Yaxud ibtidai “mağara adamı” kimi təqdim edilən insanların əslində dövrümüzdəki rəssamlardan heç də geri qalmayan qabiliyyəti və estetika anlayışı olduğunu eşitmişdinizmi? 80.000 il əvvəl yaşayan və təkamülçülər tərəfindən “meymun adam” kimi göstərilən neandertal irqinin musiqi alətləri düzəltdiyini, geyim zövqünə malik olduğunu, isti qumlarda gözəl səndəllərlə gəzdiyini bilirdinizmi?
Bunların heç birini eşitməyə bilərsiniz. Əksinə, bu insanların yarı-meymun yarı-insan, danışma qabiliyyətindən məhrum, dik dura bilməyən, yalnız qırıq-qırıq səslər çıxaran, vəhşi mağara adamları olduğunu düşünə bilərsiniz. Çünki bu böyük yalan təxminən 150 ildir dünyanın hər tərəfində insanlara təlqin edilir. Bu təlqinin məqsədi isə materialist fəlsəfəni yaşatmaqdır.
Təkamülçü tarix anlayışına görə, bəşəriyyət tarixi insanın “təkamülünə” paralel olaraq müxtəlif dövrlərə ayrılaraq araşdırılır. Daş dövrü, tunc dövrü və dəmir dövrü təkamülçü xronologiyanın əsasını təşkil edir.
Halbuki, arxeoloji tapıntılar və elmi məlumatlar araşdırıldıqda ortaya daha fərqli mənzərə çıxır. Arxeoloji qazıntılarda tapılan alətlər, tikiş iynələri, fleyta qalıqları, bəzək əşyaları, dekorasiya vəsaitləri keçmiş insanların mədəni inkişafının göstəricilərindəndir.
İndi isə bu sivilizasiyalardan qalmış bəzi tarixi abidələrə nəzər salaq.
Misir piramidalarının hər biri təxminən 2.5 ton ağırlığında, 2.3 milyon daş blokdan ibarətdir. Piramidaların inşasında tətbiq edilən həndəsi rəqəmlər, daşların kəsimindəki həssaslıq, piramidaların nəhəng ölçüsü və bunların inşa edildiyi dövrdəki şərait və texnologiya öyrənildikdə, həqiqətən, möcüzə olduğu açıq-aydın görünür. Piramidaların daxili arxitekturası, dəhlizlər və daha bir çox sirli nöqtələr öyrənildikdə bu möcüzələrə olan heyranlıq daha da artır.
Stounhenc çənbər formasında yerləşdirilmiş böyük daş bloklardan ibarət tikilidir. Təqribən 4.5 m hündürlüyündə, hər biri 25 ton ağırlığında 30-a qədər daş blokun birləşdirilməsindən əmələ gəlib. İngiltərədə yerləşən bu tikili bir çox tədqiqatçının diqqətini çəkir.
E.ə. 3200-cü ildə inşa edildiyi təxmin edilən Nyuqreync Dublin yaxınlığında bir mavzoleydir. Tikilinin üzərindəki qübbə bir mühəndislik möcüzəsidir. Alt tərəfləri ağır, üst tərəfləri yüngül olan monolit daşlar üst-üstə elə qoyulub ki, hər üstdəki daş altdakından bir az kənara çıxır, bu yolla tikilinin üstündə orta hissədə 6 metr hündürlüyündə altı bucaqlı baca əmələ gəlir. Bacanın sonunda lazım gəldikdə açılıb-örtülən daş qapaq var.
Nyuqreyncin tikintisində istifadə edilən daş blokların necə daşındığı, inşaatın hansı texnika ilə həyata keçirildiyi dövrümüzdə hələ də tam aşkar edilməyib. Bunlardan əlavə, İştar darvazası, Tiuanako şəhərindəki tikililər, İnk memarlığı, obelisklər və daha bir çox nümunələri misal göstərə bilərik.
Bu tikililər dərin bilik və təcrübəyə malik insanlar tərəfindən qabaqcıl inşaat texnikası və vasitələri ilə inşa edilmişdir. Əlbəttə, tarix boyu bir tərəfdə mədəni həyat yaşayan insanlar olduğu halda, bir tərəfdə də daha sadə və ibtidai şərtlərdə yaşayan xalqlar olub. Ancaq bu, bəşəriyyət tarixinin “təkamülünə” dəlil deyil. Çünki müasir dövrdə də dünyanın bir tərəfində kosmosa peyklər göndərilərkən, bir başqa yerdə insanlar hələ elektrikin varlığından xəbərsizdirlər. Bunlar mədəni təkamül baş verdiyini göstərmir, sadəcə mədəniyyət fərqinin göstəriciləridir.
R. Əkbərov
XƏBƏR LENTİ
Azərbaycan genişzolaqlı internet abunəçilərinin sayına görə MDB-də liderdir
NASA zəlzələ qurbanlarını xilas edəcək
Tramp “ABŞ-ı yenidən möhtəşəm etməyə” qayıdacaq
Gözəllik və cavanlıq vannaları
Sarımsaqlı yay yeməyi (foto resept)
Payız geyimləri
Doğuş anınadək hamilə olduğunu bilməyib - FOTO
Akın Akınözüdən HƏRCAİ ETİRAFI
11 sentyabrdan 13 il ötür
Bu gün Azərbaycanda ilaxır çərşənbə və Novruz bayramı qeyd edilir
Bakının "avtoş" avtobus sürücüsünə cəza verdilər
“Ermənilər rahat dayanmır”
İstiqlal şairi Əhməd Cavad
Mars torpağı Yerdə analiz ediləcək
"Hercai" serialı bütün Dünyanın diqqətini çəkdi
Quranı ayaqladı, polis tutdu
Ronaldinyo maşınlarından oldu-FOTO
“Survivor” adasında yanğın oldu - VİDEO
Bürcləri 2020-ci ildə gözləyən İNANILMAZ SÜRPRİZLƏR
Azərbaycanda qəribə qadağa
Yay aylarında enerjimizi qoruyaq
“Xarı Bülbül”ə kino çəkilir
Bürc simvolları makiyajla
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Əhaliyə xəbərdarlıq: maqnit burulğanı var
Jan-Klod van Dam Türkiyədə idman mərkəzləri açacaq
Tarkan doğulmamış qızı üçün ev aldı
Venesuelada benzin 60 dəfə bahalaşacaq
2020-nin trend saç rəngləri
Az sədəqə çox bəlanın qarşısını alar
Göyçayda 46 sahibkara 613 min manat güzəştli kredit verilib
Bu gecə niyyət axşamıdır, sabah isə Ramazan ayının biridir
Bürcləri gələn İL NƏ GÖZLƏYİR?
Hava haqqında - 24.11.2013
Rusiyadan İrəvana uçan nümayəndə heyətinin olduğu təyyarəni ildırım vurdu
Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ – Qanun dəyişdirilir
Rühəngiz Müsəvi yeni imicdə-VİDEO
Atasının ölüm günündə Ronaldu rekord qırdı: "Qələbəni atama həsr edirə
Şüuraltı çalışması
300 illik gəlinlik
Doğum haqqında şəhadətnamə, yoxsa şəxsiyyət vəsiqəsi? – VİDEO
Təhsil naziri: “Bərdədə həlak olan Şahmalı məcburi köçkün məktəbinin şagirdi idi”
Dollar ucuzlaşdı - RƏSMİ
Həkimlər xəbərdarlıq edir: nəm salfet alarkən ehtiyatlı olun!
Övladlarınızla əyləncəli oyunlar
Lənkəranda gül bayramı
Avtomatlaşdırma 800 milyon insanı işsiz qoya bilər
Cennifer Lopez Yeni Tərzi ilə Diqqət Çəkdi-FOTO
Necati Şaşmazın BOŞANMA xəbəri yayıldı
Xoşbəxtliyin rəsmi
- ŞƏRHLƏR