Yeni il qeyd etmək üçün siz şam ağacını və bütün evi bəzəməklə bərabər, həm də bütövlükdə özünüz üçün bir bayram atmosferi yaratmalısınız. Əgər qonaqları təəccübləndirmək istəyirsinizsə, yeni illə bağlı interyerinizdə də xüsusi dəyişikliklər etməyiniz vacibdir.
Əvvəlcə evi səliqəyə salmaq lazımdır, artıq əşyaları atın. Bu, onun üçün edilir ki, yeni il evin bütün otaqlarına tam qədəm qoya bilsin.
Mənziliniz təmizlikdən parıldayırsa, artıq interyer dizaynına keçmək olar.
Bu əyləncəli prosesə yaxınlarınızı, xüsusilə də uşaqlarınızı cəlb edin. Bu gün biz sizə bir sıra məsləhətlərimizlə bayramdan qabaq necə tez və çox əngəl olmadan evi dizayn etmək haqda bəhs edəcəyik.
Yeni il ağacını bəzəmək
Şam ağacı mütləq hər evdə olmalıdır. Əgər hətta digər interyer işləri ilə məşğul olmaq istəmirsinizsə, şam ağacını hazırlayıb bəzəyin. Hər şeydən öncə əvvəlcədən aldığınız hər zövqə və büdcəyə uyğun oyuncaqlarla yeni il ağacını bəzəməyə başlayın. Ağacın altına yeni ilin ən sevilən və məşhur simvollarını qoymağı unutmayın; bunlar şaxta baba və qar qızı, həmçinin atdır. Axı üzümüzə gələn bu yeni il at ilidir.
Qapıları və divarları bəzəmək
Şam ağacı oyuncaqlarını təkcə elə ağacdan yox, həm də qapılardan, divardan asa bilərsiniz. Hətta meyvə, qozalar və yun saplarla da dekorasiya çox təbii və gözəl görsənir. Bu ideyaları qeyd edib tətbiq etməyiniz məsləhətdir.
Əgər uşaqlarınız varsa, mütləq onlar üçün ya yeni il corablarını alın ya da özünüz tikin. Yeni il tətili hər gecə ora kiçik hədiyyələr qoyun. Şaxta baba hədiyyələri heç də həmişə şam ağacının altına qoymur ki?!
O, hər gün yeni hədiyyələrə gətirməkdən bezməz.
İşıqları da unutmayın
İnteryerinizə nağıl ab-havası əlavə etmək istəyirsinizsə, şam ağacı üçün olan işıqlardan almağı unutmayın.
Əgər işıqların hamısını eyni vaxtda yandırsanız, əsas işıqlandırmadan istifadə etməməyiniz tövsiyə olunur. Yeni il lampaları və fanarları qaranlıqda işıq saçanda daha gözəl olur!
Yeni il personajları
Yeni ildə evin bəzəyində yeni il simvolları – personajları mütləq olmalıdır.
Düşünürsünüz ki, yeni il personajları deyəndə elə təkcə şaxta baba, qar qızı, şamlar, suvenirlər yada düşür?! Heç də yox!
Bilirsinizmi ki, adi soyuducunu qar adamına, hamamdakı əşyaları isə şaxta babaya da çevirmək olar?! Şəkillərə baxın və əmin olun.
Zövqə görə yeni il açıqcasını hazırlayın
Arzuları reallaşdırmağın yollarını bilirsinizmi? Bu, vizualizasiya adlanır. Hər bir ailə üzvünüz və ya ümumilikdə hamısı üçün belə bir açıqca düzəldin və yeni il ab-havası olan yerdən asın. Qoy sizin arzularınız həyata keçsin!
Şamları yandırın
Şamlar o dəqiqə bayram əhval-ruhiyyəsi yaradır. Əgər siz uşaqların ya qonaqların şamlara toxunmasından qorxursunuzsa, fantaziyanızı işə salın, belə ki şamları su olan bəzədilmiş bankaya, vaza və ya fincana da qoya bilərsiniz. Bundan başqa şam üçün təhlükəsiz yer də seçə bilərsiniz. Stolun və ya otağın mərkəzində şam qoyun və bayram masasında şamlardan bayram üçün kompozisiya təşkil edin.
XƏBƏR LENTİ
Bir insanla ünsiyyət qurmağın rahat yolu
Hava necə olacaq?
DİQQƏT: Noyabrın 2-dən sonra yeni qaydalar tətbiq ediləcək
Erməni yazıçı azərbaycanlı xanəndəyə poema həsr etdi
Qapıçımız yanğına görə üsyan etdi
Şarliz Teron oğlunun geyimlərindən danışdı-FOTO
Megan Marklın "ekizi" tapıldı-FOTO
Doğum gününüzə görə hansı heyvansınız?-Test
Yorğun dəriniz üçün nanə maskası
Xəzərdə zəlzələ oldu
Yataq dəstləri
"YouTube"dan daha bir QADAДћA
Sensasiya: bu planeti nüvə müharibəsi məhv etdi?
Kişilərə cazibədar görünən qadınlar
Sahibini izləyən robot-çamadan təqdim edildi
Rusiya tək rəqib elan edildi
"Ezo gəlin" şorbası (foto-resept)
Zərifə Əliyeva adına Milli Oftalmalogiya Mərkəzi Gəncədə humanitar aksiya keçirib
Şahzadə paylaşdığı fotoya görə tənqid olundu
Hansı ləkə necə çıxar? (2-ci hissə)
Saçlar üçün təsirli maskalar
Bülent Ersoydan səs-küylü AÇIQLAMA
Prezident və birinci xanım Şahxəndan türbəsində - FOTO
Meqan və şahzadə Harridən GÖLƏNİLMƏZ QƏRAR
Sabahın HAVASI
16 uşaq anası ailəsindən danışdı
Telman Adıgözəlov - O, 57-dən qorxurdu...
Dəbli çantalar
Ata nəsihəti
Ukraynadakı siyasi böhran ARDNŞ-nin işinə təsir edib?
Cennifer Lopezi kişiyə bənzətdilər-FOTO
Qaz və şişkinliyə qarşı ən effektiv vasitə
Emin Ağalarovdan möhtəşəm mahnı-VİDEO
İlham Əliyev və xanımı media kəndində
Ebru Polat paylaşdığı şəkli ilə diqqət çəkdi
Günün qoroskopu:Uğurlu gündür!
Çirkin olmanın üstünlükləri
Müdafiə Nazirliyindən Azərbaycandakı türkiyəli hərbçilərlə bağlı AÇIQLAMA - VİDEO
Fərdi və mikrosahibkarlara ödənilən maliyyə dəstəyinin məbləği açıqlandı - RƏSMİ
Müəllimlər sınaq qarşısında
İspanaqlı makaron (foto-resept)
Bekhem son 3 ayda 6 sevgili dəyişdi
İlham Əliyev xalqa müraciət etdi
Amine Gülşe Mesut üçün Bakıya gəldi-FOTO
Möhtəşəm yay ayaqqabları
Cəbhə xəttində atışma olub
Xərçəngi məhv edən yeni kəşf
Pelenin halı pisləşdi
Sinəsini böyütdü: yaddaşından və işindən oldu - FOTO
Özcan Dəniz ata oldu - FOTO
- ŞƏRHLƏR