Yol çox uzun idi, qısaltmaq üçün körpüyə ehtiyac vardı. Nicat sinəsinin sol tərəfindəki – ürəyindəki qovluğu açdı. Yarımçıq qalmış şeiri var idi:
Qələm nöqtə qoya bilmir
Gedənlərin arxasından...
Biraz bu parçaya yeni misralar qatmaq üçün qurcalandı, alınmadı. Bütün ilham pəriləri “onun”la getmişdi...
Bu qovluğu bağladı. Beynindəki qovluğu vərəqləməyə başladı. – problemlər qovluğunu. Deməli belə, Kamrana zəng etməliyəm, xəstədi. Qəzənfərin oğlunun toyudu, xərc yazdırmaq lazımdı. Evə kartof –soğan, 2 kq ət, bir qutu süd, 10 ədəd yumurta almalıyam, hamısı qurtarıb. Uşağa (balaca qardaşıma) çəkmə almalıyam, yağışlar başlayıb. Telefona qida bloku almalıyam, itib. Özümə arvad almalıyam, vaxtım keçir....
Şoferin – ay qardaş, düşməyəcəksən? –deməsi ilə Nicat fikirdən ayıldı. Son dayanacağa çatmışdılar. Bağışlayın, fikirə dalmışam – deyib sürətlə avtobusdan endi.
Bir xeyli piyada getməli idi. Addımlarını iri-iri ataraq yarı yeriş, yarı qaçış vəziyyətində irəliləməyə başladı. Işə tələsirdi. Səhər-səhər tezdən nə satdın, satdın. Satmadın yenə dilxorçuluq olacaq – düşüncələri onu daha da sürətləndirirdi...Aha, telefon... telefon zəng çalır. Heç yeridi? – gileylənə-gileylənə cavab verdi. Anası idi.
– Nicat, Sevincin (Nicatın xəstə bacısı idi) yenə halı dönüb, mama qurban, elə indicə huşunu itirdi...neynəyək, dərdli balam, neyləyək indi biz? – Ana ağlayırdı.
– Ana, ağlama, lütfən...bu saat gəlirəm...ana, təcili yardım çağırın bu saat gəlirəm. – telefonu söndürdü. Əsəbdən, qəmdən, kədərdən gözləri qıp-qırmızı qızarmışdı. Boğazının damarları şişmişdi. Əks istiqamətə dönüb sürətlə yenicə düşdüyü dayanacağa tərəf qaçmağa başladı. Qarşıdan şaqqanaq çəkib gülə-gülə 3 qız, 3 oğlandan ibarət bir dəstə gəlirdi, yolu demək olar ki, kəsmişdilər. Nicat onların böyründən sürətlə sıyrılıb keçmək istəsə də bu cəhdi alınmadı. Çiyni lap solda dayanan qızın çiyninə dəyib qızı yerə yıxdı. Qız elə yıxıla-yıxıla – göydəcə göyçək ağzını açdı: Eşşək, tərbiyəsiz, qanacaqsız...Sənin anan-bacın yoxdu...? Nicat tələsik – Ay xanım, çox üzr istəyirəm, bilmədən oldu – deyib yoluna davam etmək istəyirdi ki, oğlanlar onun qarşısını kəsdilər.
– Ala, qaqulya, bu nə əskiklikdi elədin sən?
– Vallah bilmədən oldu. Uşaqlar, tələsirəmee...- Nicatın sözləri ağzında qaldı. Düz burnunun üstündən möhkəm bir yumruq dəydi. Müvazinətini itirib yerə yıxıldı. Özünə gələndə oğlanlar çoxdan aradan əkilmişdilər. Burnundan qan açılmışdı. Dəsmalı yox idi deyə qoltuq cibindən balaca nisyə dəftərini çıxarıb 1-2 vərəqini cırdı. Burnunun qanını təmizlədi. Ağlaya-ağlaya yoluna davam etdi. Təbii ki, ağlamağı burnunun ağrısından deyil, içinin ağrısından idi. Sevinc yadına düşdü. Gözlərini qıyıb səsini içində boğacaq tərzdə hönkürdü...
Burnunun qanını sildiyi kağızları əlində büküb saxlamışdı. Atmağa zibil qabı yox idi... Zəng...yenə zəng gəlirdi...Nicat özündən xəbərsiz halda əlindən o kağızı bir kənara tullayıb telefonunu cibindən çıxartdı. Rəşad idi. Həmişəki kimi gözəl bir misra istəyəcəkdi Nicatdan. Sevdiyi qızla görüşə gedəndə Rəşad həmişə belə edirdi. Nicat - mən nə hayda, sən nə hayda?- deyib telefonun “məşğul” düyməsini basdı. Qarşıdakı döngəyə çatanda bir qrup gənc əllərində mikrofon, kamera Nicatın qarşısını kəsdilər. – Biz “şəhərimizi təmiz saxlayaq” adlı monitorinq çəkiliş qrupundanıq. Sizi gördük, əlinizdəki çirkli kağızı (kağızı da götürmüşdülər, o yan-bu yanın kamera ilə lentə alırdılar) zibil qutusuna deyil, küçəyə tulladınız. Sizdən bu natəmiz hərəkətinizə açıqlama istəyirik. Nicatın elə bil başına qaynar su tökdülər. – Ay allah, bunlar məni hardan tapdı? -əl çəkin məndən, deyib uzaqlaşmaq istədi. Bu zaman bayaqdan onların yanında dayanan iki PPX əməkdaşı yaxınlaşıb, Nicatın bayaq yerə atdığı kağızı ona göstərdilər. - Vətəndaş, bu nə qandı? Bu kimin qanıdı? Niyə belə nigaransan? Hara tələsirsən, kimdən qaçırsan? Burnuna nə olub? və s. avtomat kimi ard-arda suallar yağdırdırmağa başladılar. Nicat nə qədər yalvardısa, ay millət, ay qardaş, buraxıne məni, tələsirəm, xəstəm var...Kim idi ona inanan? PPX–nın əməkdaşları harasa zəng etdikdən sonra - bizimlə bölməyə gəlməlisən, deyib onun son ümidünü də qırdılar. Nicatın bu dəfə ruhu itirdi müvazinətini. Yenildi. Təslim oldu. İki əlini də qabağa uzadıb bağırdı: - Qandallayın məni!
Polislər bunu etiraf kimi qəbul edib tələsik Nicatın əllərini qandalladılar. Elə bu zaman Nicatın o köhnə telefonuna yenidən zəng gəldi. Telefonu götürmək istədi, amma əli bağlı idi. Polislər sanki sirli bir qətlin üstünü açırmışlar kimi Nicatın cibindən telefonu çıxarıb özləri açdılar. Xırıltılı, yorğun, donmuş və naümid səslə danışan Nicatın anası idi: - Oğlum, bacın öldü...
PS. Mühakimə etməyə tələsmə,
Əvvəl özünü 1-2 qram onun yerinə qoy, 2-3 sm onun addımlarıyla yeri, 3-4 dəfə onun yıxıldığı yerdə yıxıl, 4-5 kərə qalx, üstünü çırp, 5-6 dəfə yağışda islan, 6-7 dəfə palçığa bat, 7-8 dəfə xor baxışlar altında əzil, 8-9 dəfə ac qal...Bütün bunlardan sonra bax, gör sən də eyni ilə onun kimi etməzmiydin?!
Mühakimə etmə,
qınama,
danlama,
anla!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanlı həkimlər Qəzzaya getməyə hazırdırlar
Uşaq tərbiyəsində - 7 MƏQAM
Masazırda bəzi evlər sökülə bilər
İmtahandan keçə bilməyən namizədlərə şad xəbər- VİDEO
Gələn il hansı bürcü nə gözləyir?
0-1 yaşlı uşaqlarda nitqin inkişafı və formalaşması
Günün ulduz falı
Öldürücü virus qurbanlarının sayı artır
Bir gündə 10 min insan koronavirusa yoluxub
Pendirli, yulaflı çubuq(foto resept)
Maqnit qasırğası xəbərdarlığı
Plastik kartlar və onlardan istifadənin üstünlükləri
Evdar xanımlara bəzi məsləhətlər
Hamiləlik və doğuş
ABŞ defolta hazırlaşır
Yerə asteroid yaxınlaşır - NASA-dan xəbərdarlıq
DİQQƏTLİ OLUN: "Facebook"dan bildiriş gələcək
Qışda kilo almamaq üçün bunları edin!
2017-ci ildə artıq dəbdən düşəcək trendlərin siyahısı
7 min dollara 3 təkərli avtomobil
Pik xəstəliyi
Serdar Ortaçın keçmiş xanımı Gündəmdədir-FOTO
Obama Cənubi Sudana qoşun göndərdi
Evləndikdən 3 dəqiqə sonra boşandı
Kraldan ayrılan model danışdı-FOTO
Həftəsonu yağış var
Colidən növbəti xeyirxah addım
Koronavirus niyə bu qədər sürətlə yayıldı? - ARAŞDIRMA
4 gündə 2 kiloqram arıqladan pəhriz
Texnologiyalar belə ucuzlaşır
Bergüzar Korel və Halit Ergençə 3,5 milyonluq təklif
Qan donduran məkanda yaşayanlar - FOTO
Məhəmməd Əlinin tarixi sözləri
Erməniləri faş edən tapıntı
Gəlin toya atını da apardı - FOTO
Beyin üçün məşğələ
Türkiyənin bu yeniliyindən Azərbaycan da qazanacaq
Bundesliqada Hakan bu dəfə də fərqləndi, "Bavariya" imtahan götürəcək
Hər FOTOsu diqqət çəkən model
Ermənistandan Qarabağa gətirilən silahlılar: “Biz heç kimə lazım deyilik” - VİDEO
Gəlinlər üçün tac modelləri
Çimərliklər yoxlanılır
Prezidentin köməkçisi: “Erməni millət vəkili Azərbaycana qarşı terrora çağırış edir”
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: imtahanlar başlayır
Kosmosdan polisə zəng gəldi, işə rəsmilər qarışdı
Azərbaycan müdafiə naziri Türkiyəyə gedib
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
Meyvə çayları dişlərə zərərlidir
Pulu harada, nəyə və necə xərclədimiyizi bilirikmi?
Bakıda 5 əlavə ekspres xətt təşkil edilir
- ŞƏRHLƏR