Görün o baxışda neçə məna var.
O baxış bənzəyir tər bənövşəyə
Ətri bihuş edir,necə dözüm mən?
Utancaq,sakitcə baxır gözaltı
O incə çiçəyi necə üzüm mən?
Laləyə bənzəyir yanır dodaqlar.
Diz çökər,önündə yanar məhəbbət.
Tanrı insaf edib,verib bu qəlbə
Dünyaya bəs edən sonsuz mərhəmət.
Süzülür baxışlar,bulaqlar kimi
O göz yaşlarını silə biləydim.
Varmı dünyasında mənim də yerim?
Baxib ürəyinə bilə biləydim.
Gələydim hüzruna,son ümid ilə
Bu tənha könlümü dustaq edəydim.
Bilirəm,itirməz vəfası böyük.
Könlümü üstünə atıb gedəydim.
Atılıb qoynuna şən dalğaların
Sevgi dünyasında batıb,çıxaydım.
İsti nəfəsindən açıb gözümü
O xumar gözlərə bir də baxaydım.
Gecələr boylanıb sonsuz səmaya
Bircə ulduzumla hey baxışaydım.
Nə olsun,əl çatmır,ünüm də yetmir.
Xəyalda əlindən hey yapışaydım.
Göylər yazıb eşqi,saf məhəbbəti.
Tale aparacaq cığırlarıyla.
Qoy yazsın bəxtimə bu səadəti.
Dözdüyüm dünyamın ağrılarıyla.
Laylalar oxusun,könlüm açılar.
Demirəm bülbüləm,oxuyaram mən.
Bir kəlmə söyləsə, "mən də sevirəm"
Səadət gülünü qoxuyaram mən.
İlham İdrisoğlu Brest 01.11.2012