Şeytan onların üzərlərinə oturdu, zikri unutdurdu. İndi onlar iblisin Allahın zikrini unutdurduğu kəslər, şeytanın tərəfdarlarıdır. Şeytanın tərəfdarları da hüsrandadır."
Zikr nə edir? Ürəyinə şeytanın qaranlıqlarını deyil, Allahın nurlarını gətirir. Amma Allahın fərz əmri olan zikri edə bilməmiz, ürəyə nurların daşınması üçün ən önəmli bir şərt var: Allaha çatmağı, Ona təslim olmağı diləmək. Bu diləyə sahib olan adam, Allahın adını ard-arda ürəyində təkrar etməyə hazır hala gəlmişdir. Yəni zikr edə bilər. Ürəyinə Allahın nurları daşınmağa başlar.
Görülür ki, zikri edə bilmək şərtə bağlıdır. Bir əvəz ödəmək lazımdır. Amma "mantra" deyilən sözü söyləmək bir əvəz ödəmədən də reallaşa bilər. Mantra deyilən sözü təkrar etdiyimiz zaman ürəyimizdəki mövcud qaranlıqlara (A+B) qədər qaranlıq əlavə olur. Qaranlıq artar. Amma Allahı diləyən kəs, "Allah" sözünü ürəyində təkrar etdiyi zaman zülmani qapı bağlanar, təqva qapısından Allahın rəhməti ürəyə girməyə başlar. Allahın, ruhun xüsusiyyətləri olaraq göndərdiyi fəzllər, o adamın ürəyinə girib ürəyi mütləq işıqlığa aparar. Bu da o insandan bütün stress və narahatlıqların atılmasına gətirib çıxarar. Hüzur, dinclik, sülh və sakitlik meydana gələr.
Görüldüyü kimi Transandantal Meditasiya bir zikr saxtakarlığıdır.
Transandantal meditasiyanın növbəti irəli mərhələsində TM-sidhi proqramına keçilir. İnsanın bütün potensial gücünü dərk edərək aydınlanma vəziyyətinə çatmasını sürətləndirilməsinə əsaslanan bu proqramın bir hissəsinə yoqa uçuşu daxildir. Aydınlanma deyilən hal, daxili aləmlərinin bir daha aydınlanmayacaq şəkildə qatı bir qaranlıqla örtülməsidir. Aydınlanma - yəni "illumination".
Yoqa uçuşu vücudun yerdən müəyyən qədər yüksəlib qısa məsafələrlə önə doğru yerdəyişməsi-tullanmasıdır. Diz çökmüş vəziyyətdə adamlar tullanmağa başlayırlar və 30 sm o tərəfə tullanırlar və buna da uçuş deyirlər. Burada iblis dövrəyə girir. Yoqa uçuşu- "levitasiya" bir insanın yerə toxunmadan boşluqda durmasıdır. Yəni iblisin yardımıyla insanın əks elektronlarının ağırlığını artırması nəticəsində mənfi elektronlardan daha ağır hala gətirilməsidir. Nəticədə Yerin cazibə qüvvəsinin təsiri itir. Başqa sözlə, hansı səviyyəyə qədər yüksəlmək istəyirsə, o insanı qaldırır.
Elə isə şeytanın arzusu nədir?
Arzusu insanları zülmani elmlərə yaxınlaşdıraraq Allahdan uzaqlaşdırmaq və beləcə uçuruma apararaq xoşbəxt etməməkdir. İnsanlar xoşbəxt deyilsə, səbəbi Allahdan uzaqlaşdıqları üçündür. İnsanın daim xoşbəxt olmaması şeytanın təməl hədəfidir. Onsuz da insanların çoxu Allah ilə münasibətlərini tamamilə kəsmişlər. Birbaşa və ya qismən şeytanla münasibətdədirlər. Yəni Allahın əmrini yerinə yetirməyən bir insan öz arzusu ilə hərəkət etdiyini zənn edir. Halbuki bunun arxasında hər zaman şeytan var. İnsanlar Allahın əmrində deyillərsə, o zaman həmişə şeytanın əmrində olurlar, üçüncüsü yoxdur.
TM-sidhi proqramıyla beyinləri "yuyanların" təbliği 8 dənə peykdən bütün dünyaya yayımlanır və bu aydınlanma (illuminati) mövzusunda nazirlik belə yaratmışlar - "Dünya İmperatorluğunun İllüminasiya Nazirliyi, Aydınlanma Nazirliyi".
Xarici dünyanızda da başqa insanlarla mübahisənizi bitirə bilmək, Allah ilə olan münasibətlərindəysə Allahın bütün əmrlərini yerinə yetirən, qadağan etdiyi heç bir feli işləməyən bir mövqeyə çatmanız lazımdır.
Cənnəti dünyada yaratmaq transandantal meditasiya sidhi proqramıyla reallaşa bilərmi?
Dünyadaykən cənnəti yaratmaq daimi zikrlə reallaşa bilər. Bu isə Allahın Qurani-Kərimdə verdiyi metodu tam şəkildə tətbiq etməklə mümkündür, havayı əldə edilməz.
Bunları edəcək olan insanlar deyil, Allahdır və bu hal bir tələbə dayanır. Allaha çatmaq tələbinə! Çatmağı diləmə tələbinə! Bu, belə bir şeydir! İnsanlar tərəfindən çox az bilinir. Bildirəndə isə dinlənilmir, təəssüf...
XƏBƏR LENTİ
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Nyu-Yorkda Bakı küçəsi olacaq
Avropadan Fələstinə dəstək
Körpə təyyarədə dünyaya gəldi
"Facebook"a şok cəza - 122 milyon $
Şəkildə gözü parlayınca hər şey ortaya çıxdı
Prezident İlham Əliyev "Leadership Award" mükafatına layiq görülüb
"Instagram"da YENİLİK - "Bəyənmə"lər yığışdırılır
BÜRCLƏR bizə nə vəd edir?-19 Aprel
Qiyməli pide (foto resept)
Özünə güvən hissini necə artırmalı?
Şəffaf və plastik dəb
Kişilərin DİQQƏTİNƏ: atalıq məzuniyyətinə çıxa bilərsiz
Saçlarını boyayan xanımların nəzərinə: bu səhvləri etməyin
Bakıda yağış yağacaq
Bu fotolara baxmağa dəyər
"Cəza "Qalatasaray"a yox, günahı olan şəxslərə verilməlidir"
Yuxuda öyrənmək
İlham Əliyev Qarabağa görə Rusiyaya gedir
" Bounty" peçenyesi (foto resept)
Məşhur aktrisanın FOTOsu sosial şəbəkəni qarışdırdı
İstirahət günlərinin hava proqnozu
Azay Quliyev Brüsselə niyə gedir?
Koronavirusa yoluxma riskini artıran yeni bir səbəb
Qarın bölgəsini əritmək üçün detoks
Azərbaycan tarixindən yüz şəxsiyyət-10
Dünyanın yeni möcüzəsi yaradılır
Dünyadakı 10 müqəddəs yer
Sular çəkilincə məscid minarəsi ortaya çıxdı - FOTO
Çində mobil istifadəçilərin sayı 1,185 milyarda çatıb
Göbələk xəstəlikləri
Vitamin çatışmazlığının əlamətləri
Azərbaycanda "donuz qripi" xəstəliyi qeydə alınıb?
Bu bıçaqda tapança, ülgüc və qayçı da var
Myasnikov sağlamlığa zərərli vərdişləri sadaladı
14, 15 yaşında ana olan qızlar...
Şumaxer ayıldı və xəstəxanadan çıxdı
Bu günün tarixi (01.09.2014)
Sabah 32В° isti olacaq
Evimizdəki mikroblar
Dərmanların qiyməti ucuzlaşdırılır
Bölgələrimizin Mətbəxi-Zaqatala
Qat-qat piramida (foto resept)
Zeze__cards - 3
Pis əmələ meylli uşaqla nə etməli?
Erməni qızdan etiraf: “Qarabağ Azərbaycandır” - VİDEO
“İstanbullu gəlin”in aktrisası ərindən boşandı - FOTO
Bu qadınlar fillərə jaket və şalvarlar toxuyurlar - FOTO
HAVA necə olacaq?-25 Oktyabr
Vilayət Eyvazovdan yeni TƏYİNAT
- ŞƏRHLƏR