Qadin.NET / İnteryerdə Yeni il

İnteryerdə Yeni il

İnteryerdə Yeni il

Yeni il qeyd etmək üçün siz şam ağacını və bütün evi bəzəməklə bərabər, həm də bütövlükdə özünüz üçün bir bayram atmosferi yaratmalısınız. Əgər qonaqları təəccübləndirmək istəyirsinizsə, yeni illə bağlı interyerinizdə də xüsusi dəyişikliklər etməyiniz vacibdir.

Əvvəlcə evi səliqəyə salmaq lazımdır, artıq əşyaları atın. Bu, onun üçün edilir ki, yeni il evin bütün otaqlarına tam qədəm qoya bilsin.

Mənziliniz təmizlikdən parıldayırsa, artıq interyer dizaynına keçmək olar.  

Bu əyləncəli prosesə yaxınlarınızı, xüsusilə də uşaqlarınızı cəlb edin. Bu gün biz sizə bir sıra məsləhətlərimizlə bayramdan qabaq necə tez və çox əngəl olmadan evi dizayn etmək haqda bəhs edəcəyik.

İnteryerdə Yeni il

Yeni il ağacını bəzəmək

Şam ağacı mütləq hər evdə olmalıdır. Əgər hətta digər interyer işləri ilə məşğul olmaq istəmirsinizsə, şam ağacını hazırlayıb bəzəyin. Hər şeydən öncə əvvəlcədən aldığınız hər zövqə və büdcəyə uyğun oyuncaqlarla yeni il ağacını bəzəməyə başlayın. Ağacın altına yeni ilin ən sevilən və məşhur simvollarını qoymağı unutmayın; bunlar şaxta baba və qar qızı, həmçinin atdır. Axı üzümüzə gələn bu yeni il at ilidir.

 İnteryerdə Yeni il

 

İnteryerdə Yeni il

 

İnteryerdə Yeni il

Qapıları və divarları bəzəmək

Şam ağacı oyuncaqlarını təkcə elə ağacdan yox, həm də qapılardan, divardan asa bilərsiniz. Hətta meyvə, qozalar və yun saplarla da dekorasiya çox təbii və gözəl görsənir. Bu ideyaları qeyd edib tətbiq etməyiniz məsləhətdir. 

İnteryerdə Yeni il

 

İnteryerdə Yeni il

Əgər uşaqlarınız varsa, mütləq onlar üçün ya yeni il corablarını alın ya da özünüz tikin. Yeni il tətili hər gecə ora kiçik hədiyyələr qoyun. Şaxta baba hədiyyələri heç də həmişə şam ağacının altına qoymur ki?!

O, hər gün yeni hədiyyələrə gətirməkdən bezməz. 

İnteryerdə Yeni il

 

İnteryerdə Yeni il

İşıqları da unutmayın

İnteryerinizə nağıl ab-havası əlavə etmək istəyirsinizsə, şam ağacı üçün olan işıqlardan almağı unutmayın.

Əgər işıqların hamısını eyni vaxtda yandırsanız, əsas işıqlandırmadan istifadə etməməyiniz tövsiyə olunur. Yeni il lampaları və fanarları qaranlıqda işıq saçanda daha gözəl olur! 

İnteryerdə Yeni il

Yeni il personajları

Yeni ildə evin bəzəyində yeni il simvolları – personajları mütləq olmalıdır.

Düşünürsünüz ki, yeni il personajları deyəndə elə təkcə şaxta baba, qar qızı, şamlar, suvenirlər yada düşür?! Heç də yox!

Bilirsinizmi ki, adi soyuducunu qar adamına, hamamdakı əşyaları isə şaxta babaya da çevirmək olar?! Şəkillərə baxın və əmin olun. 

İnteryerdə Yeni il

 

İnteryerdə Yeni il

 

İnteryerdə Yeni il

Zövqə görə yeni il açıqcasını hazırlayın

Arzuları reallaşdırmağın yollarını bilirsinizmi? Bu, vizualizasiya adlanır. Hər bir ailə üzvünüz və ya ümumilikdə hamısı üçün belə bir açıqca düzəldin və yeni il ab-havası olan yerdən asın. Qoy sizin arzularınız həyata keçsin! 

İnteryerdə Yeni il

 

İnteryerdə Yeni il

 

İnteryerdə Yeni il

 

İnteryerdə Yeni il

Şamları yandırın

Şamlar o dəqiqə bayram əhval-ruhiyyəsi yaradır. Əgər siz uşaqların ya qonaqların şamlara toxunmasından qorxursunuzsa, fantaziyanızı işə salın, belə ki şamları su olan bəzədilmiş bankaya, vaza və ya fincana da qoya bilərsiniz. Bundan başqa şam üçün təhlükəsiz yer də seçə bilərsiniz. Stolun və ya otağın mərkəzində şam qoyun və bayram masasında şamlardan bayram üçün kompozisiya təşkil edin.

21 dekabr 2013
GO BACK