Necə üçölçülü görürük?
Gözümüzün ikiölçülü gördüyü cisimləri beynimiz üçölçülü qavrayır. Bu qavrayışın necə olduğunu araşdırmaq üçün aparılan elmi fəaliyyətlər beyinin mükəmməl dizayna malik olduğunu üzə çıxarmışdır. Bu mükəmməlliyi anlamaq üçün görmə prosesini daha ətraflı təhlil edək.
İki gözümüzlə bir cismi iki fərqli görmə bucağından görürük. Gözlər arasındakı məsafə 5 sm-dən bir az artıq olduğuna görə iki tor qişada əmələ gələn görüntülər bir-birindən fərqlidir. Bir cismin iki fərqli görmə bucağından əldə edilən görüntülər beyinin görmə mərkəzində birləşdirilir. Üçüncü ölçü hissi də beyində əmələ gəlir və beləliklə, insan bir cismin görüntüsünü üçölçülü görür. Üçüncü ölçü gözlərdə deyil, beyində əmələ gəlir. Üçüncü ölçü bir hissdir və bütün qavrama prosesləri beyində meydana gəlir. Bu yolla dərinlik və cisimlər arasındakı məsafə qavranılır.
Əgər iki gözdə ayrı-ayrı əmələ gələn görüntülər beyində birləşdirilməsəydi, dünyanı qoşa və ikiölçülü görərdik. Deməli, xarici aləm üçölçülü deyil. Hər şey eynilə film pərdəsində olduğu kimi ikiölçülüdür. Bu ikiölçülü görüntüdən hər gözümüzdə bir ədəd mövcuddur. Gözlərimizdən biri eyni cismi müəyyən görmə bucağından ikiölçülü görür, digər gözümüz də eyni cismi fərqli görmə bucağından ikiölçülü görür. Bu, qeyri-adidir, çünki bu günə qədər gördüyümüz hər şey, yəni bədənimiz, evimiz, avtomobilimiz, dostlarımız, bir sözlə, hər şey bir-birinin eyni olan iki ədəd ikiölçülü görüntüdən ibarətdir.
Bu elmi həqiqət 1848-ci ildə ingilis fizik Çarlz Uitstoun tərəfindən müəyyən edilmişdir. Dərinliyi qavramağın məntiqi üzərində tədqiqata başlayan Uitstoun stereoskopik görmənin əsas prinsiplərini qoymuşdur. Stereoskopik görüntü düz səth üzərində üst-üstə (bir az fərqli görmə bucaqlarından) çəkilmiş iki rəsmi hər iki göz üçün fərqli şəkildə filterləyib hər gözə öz görmə bucağından çəkilmiş görüntünü vermək və dərinlik hissi əmələ gətirməklə əldə edilir.
Görüntülər arasındakı fərq çox sadə təcrübə ilə sübut edilə bilər. Bir ağacın budaqlarına əvvəlcə iki gözünüzlə, sonra bir gözünüzlə bir müddət baxın. Daha sonra iki gözünüzü də açın, budaqlar daha dərin görünəcək.
Başqa təcrübə də keçirə bilərsiniz. Bir gözünüzü yumduqdan sonra iynəni saplamağa çalışın. Böyük ehtimalla bunu etməkdə çətinlik çəkəcəksiniz. Çünki bir gözlə dərinlik hissi əmələ gəlmədiyinə görə, iynə ilə sap arasındakı kiçik məsafə fərqini ayırd edə bilməyəcək və sapı dəliyə keçirə bilməyəcəksiniz. Bir-birlərindən asılı olmadan görən gözlərin görüntülərinin bir görüntüyə çevrilməsi, bunu edərkən ikiölçülü görüntülərə üçüncü ölçünün əlavə edilməsi qeyri-adidir (Harun Yəhya, “Xəyalın digər adı: maddə”).
Hər gözün gördüyü görüntü tor qişada ortadan iki hissəyə bölünür. Bu hissələrdən gələn impulslar ayrı-ayrı yollarla beyinə çatır və burada yenidən birləşdirilir. Bu görüntülərin parçalanması və yenidən birləşdirilməsi üçün mükəmməl həndəsi uyğunluqla yanaşı bir-birini izləyən mürəkkəb əməliyyatlar tələb olunur. Burada daha maraqlı hadisə isə beyinin bölünən görüntünü orijinalına uyğun şəkildə yenidən birləşdirməsi və bu görüntüdə heç bir əyrilik, qarışıqlıq və boşluğun olmamasıdır. Bütün bu möcüzəvi hadisələr insanın iradəsindən kənar baş verir. Görmə prosesini daha dərindən tədqiq etdikdə gözlə beyinin böyük uyğunluq içində işlədiyi daha yaxşı məlum olur. Bu proseslərdən bir neçəsi aşağıdakılardır:
- İki ayrı gözün tor qişasından gələn impulsların uyğunlaşdırılması
- Bu görüntülərin qarşılaşdırılaraq dərinliyin qavranılması
- Xətlərin və hüdudların ayırd edilməsi
- Görmə mərkəzində rəng təhlili
- Beyində parlaqlığın qavranılması
- Tor qişadan gələn görüntünün bölünüb yenidən birləşdirilməsi və görmə hafizəsi ilə tamamlanması
- Görüntünün tərsinə çevrilməsi
- Kor nöqtəyə düşən görüntünün boşluq kimi qalmaması, içinin doldurulması
Xarici dünya dediyimiz hər şey beynimizin bir neçə santimetrlik hissəsində, qaranlıq mühitdə elektrik impulslarının şərh edilməsindən ibarətdir. Kiçik bir ət parçasının ikiölçülü görüntüləri üçölçülü formaya salması, dərinliyi, kölgələri, rəngləri ayırd etməsi qeyri-mümkündür.
İzhar Kazımov
XƏBƏR LENTİ
Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (3)
Kəlbəcər rayonunun işğalından 25 il ötür!
9 yaşlı Fatimənin kitabı ABŞ-da nəşr olundu - FOTO
Ürəyi infarktdan qoruyan 10 faydalı qida
Bir həftədə möhkəm dırnaqlar
Bu model görənləri heyrətə gətirir - FOTO
Alyaskada sunami təhlükəsi elan edilib, əhali təxliyə edilir
Windows 8 üçün də Viber oldu
Daima cavan görünən çinli qadınların sirləri
Bakıda 4 gün davam edən Hindistan toyu - FOTO
Limon peçenyesi (foto resept)
Tarixə düşən "Qarabağ" futbolçusu
Kraliça şahzadənin qərarından narazıdır
Geyim kombinasiyaları
"Rembo" görüntüsü ilə sevənlərini MƏYUS ETDİ-FOTO
Duzdan miqdarında istifadə edin
Maskanızı özünüz hazırlayın
Azərbaycanda yeni tədris ilinin tətil günləri təsdiqləndi
Xərçəngə qarşı “ağıllı” həblər yaradılacaq
Kıvançdan GÖZLƏNİLMƏZ QƏRAR-FOTO
HAVA necə olacaq?-9 yanvar
45 kq-lıq balqabaq yetişdirdi-FOTO
İdman zalında çəkilən qəribə şəkillər
Nazir cənub sakinlərini qəbul edəcək
ƏFSANƏ tortu (foto resept)
Azərbaycanın bu bölgəsində koronavirusa yoluxma sürətlə artır - HƏYƏCAN TƏBİLİ
Təbii gözəllik
Sürətli oxu - 7
Ət soyutması (foto resept)
Saç və göz rənginə görə makiyaj necə edilir?
Madonnanın bu addımı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Qiyməli kartof (foto resept)
Axşam saatlarından dəyişəcək hava ilə bağlı yol polisindən XƏBƏRDARLIQ
Kəs və yapışdır-16
Günün qoroskopu: Dostların qədrini bilin
Qadınlar, yoxsa kişilər daha romantikdir?
Təhsil işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılmasının YENİ YOLU
Xəstəlikləri sağaldan təbii daşlar
Qaratel Hacımahmudova kimdir?
Manqolu içki (foto resept)
"Əl çəkin ondan - özü necə gəlib, elə də çıxıb gedəcək"
Kakaolu tort (foto resept)
Hər gün bir-birindən fərqli oriqami hazırladı
Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa olundu
Putinin sağ əli müsəlman oldu
Kiçik evlər üçün yeni dekorasiya fikirləri
Kraliçanın geyimi diqqət çəkdi-FOTO
Erməni təxribatları nəticəsində 61 mülki şəxs həlak olub, 291 nəfər yaralanıb - FOTO
Qaraciyər xəstəliklərinin qarşısını almaq üçün
Meg Ryan yenə uğursuz əməliyyat etdirdi-FOTO
- ŞƏRHLƏR