Yaralı göyərçin
Ay mənim göyərçinim!!!
Sən indi can üstəsən.
Həm də qərib yerdəsən
Yaxsı ki ,dilin yoxdur
Yoxsa dediyin sözlər
Yandırardı yaxardı ,
Mənim kövrək könlümü.
Qanadından vuruldun,
Uca bilməzsən daha.
Doğmaların yanına
Cata bilməzsən daha.
Ay mənim göyərçinim.
Hardadır sənin anan?
Hardadır sənin atan?
Bacın qardaşın varmı?
Yaman tənha qalmısan.
Ürəyim dözmür daha
Gözlərim baxa - baxa
Yanımda can üstəsən
Həm də qərib yerdəsən.
Ay mənim göyərçinim
İnsanlar dildən anlar.
Quşlar gözlərdən anlar.
Anan gözünə baxsa
Duyardı son sözünü,
Parçalardı köksünü.
Yaralı qanadina
Bəlkə məlhəm edərdi
Canınıda verərdi.
Ömrünə azca qalıb
Yanımda can üstəsən
Həm də qərib yerdəsən.
O ürkək gözlərini
Unutmaq olacaqmı?
Sızlayan qanadını
Sağaltmaq olacaqmı?
Yaman üzdün qəlbimi
Artırdın dərd qəmimi.
Sənə verilən ömür
İndi sona yetəcək,
Bir ağac yuvasında
Balasını gözləyən,
Bir ananın gözləri
Yollara dikiləcək
Ay mənim göyərçinim!!!
Səndən uzaqlarda
Səndən uzaqlarda yaşayıram mən
Sənsizlik dünyasi nə yaman ağır.
Sən bahar qoynunda gülümsəyirsən
Mənimsə ömrümə yenə qar yağır.
Gəl səni gözləyir bu dəli könlüm
Gəl ömür dəftərim yazısız qalıb.
Gəl ki, ölsəm belə yanında ölüm
Gəl məhəbbət bağım baharsız qalıb.
Gəlsən quruyacaq yas da gözümdə
Gəlsən ürəyimə can verəcəksən.
Bəxtsiz taleyimdə doğan günəşdə
Qəlbinin buzunu əridəcəksən..
Gəlməsən sənsizlik yükünü gülüm,
Həsrətlə, hicranla daşıyacağam.
Taleyin hökmünə boyun əyərək,
Səndən uzaqlarda yaşayacağam.....
Müəllif: Nəcibə Vüsal