Beyninin bir qisimi olmadığı halda normal həyatını davam etdirən bəzi nümunələr var. Tom Stafford bunun necə mümkün ola bildiyini açıqlayır:
Beynimizin nə qədərinə həqiqətən ehtiyac duyuruq? Beyninin bir qisimi olmayan ya da xəsarət alan insanlarla bağlı xəbərlər son zamanlarda mediada bir neçə dəfə yer aldı. Bu hadisələr beynin necə işlədiyini tam olaraq anlamadığımız kimi onu səhv ələ ala biləcəyimizi də göstərir.
Bir neçə ay əvvəl bir qadının beyninin arxa qisimindəki beyincik bölgəsinin olmadığına dair bir xəbər yayıldı. Yəni bu qisim xəsarət almamışdı, ümumiyyətlə yox idi. Bəzi təxminlərə görə bütün beyin hüceyrələrimizin yarısı beyincikdədir. Amma 24 yaşındakı bu qadın normal bir həyat yaşayırdı. Təhsilini tamamlamış, evlənmiş və normal bir hamiləlikdən sonra bir uşaq sahibi olmuşdu.
Amma bu vəziyyətin qadın üzərində bir sıra təsirləri də vardı. Ömürü boyunca tərəddüdlü, kobud hərəkət etmişdi. Amma əsl çaşdırıcı olan isə beyninin bir qisimi olmadığına baxmayaraq hərəkət edə bilməsi idi. Beyincik beynin elə təməl bir bölgəsidir ki, ilk onurğalı canlılarda ortaya çıxmışdır. Dinozavrların həyatda olduğu dövrdə belə köpəkbalıqlarının beyincikləri inkişaf etmişdi.
Bu hadisə beyin mövzusunda elmin olduğu kədərli vəziyyəti göstərir. Beyincik kimi bəzi əhəmiyyətli bölgələrin funksiyası barədə belə fikir ayrılıqları var hələ. Bu cür hadisələr ortaya çıxdığında beyin haqqındakı cəhalətimiz də ortaya çıxır. Xəstəxanalardakı beyin tomoqrafiyaları beyin quruluşunun adamdan adama fərqli ola bildiyini ortaya qoyur. Bu fərqliliklərin yaxından müşahidə edildiyində davranışlarımız üzərində təsirli olduğunu görmək də mümkün ola bilər.
Beyinciyi olmayan qadın hekayəsi beyinlə bağlı sadə bir sxemin olmadığını göstərir. Beyni görmə bölgəsi, aclıq ya da sevgi hissi bölgəsi kimi hissələrə ayıraraq sadələşdirmək cazibədar gəlsə də əslində beyində belə bölgələr yoxdur. Çünki o, hər funksiyadan yalnız bir bölgənin məsul olduğu texnoloji bir cihaz deyil.
Bir başqa hadisə isə bir müddətdir beynində öküz soliteri ilə yaşayan bir adam haqqındadır. Dörd ildən bəri beyndə yaşayan bu qurd epilepsiya tutmalarına bənzər tutmalara, yaddaş problemlərinə və maraqlı qoxu duyğularına səbəb olmuşdu. Əslində bunlar beyində yaşayan yad canlı bir varlığa baxmayaraq az deyilə biləcək yan təsirlərdir.
Beyin inkişaf etmiş bir texnoloji cihaz olsaydı, işləməyə davam etməsi mümkün olmazdı. Beynin dayanıqlılığının səbəblərindən biri onun "elastik' olmasıdır, yəni olduğu mühitə uyğunlaşma xüsusiyyəti. Bir başqa səbəb isə Nobel mükafatı sahibi nevroloq Gerald Edelman tərəfindən yaradılan bir anlayışla bağlı ola bilər. Edelman bioloji funksiyaların bir çox struktur tərəfindən dəstəklənildiyini fərq etmişdi. Məsələn, bir fiziki xüsusiyyətin bir çox genin kodlaşdırılması nəticəsində olması kimi. Beləcə bir tək genin ortadan qalxması o xüsusiyyətin ortaya çıxmasına maneə törədə bilmir. Bir funksiyanın çox sayda fərqli strukturlar tərəfindən dəstəklənilməsi xüsusiyyətini Edelman "soysuzlaşma" olaraq adlandırır.
Eyni şey beyin üçün də etibarlıdır. Beynimizin funksiyaları müəyyən bölgələrdə toplanmır, əksinə, bir çox bölgənin dəstəyiylə reallaşır, bunların işləmə prisnsipi bənzər olsa da kiçik fərqliliklər də ehtiva edir. Bir tərəfdə meydana gələn mənfi hal digər bölgələr tərəfindən kompensasiya edilir.
Beynin işləməsini araşdıran koqnitiv nevroloqların beyindəki fərqli bölgələrin hansı işi icra etdiyini müəyyən etməyə çalışarkən qarşılaşdığı problem də budur. Bir bölgəyə yalnız bir funksiyanı aid etsəniz səhv nəticələr əldə edərsiniz.
Beyincik tək-tək xüsusi hərəkətlərə nəzarət edən bölgə olaraq bilinir. Lakin bazal qanqlionlar və arxikorteks adı verilən hissələr də bədən hərəkətlərimizlə yaxından əlaqədardır. Hamısı da eyni funksiyada rol aldığından hər bir bölgənin tam olaraq funksiyasını təyin etməyə çalışmaq səhv bir yanaşma olar.
Yaddaş da çox sayda beyin sistemlərinin idarəsində olan təməl bioloji funksiyadır. Daha əvvəl bir dəfə gördüyünüz birinə rast gəldiyinizdə o adamın yaxşı biri olduğunu ya da etdikləri yaxşı bir şeyi xatırlaya, ya da sizdə yaxşı duyğular oyandırdığını düşünə bilərsiniz. Bunların hamısı o adama güvənə biləcəyinizi fərqli şəkillərdə sizə xatırladan yaddaş formalarıdır.
Edelman "soysuzlaşma" xüsusiyyətini təbii seçmənin qaçınılmaz bir məhsulu olaraq görür. Bu fakt beynə bağlı fövqəladə vəziyyətlərin niyə fəlakətlə nəticələnmədiyini açıqlayır əslində. Bir də elm insanlarının niyə beynin funksiyalarını anlamaqda çətinlik çəkdiyini.
Cəfərov.İ
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyanın ən gözəl saçlı şirinin FOTOları
İlk tibbi yardım göstərən robot yaradılacaq
Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR
Avropa Azərbaycanın əməliyyatından qorxdu
Kriştianu Ronaldu tam hazırdır
Uzunömürlülərin qidası
Ronaldodan yeni il ab-havalı AİLƏ FOTOsu
Dəmir yolunda qiymətlər qalxır?
Bakı və Abşeron yarımadasında içməli suya olan tələbat artacaq
Azərbaycanda Gənclər günüdür
BÜRCLƏR bizə nə vəd edir?-22 Yanvar
Sellofanlar üçün torba
Günəbaxan tumları insanı cavanlaşdırır
Banandakı qan ləkəsi ilə bağlı analizlərin nəticəsi açıqlandı
Vanqadan varlanmaqla bağlı TÖVSİYƏLƏR
Neftin qiyməti 50 dollar ətrafında tərəddüd edib
"Çukur" serialının çəkilişləri təxirə düşdü
Adel şirkətinə 22 milyon manat qazandırıb
Günün ulduz falı
Sevdiyin insanı ölçülü sev
Xarabalıqları fantastik dünyaya çevirən
Şuba salatı (foto resept)
Temperatur artır
Manatın taleyi necə olacaq?
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Saç uzadan kök maskası
Yarım əsrlik gözəllər
Nazirlərimiz necə NAZ-lı olacaq?
Sağlam bir həyat üçün qarpız
Poçtda dekoderlərin satışı yardımçı tədbirdir
Rusiya XİN-dən Dağlıq Qarabağ açıqlaması: "Gündəmdən çıxsın"
Microsoft və Yahoo! əməkdaşlığa son qoyur
Böyük yalan üzə çıxdı
Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
Ev şəraitində lülə-kabab (foto resept)
Hərbçimiz 27 il sonra Füzulidəki doğma evini ziyarət edib - VİDEO
Azərbaycan himni Moskvada səsləndi və bayrağı yüksəldi!
Uşaqlarımıza qayğı göstərək
İlk kosmik turist təqdim edildi
Xətasız tərbiyə
Şuşanın ecazkar “İsa bulağı”ndan yeni görüntülər - VİDEO
Günün ulduz falı
Xalçadakı heyvan tükləri və sabunlar haqda
Saxta erməni pilot görüntüləri
Dünya Kubokunda 3-cü olduq
Əzələ ağrıları üçün xalq təbabəti üsulları
Müdafiə Nazirliyi: “Düşmənin vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri iflasa uğrayıb”
Bu günün tarixi (27.09.2014)
Rusiya şokdadır: rubl dibə vurdu
Rus dili - РҐС…
- ŞƏRHLƏR