Yaralı göyərçin
Ay mənim göyərçinim!!!
Sən indi can üstəsən.
Həm də qərib yerdəsən
Yaxsı ki ,dilin yoxdur
Yoxsa dediyin sözlər
Yandırardı yaxardı ,
Mənim kövrək könlümü.
Qanadından vuruldun,
Uca bilməzsən daha.
Doğmaların yanına
Cata bilməzsən daha.
Ay mənim göyərçinim.
Hardadır sənin anan?
Hardadır sənin atan?
Bacın qardaşın varmı?
Yaman tənha qalmısan.
Ürəyim dözmür daha
Gözlərim baxa - baxa
Yanımda can üstəsən
Həm də qərib yerdəsən.
Ay mənim göyərçinim
İnsanlar dildən anlar.
Quşlar gözlərdən anlar.
Anan gözünə baxsa
Duyardı son sözünü,
Parçalardı köksünü.
Yaralı qanadina
Bəlkə məlhəm edərdi
Canınıda verərdi.
Ömrünə azca qalıb
Yanımda can üstəsən
Həm də qərib yerdəsən.
O ürkək gözlərini
Unutmaq olacaqmı?
Sızlayan qanadını
Sağaltmaq olacaqmı?
Yaman üzdün qəlbimi
Artırdın dərd qəmimi.
Sənə verilən ömür
İndi sona yetəcək,
Bir ağac yuvasında
Balasını gözləyən,
Bir ananın gözləri
Yollara dikiləcək
Ay mənim göyərçinim!!!
Səndən uzaqlarda
Səndən uzaqlarda yaşayıram mən
Sənsizlik dünyasi nə yaman ağır.
Sən bahar qoynunda gülümsəyirsən
Mənimsə ömrümə yenə qar yağır.
Gəl səni gözləyir bu dəli könlüm
Gəl ömür dəftərim yazısız qalıb.
Gəl ki, ölsəm belə yanında ölüm
Gəl məhəbbət bağım baharsız qalıb.
Gəlsən quruyacaq yas da gözümdə
Gəlsən ürəyimə can verəcəksən.
Bəxtsiz taleyimdə doğan günəşdə
Qəlbinin buzunu əridəcəksən..
Gəlməsən sənsizlik yükünü gülüm,
Həsrətlə, hicranla daşıyacağam.
Taleyin hökmünə boyun əyərək,
Səndən uzaqlarda yaşayacağam.....
Müəllif: Nəcibə Vüsal
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hava haqqında - 21.02.2014
Günün ulduz falı
Hotmail tarix olacaq
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət (son)
Ən böyük şəbəkə Çində olacaq
Dünyaya mesaj: İllər sonra Füzulidə musiqi səsləndi - VİDEO
Pəhriz yoxsa idman?
Tədris ilinin müddəti barədə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA
Smaylik klaviaturalar gəlir
Sousda pomidor (foto-resept)
Uşağınız məktəbdə bu xəstəliyə yoluxa bilər
Erməni atalar övladlarının Qarabağa göndərilməsinə etiraz edirlər
Mehriban Əliyeva açılışda
Sallanan qolları sıxlaşdıran məşq təklifləri
İngiltərədə kafe və restoranlarda müştərilərin hesablarının yarısını hökumət ödəyəcək
Berkay səhnəyə qızı ilə çıxdı-FOTO
Bəyaz 12 kq arıqladı-FOTO
İncə bel üçün idman hərəkətləri
Ey Azadlıq!
Rövnəq Abdullayev şəhidlərimizin ailələrinə mənzil bağışladı
Naoimi 33 ildən sonra ilk dəfə-FOTO
İl ərzində yeməyə cəmi 2 dollar xərcləyib - FOTO
Qızdırması olan hər kəs test edilir - RƏSMİ AÇIQLAMA
Heyva şirniyyatı (foto resept)
Yaşamaq eşqini artıran şüurun 30 təlimi
Qırışlarla mübarizə aparan yağlar
İtkin düşdükləri hesab edilən 12 nəfərlik "Bordo Bereli" qrup görün neylədi
Yağış, sulu qar və külək
Dana ciyəri kababı (foto-resept)
Həkim: “Koronavirusa aid şikayətlər üç gündən artıq davam edərsə..."
Cinsi uyğunlaşma testi
Skotun fərqli portretləri
Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər?
Mahsum Kırmızıgüldən şad xəbər-FOTO
Facebook-da daha bir YENİLİK
Millət vəkili: В«Rusiyadan qayıdan azərbaycanlılar işlə təmin olunmalıdırВ»
Ögey ana, ögey ata
Cəbhədə gərgin gecə
Rafet El Romanın üzü görənləri təəccübləndirdi-FOTO
Cennifer Lopez məhkəməlik oldu-SƏBƏB
Qabarıq ətək modelləri
İlham Əliyevin girov tələbi
Müəllimin bu addımı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanda tutulan nəhəng balıq Türkiyədə satışa çıxarıldı
Dünyada ilklər
Bakıda erməni dili dərsliyi nəşr olunacaq
Azad söz (6-cı hissə)
Üzümlü salat (foto resept)
Bella Hadid yeni İMİCDƏ-FOTO
HAVA necə olacaq?
- ŞƏRHLƏR