Əziz Qadin.Netlilər, hər birimiz Novruzun atributlarını tanıyırıq. Təbii ki, xonçalarımızı boyanmış yumurtasız təsəvvür etmirik. Odur ki, bu xəbərim sayəsində həm bir-birindən maraqlı və sadə üsullarla yumurta boyamağı öyrənəcəksiniz, həm də övladlarınızın sizə kömək etməsindən qəbahət görməyəcəksiniz. Birlikdə əylənərək maraqlı nəticəyə nail olmaq olar. Şəkil üzərindən toxunaraq böyüdə bilərsiz.
Gördüyünüz bu boyama üsulu çox rahatdır. Sadəcə soğan qabıqları və müxtəlif növ göyərti növünə ehtiyac var.
Bu isə balaca kosmonaftlarımız üçündür. Planetlərin rəngini yumurtalar üzərində çəkmək onlara zövq verəcək.
Qida boyası ilə yumurtaları fərqli boyamaq mümkündür. Bunun üçün boyada saxlanma müddətini hər dəfə bir az artırmaq gərəkdir.
Və ya bildiyimiz kimi yumurtanı hər tərəfli rəngli suya salıb bir dəfəyə boyamaq olar.
Gözəl və fərqli görünür.
Boyandıqdan sonra uşaqların ixtiyarına verə bilərsiz. Onların xəyal gücü daha nələrə qadirdir.
Bu isə içlikli rəngarəng yumurta hazırlamaq istəyənlər üçündür.
Düzdür qida boyasıdır, ancaq şəxsən mən yeməyə risk etməzdim.
Aşağıda gördüyünüz şəkildə isə təbii yolla yumurtaların boyanma növü var.
Bildiyimiz lentlərlə yumurta üzərində hər hansı bir ad yaza və rəngli suya salıb çıxara bilərik.

Bu isə qaynayarkən çatlamış yumurtaların boyanma üsuludur.
Çat hissəsindən qida boyasının yurmuta ağına keçməsi nəticəsində əldə olunan gözəl görüntüdür.
Qaynadılmış yumurtalara süd çəkib zər olan qaba yerləşdirərək bu gözəl görüntünü əldə edə bilərsiz.

Bu isə gözəl əl qabiliyyəti ilə fərqlənmək istəyənlərin üsuludur.
İlk gördüyünüz şəkilin necə hazırlanma üsulu ilə addım-addım tanış olun.
Burada təbii boyaların necə yarandığının şahidi olacaqsınız. Sınayın, mütləq alınacaq.
Gördüyünüz kimi naxışlı parçalarla qaynadılan yumurtaların da qeyri-adi görüntüsü olur.
Qaynadılmış yumurtaları uşaqlara həvalə edin. Gerisini düşünməyin
Ən çox diqqətimi çəkən bu yumurtalar oldu. Çünki boyalarında sadəlik və gözəllik var.


XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR