Yol çox uzun idi, qısaltmaq üçün körpüyə ehtiyac vardı. Nicat sinəsinin sol tərəfindəki – ürəyindəki qovluğu açdı. Yarımçıq qalmış şeiri var idi:
Qələm nöqtə qoya bilmir
Gedənlərin arxasından...
Biraz bu parçaya yeni misralar qatmaq üçün qurcalandı, alınmadı. Bütün ilham pəriləri “onun”la getmişdi...
Bu qovluğu bağladı. Beynindəki qovluğu vərəqləməyə başladı. – problemlər qovluğunu. Deməli belə, Kamrana zəng etməliyəm, xəstədi. Qəzənfərin oğlunun toyudu, xərc yazdırmaq lazımdı. Evə kartof –soğan, 2 kq ət, bir qutu süd, 10 ədəd yumurta almalıyam, hamısı qurtarıb. Uşağa (balaca qardaşıma) çəkmə almalıyam, yağışlar başlayıb. Telefona qida bloku almalıyam, itib. Özümə arvad almalıyam, vaxtım keçir....
Şoferin – ay qardaş, düşməyəcəksən? –deməsi ilə Nicat fikirdən ayıldı. Son dayanacağa çatmışdılar. Bağışlayın, fikirə dalmışam – deyib sürətlə avtobusdan endi.
Bir xeyli piyada getməli idi. Addımlarını iri-iri ataraq yarı yeriş, yarı qaçış vəziyyətində irəliləməyə başladı. Işə tələsirdi. Səhər-səhər tezdən nə satdın, satdın. Satmadın yenə dilxorçuluq olacaq – düşüncələri onu daha da sürətləndirirdi...Aha, telefon... telefon zəng çalır. Heç yeridi? – gileylənə-gileylənə cavab verdi. Anası idi.
– Nicat, Sevincin (Nicatın xəstə bacısı idi) yenə halı dönüb, mama qurban, elə indicə huşunu itirdi...neynəyək, dərdli balam, neyləyək indi biz? – Ana ağlayırdı.
– Ana, ağlama, lütfən...bu saat gəlirəm...ana, təcili yardım çağırın bu saat gəlirəm. – telefonu söndürdü. Əsəbdən, qəmdən, kədərdən gözləri qıp-qırmızı qızarmışdı. Boğazının damarları şişmişdi. Əks istiqamətə dönüb sürətlə yenicə düşdüyü dayanacağa tərəf qaçmağa başladı. Qarşıdan şaqqanaq çəkib gülə-gülə 3 qız, 3 oğlandan ibarət bir dəstə gəlirdi, yolu demək olar ki, kəsmişdilər. Nicat onların böyründən sürətlə sıyrılıb keçmək istəsə də bu cəhdi alınmadı. Çiyni lap solda dayanan qızın çiyninə dəyib qızı yerə yıxdı. Qız elə yıxıla-yıxıla – göydəcə göyçək ağzını açdı: Eşşək, tərbiyəsiz, qanacaqsız...Sənin anan-bacın yoxdu...? Nicat tələsik – Ay xanım, çox üzr istəyirəm, bilmədən oldu – deyib yoluna davam etmək istəyirdi ki, oğlanlar onun qarşısını kəsdilər.
– Ala, qaqulya, bu nə əskiklikdi elədin sən?
– Vallah bilmədən oldu. Uşaqlar, tələsirəmee...- Nicatın sözləri ağzında qaldı. Düz burnunun üstündən möhkəm bir yumruq dəydi. Müvazinətini itirib yerə yıxıldı. Özünə gələndə oğlanlar çoxdan aradan əkilmişdilər. Burnundan qan açılmışdı. Dəsmalı yox idi deyə qoltuq cibindən balaca nisyə dəftərini çıxarıb 1-2 vərəqini cırdı. Burnunun qanını təmizlədi. Ağlaya-ağlaya yoluna davam etdi. Təbii ki, ağlamağı burnunun ağrısından deyil, içinin ağrısından idi. Sevinc yadına düşdü. Gözlərini qıyıb səsini içində boğacaq tərzdə hönkürdü...
Burnunun qanını sildiyi kağızları əlində büküb saxlamışdı. Atmağa zibil qabı yox idi... Zəng...yenə zəng gəlirdi...Nicat özündən xəbərsiz halda əlindən o kağızı bir kənara tullayıb telefonunu cibindən çıxartdı. Rəşad idi. Həmişəki kimi gözəl bir misra istəyəcəkdi Nicatdan. Sevdiyi qızla görüşə gedəndə Rəşad həmişə belə edirdi. Nicat - mən nə hayda, sən nə hayda?- deyib telefonun “məşğul” düyməsini basdı. Qarşıdakı döngəyə çatanda bir qrup gənc əllərində mikrofon, kamera Nicatın qarşısını kəsdilər. – Biz “şəhərimizi təmiz saxlayaq” adlı monitorinq çəkiliş qrupundanıq. Sizi gördük, əlinizdəki çirkli kağızı (kağızı da götürmüşdülər, o yan-bu yanın kamera ilə lentə alırdılar) zibil qutusuna deyil, küçəyə tulladınız. Sizdən bu natəmiz hərəkətinizə açıqlama istəyirik. Nicatın elə bil başına qaynar su tökdülər. – Ay allah, bunlar məni hardan tapdı? -əl çəkin məndən, deyib uzaqlaşmaq istədi. Bu zaman bayaqdan onların yanında dayanan iki PPX əməkdaşı yaxınlaşıb, Nicatın bayaq yerə atdığı kağızı ona göstərdilər. - Vətəndaş, bu nə qandı? Bu kimin qanıdı? Niyə belə nigaransan? Hara tələsirsən, kimdən qaçırsan? Burnuna nə olub? və s. avtomat kimi ard-arda suallar yağdırdırmağa başladılar. Nicat nə qədər yalvardısa, ay millət, ay qardaş, buraxıne məni, tələsirəm, xəstəm var...Kim idi ona inanan? PPX–nın əməkdaşları harasa zəng etdikdən sonra - bizimlə bölməyə gəlməlisən, deyib onun son ümidünü də qırdılar. Nicatın bu dəfə ruhu itirdi müvazinətini. Yenildi. Təslim oldu. İki əlini də qabağa uzadıb bağırdı: - Qandallayın məni!
Polislər bunu etiraf kimi qəbul edib tələsik Nicatın əllərini qandalladılar. Elə bu zaman Nicatın o köhnə telefonuna yenidən zəng gəldi. Telefonu götürmək istədi, amma əli bağlı idi. Polislər sanki sirli bir qətlin üstünü açırmışlar kimi Nicatın cibindən telefonu çıxarıb özləri açdılar. Xırıltılı, yorğun, donmuş və naümid səslə danışan Nicatın anası idi: - Oğlum, bacın öldü...
PS. Mühakimə etməyə tələsmə,
Əvvəl özünü 1-2 qram onun yerinə qoy, 2-3 sm onun addımlarıyla yeri, 3-4 dəfə onun yıxıldığı yerdə yıxıl, 4-5 kərə qalx, üstünü çırp, 5-6 dəfə yağışda islan, 6-7 dəfə palçığa bat, 7-8 dəfə xor baxışlar altında əzil, 8-9 dəfə ac qal...Bütün bunlardan sonra bax, gör sən də eyni ilə onun kimi etməzmiydin?!
Mühakimə etmə,
qınama,
danlama,
anla!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məhərrəm ayı ilə bağlı fətva verildi
Kakao yağının dərimizə faydaları
2015-də bu ölkələrə gedin
Bu sezon ən iddialı trendləri
Kələm salatı (foto resept)
Vitaminlər
"Qarabağ"la çətin oyun olacaq
Fransız qadınları kimi geyinməyin sirri
Bahalaşma başladı
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Hava haqqında
Fransa təkcə romantika şəhəri deyil
Azərbaycanda 90 yaşlı kişi koronavirusdan sağaldı - VİDEO
Azərbaycana gələn pullar azaldı
Nazirlik təhsil müəssisələrində yeni xidmətə başlayır
Rafael Dadaşov vəfat etdi
Süd verən analar üçün qidalanma tövsiyəsi
Azərbaycan istifadəçiləri internetsiz qalacaq? -RƏSMİ cavab
Xoşbəxtlik gətirən qidalar
Dünyanın ən balaca iti odur
Kağız halva (3)
Laqeydlik ən böyük şiddətdir
Gülben Ergen haqqında ŞOK məlumat
Qan donduran araşdırma - 5042 ölü
Qasırğanı dəqiq proqnozlaşdıran qurğu hazırlandı
Ermənistan daha 45 hərbçisinin öldüyünü etiraf etdi
Vanqa onun ölümünü bir il öncədən bilibmiş - Şok öngörü
Məşhur model üsyan etdi
Novruzu ən qeyri-adi şəkildə qarşılayan kənd
Münasibətin mərhələləri
Dovğa göyərtisinin doğranılması
Döşlərinizi 10 günə 3 sm böyüdün!
Nüsret evlənir?-FOTO
Rusiya nüvə silahından istifadə üçün əsas şərti açıqladı
Limonlu-pudralı peçenye (foto resept)
İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu
Ermənistan törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - RƏSMİ
Cütlüklər arasında çıxan münaqişə mövzuları
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Mehmet Ali Erbilin halı yenidən pisləşdi
Gəncə Təbrizlə qardaş oldu
Sobada ətli rulet (foto-resept)
Çempionlar Liqasında bu həftə rekord üstə rekord qırıldı
Göz makyajı
Abituriyentlərinin nəzərinə!
"Ağıllı" kontakt linzalar xərçəng hüceyrələrini aşkarlayacaq - FOTOLAR
Messi əməliyyat olunacaq
Damla şokoladlı keks (foto-resept)
Günün ulduz falı
Yağmasan da, gurulda!
- ŞƏRHLƏR