Görün o baxışda neçə məna var.
O baxış bənzəyir tər bənövşəyə
Ətri bihuş edir,necə dözüm mən?
Utancaq,sakitcə baxır gözaltı
O incə çiçəyi necə üzüm mən?
Laləyə bənzəyir yanır dodaqlar.
Diz çökər,önündə yanar məhəbbət.
Tanrı insaf edib,verib bu qəlbə
Dünyaya bəs edən sonsuz mərhəmət.
Süzülür baxışlar,bulaqlar kimi
O göz yaşlarını silə biləydim.
Varmı dünyasında mənim də yerim?
Baxib ürəyinə bilə biləydim.
Gələydim hüzruna,son ümid ilə
Bu tənha könlümü dustaq edəydim.
Bilirəm,itirməz vəfası böyük.
Könlümü üstünə atıb gedəydim.
Atılıb qoynuna şən dalğaların
Sevgi dünyasında batıb,çıxaydım.
İsti nəfəsindən açıb gözümü
O xumar gözlərə bir də baxaydım.
Gecələr boylanıb sonsuz səmaya
Bircə ulduzumla hey baxışaydım.
Nə olsun,əl çatmır,ünüm də yetmir.
Xəyalda əlindən hey yapışaydım.
Göylər yazıb eşqi,saf məhəbbəti.
Tale aparacaq cığırlarıyla.
Qoy yazsın bəxtimə bu səadəti.
Dözdüyüm dünyamın ağrılarıyla.
Laylalar oxusun,könlüm açılar.
Demirəm bülbüləm,oxuyaram mən.
Bir kəlmə söyləsə, "mən də sevirəm"
Səadət gülünü qoxuyaram mən.
İlham İdrisoğlu Brest 01.11.2012
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Fərqli badımcan turşusu (foto resept)
Səhər ilıq su içməyiniz üçün 4 səbəb
Pilot sükan arxasında yatdı
Kiyev kotleti (foto resept)
Bəhram Bağırzadədən Bakı merinə təklif
Günahsız yerə 25 il həbsdə yatdı, çıxanda milyonçu oldu
Bu kişi həyat yoldaşına 55 min paltar alıb
Münasibətin ciddiləşdiyini göstərən hallar
Qırmızı möcüzə olan narın faydaları
Prezident məktəbdə oldu
“Avroviziya” haqqında qərar verildi - VİDEO
Boks tarixində ilk - 1 MİLYARDLIQ DÖYÜŞ
Dilan Çiçek göz qamaşdırdı-FOTO
Yüzə yaxın məhbusun əfvi gözlənilir
Motosiklet həvəskarları
Dnepropetrovskidən Bakıya birbaşa təyyarə reysi açılır
Mağazadan alınan məhsulların qablaşdırmalarını sabunla yuyun
Doşablı keks (foto resept)
Yaşamağa yardım edən həyat devizim
Eyfel qülləsi
Cenifer Lopezin YENİ FOTOLARI
Şahzadə sürücülük vəsiqəsindən imtina etdi-SƏBƏB
Lotereyada 273 milyon dollar udub
Həftənin ilk iş günü yağışlı olacaq
Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar Fransanın Reyms şəhərində tədbirlər keçiriləcək
Körpəni təhlükələrdən necə qorumalı? - MÜZAKİRƏ
Şokolad sevənlər bu xəbəri mütləq oxusun
Makiyajsız gəlinciklər
Android telefonları sürətləndirməyin yolları - ARAŞDIRMA
Mango tarixi və 2011 yaz kolleksiyası
Şahzadə Harri Meqan Markla 1 milyon dollar xərclədi-FOTO
Provayderlərdən narazı olan internet istifadəçiləri üçün şad xəbər - VİDEO
Koronavirusa qarşı Rusiya peyvəndi nə vaxt istifadəyə veriləcək?
6 yaşlı Bekhemin ayaqqabısı tənqid edildi-FOTO
Sevək və sevilək
Gülben Ergeni paylaşdığı FOTO -ya görə peşman etdilər
Quranı 45 milyon dollara almaq istədilər: Satmadı
Qaraciyər yağlanmasının qarşısını alan 7 qida
Hazal Kayanın evi yandı
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Ləyaqətli qadın kimdir?
Dünyanın ən qəribə 60 faktı
Yeni ili hansı rəngdə paltarda qarşılamaq lazımdır?
Dünya iqtisadiyyatının inkişaf sürəti zəifləyir
Gələn həftədən Bakıda küçə reklamları ilə bağlı monitorinqlərə başlanacaq
Tovuz quşu haqda nə bilirsiniz?
Təbii yollar ilə dodaq rəngini dəyişdirmə
Britaniya kraliçası pandemiya müddətində ilk dəfə maskalı göründü
Dünya çempionatına son vəsiqənin sahibi bəlli oldu
AzTV şəhid yaxınlarına və qazilərə müraciət etdi - FOTO
- ŞƏRHLƏR