Yol çox uzun idi, qısaltmaq üçün körpüyə ehtiyac vardı. Nicat sinəsinin sol tərəfindəki – ürəyindəki qovluğu açdı. Yarımçıq qalmış şeiri var idi:
Qələm nöqtə qoya bilmir
Gedənlərin arxasından...
Biraz bu parçaya yeni misralar qatmaq üçün qurcalandı, alınmadı. Bütün ilham pəriləri “onun”la getmişdi...
Bu qovluğu bağladı. Beynindəki qovluğu vərəqləməyə başladı. – problemlər qovluğunu. Deməli belə, Kamrana zəng etməliyəm, xəstədi. Qəzənfərin oğlunun toyudu, xərc yazdırmaq lazımdı. Evə kartof –soğan, 2 kq ət, bir qutu süd, 10 ədəd yumurta almalıyam, hamısı qurtarıb. Uşağa (balaca qardaşıma) çəkmə almalıyam, yağışlar başlayıb. Telefona qida bloku almalıyam, itib. Özümə arvad almalıyam, vaxtım keçir....
Şoferin – ay qardaş, düşməyəcəksən? –deməsi ilə Nicat fikirdən ayıldı. Son dayanacağa çatmışdılar. Bağışlayın, fikirə dalmışam – deyib sürətlə avtobusdan endi.
Bir xeyli piyada getməli idi. Addımlarını iri-iri ataraq yarı yeriş, yarı qaçış vəziyyətində irəliləməyə başladı. Işə tələsirdi. Səhər-səhər tezdən nə satdın, satdın. Satmadın yenə dilxorçuluq olacaq – düşüncələri onu daha da sürətləndirirdi...Aha, telefon... telefon zəng çalır. Heç yeridi? – gileylənə-gileylənə cavab verdi. Anası idi.
– Nicat, Sevincin (Nicatın xəstə bacısı idi) yenə halı dönüb, mama qurban, elə indicə huşunu itirdi...neynəyək, dərdli balam, neyləyək indi biz? – Ana ağlayırdı.
– Ana, ağlama, lütfən...bu saat gəlirəm...ana, təcili yardım çağırın bu saat gəlirəm. – telefonu söndürdü. Əsəbdən, qəmdən, kədərdən gözləri qıp-qırmızı qızarmışdı. Boğazının damarları şişmişdi. Əks istiqamətə dönüb sürətlə yenicə düşdüyü dayanacağa tərəf qaçmağa başladı. Qarşıdan şaqqanaq çəkib gülə-gülə 3 qız, 3 oğlandan ibarət bir dəstə gəlirdi, yolu demək olar ki, kəsmişdilər. Nicat onların böyründən sürətlə sıyrılıb keçmək istəsə də bu cəhdi alınmadı. Çiyni lap solda dayanan qızın çiyninə dəyib qızı yerə yıxdı. Qız elə yıxıla-yıxıla – göydəcə göyçək ağzını açdı: Eşşək, tərbiyəsiz, qanacaqsız...Sənin anan-bacın yoxdu...? Nicat tələsik – Ay xanım, çox üzr istəyirəm, bilmədən oldu – deyib yoluna davam etmək istəyirdi ki, oğlanlar onun qarşısını kəsdilər.
– Ala, qaqulya, bu nə əskiklikdi elədin sən?
– Vallah bilmədən oldu. Uşaqlar, tələsirəmee...- Nicatın sözləri ağzında qaldı. Düz burnunun üstündən möhkəm bir yumruq dəydi. Müvazinətini itirib yerə yıxıldı. Özünə gələndə oğlanlar çoxdan aradan əkilmişdilər. Burnundan qan açılmışdı. Dəsmalı yox idi deyə qoltuq cibindən balaca nisyə dəftərini çıxarıb 1-2 vərəqini cırdı. Burnunun qanını təmizlədi. Ağlaya-ağlaya yoluna davam etdi. Təbii ki, ağlamağı burnunun ağrısından deyil, içinin ağrısından idi. Sevinc yadına düşdü. Gözlərini qıyıb səsini içində boğacaq tərzdə hönkürdü...
Burnunun qanını sildiyi kağızları əlində büküb saxlamışdı. Atmağa zibil qabı yox idi... Zəng...yenə zəng gəlirdi...Nicat özündən xəbərsiz halda əlindən o kağızı bir kənara tullayıb telefonunu cibindən çıxartdı. Rəşad idi. Həmişəki kimi gözəl bir misra istəyəcəkdi Nicatdan. Sevdiyi qızla görüşə gedəndə Rəşad həmişə belə edirdi. Nicat - mən nə hayda, sən nə hayda?- deyib telefonun “məşğul” düyməsini basdı. Qarşıdakı döngəyə çatanda bir qrup gənc əllərində mikrofon, kamera Nicatın qarşısını kəsdilər. – Biz “şəhərimizi təmiz saxlayaq” adlı monitorinq çəkiliş qrupundanıq. Sizi gördük, əlinizdəki çirkli kağızı (kağızı da götürmüşdülər, o yan-bu yanın kamera ilə lentə alırdılar) zibil qutusuna deyil, küçəyə tulladınız. Sizdən bu natəmiz hərəkətinizə açıqlama istəyirik. Nicatın elə bil başına qaynar su tökdülər. – Ay allah, bunlar məni hardan tapdı? -əl çəkin məndən, deyib uzaqlaşmaq istədi. Bu zaman bayaqdan onların yanında dayanan iki PPX əməkdaşı yaxınlaşıb, Nicatın bayaq yerə atdığı kağızı ona göstərdilər. - Vətəndaş, bu nə qandı? Bu kimin qanıdı? Niyə belə nigaransan? Hara tələsirsən, kimdən qaçırsan? Burnuna nə olub? və s. avtomat kimi ard-arda suallar yağdırdırmağa başladılar. Nicat nə qədər yalvardısa, ay millət, ay qardaş, buraxıne məni, tələsirəm, xəstəm var...Kim idi ona inanan? PPX–nın əməkdaşları harasa zəng etdikdən sonra - bizimlə bölməyə gəlməlisən, deyib onun son ümidünü də qırdılar. Nicatın bu dəfə ruhu itirdi müvazinətini. Yenildi. Təslim oldu. İki əlini də qabağa uzadıb bağırdı: - Qandallayın məni!
Polislər bunu etiraf kimi qəbul edib tələsik Nicatın əllərini qandalladılar. Elə bu zaman Nicatın o köhnə telefonuna yenidən zəng gəldi. Telefonu götürmək istədi, amma əli bağlı idi. Polislər sanki sirli bir qətlin üstünü açırmışlar kimi Nicatın cibindən telefonu çıxarıb özləri açdılar. Xırıltılı, yorğun, donmuş və naümid səslə danışan Nicatın anası idi: - Oğlum, bacın öldü...
PS. Mühakimə etməyə tələsmə,
Əvvəl özünü 1-2 qram onun yerinə qoy, 2-3 sm onun addımlarıyla yeri, 3-4 dəfə onun yıxıldığı yerdə yıxıl, 4-5 kərə qalx, üstünü çırp, 5-6 dəfə yağışda islan, 6-7 dəfə palçığa bat, 7-8 dəfə xor baxışlar altında əzil, 8-9 dəfə ac qal...Bütün bunlardan sonra bax, gör sən də eyni ilə onun kimi etməzmiydin?!
Mühakimə etmə,
qınama,
danlama,
anla!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycana turist axını olacaq
Hamiləliyin 9-cu ayında nələr olur?
Dondurulmuş pomidor püresi (foto resept)
Məşhurlar dünən və bu gün
Bu kitab rekord vurdu
Dünyanın ən qoca atasının arvadı qaçdı
Ərdoğan: “Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək müsəlmanların yanındayıq” - VİDEO
Kəsmikli, qaymaqlı tort (foto resept)
Kivi peçenyesi (foto resept)
Günün ulduz falı
Bu şəxslərin icazəsi ləğv olunur
Sobada souslu toyuq qanadı (foto resept)
Kişilər necə sevir?!
Erməni boksçunu məğlub edən idmançımız çempion oldu
Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu
Məşhur aktrisa diqqət çəkdi-FOTO
“Haber Global” Kəlbəcərdə
Məşhur aktrisa aylar sonra ilk dəfə-FOTO
Sağlam uşaq xəstələnməlidir - ÜST
Uçuşa hazırlaşan təyyarənin qanadına dırmaşdı - VİDEO
Serenayın soyuqla imtahanı - FOTO
Bu gün virtual “Son zəng” keçiriləcək
Ali Sunal ata olacaq-FOTO
Yumurta boyamağın növləri
Ziyafət donları
Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi
BERMUD ÜÇBUCAĞI
Azərbaycanda yaşayış binası uçdu - 16 ailə təxliyyə olundu
Azərbaycan Dərbənddə Olimpiya Kompleksi tikəcək
Emin Ağalarov Bakıda kanal açacaq
Qadınla kişinin fərqi
17 yaşlı müğənni 2 milyonluq reklama çəkildi - FOTO
Bu gündən pensiyalar artır
Milyarder "cin atı"na mindi: yaxta boyası üçün 62 milyon dollar
Acun Ilıcalı yeni sevgilisi ilə Alaçatı küçələrində - FOTO
Serenay Sarıkaya rol üçün dəyişir-FOTO
Məktəblərdə yenilik - Jurnal və gündəliklər ləğv oluna bilər
Yeni manikür trendi - Şotlandka
Qadın-kişi bərabərsizliyi
Kondisioner koronavirusu daha sürətlə yayır
Qida sənayesinin reallıqlarını göstərən sənədli filmlər
Ətirlər haqqında bilmədiklərimiz
Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər - VİDEO
Krediti qaytarmasan, bank nə edə bilər?
Əsəbləri sakitləşdirməyin 25 yolu
Kerri və Davudoğlu Suriyadakı vəziyyəti müzakirə etdilər
Türkmənistanda tələbələrə əylənmək qadağan olundu
Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsinə start verilib - FOTO
Müəllimlərin maaşları artırılacaq
"Düşməndən güclü olduğumuzu bu yaxınlarda sübut edəcəyik"
- ŞƏRHLƏR