Bu axşam evə gəldiyim zaman həyat yoldaşım axşam yeməyini hazırlayırdı. Əlini tutdum və ona vacib söz demək istədiyimi söylədim. Stula əyləşdi və səssizcə yeməyini yeməyə başladı. Yenə gözlərində həmin qorxunu gördüm. Bir an qəlbim sıxıldı, ağızımı aça bilmirdim. Amma düşüncələrimi onunla bölüşməli idim. Odur ki, dedim: "Mən boşanmaq istəyirəm". Əsəbiləşmədi. Sözlərimə cavab vermədi, yalnız səbəbini soruşdu.
Cavab verə bilmədim və məhz buna çox əsəbiləşdi. Əlindəki çəngəl-bıçaqları atdı. Mənə qışqırdı və insan olmadığımı dedi. Həmin gecə heç bir söz danışmadıq. Həyat yoldaşım bütün gecə ağlamışdı. Hiss edirdim - evliliyimizin necə olacağını düşünürdü, amma onu təmin edəcək bir şey söyləyə bilməzdim. Mən Jannaya aşiq olmuşdum. Həyat yoldaşımı isə artıq sevmirdim.
Bu vicdan əzabı ilə bir boşanma müqaviləsi hazırladım. Evi, maşını və şirkətin 30%-ni ona verəcəkdim. Müqaviləyə qısa bir müddət baxdıqdan sonra cırdı. 10 il həyatımı paylaşdığım bu qadın mənə yad olmuşdu. Onun xərclədiyi zamana və enerjiyə kədərlənirdim, amma geri dönə bilməzdim. Jannaya çox aşiq olmuşdum. Sonra hıçqıra-hıçqıra ağlamaya başladı. Bu, məhz mənim gözlədiyim bir reaksiya idi. Onun ağlaması mənim yüngülləşməyimə səbəb olmuşdu. Neçə vaxt idi boşanmaq haqqında düşünürdüm və indi bu duyğunu daha da güclü hiss edirdim və doğru qərar verdiyimdən əmin idim.
Ertəsi gün axşam evə gec gəlmişdim və həyat yoldaşımın masa arxasında yazı yazdığını gördüm. Yuxum gəldiyi üçün axşam yeməyini yemədən yatağa getdim. Janna ilə keçirdiyim saatlar məni yormuşdu. Gecə yarısı yuxudan oyandım və onu hələ də yazı yazarkən gördüm. Amma bu mənim vecimə də deyildi, başımı yastığa qoyub yatmağa davam etdim.
Ertəsi səhər mənə şərtlərini yazılı şəkildə təqdim etdi. Məndən heç bir şey istəmirdi. Təkcə boşanmağımzı elan etmək üçün bir ay icazə istədi və bu vaxt ərzində normal bir ailə kimi rəftar etməyimizi xahiş etdi. Bunun səbəbi oğlumuzun bir ay sonra imtahanlarının olması idi. Bir şərti yenə vardı: "Bu bir ay müddətində hər səhər toy gecəmizdəki kimi yataq otağından qapıya qədər məni qucağında aparmalısan". Əvvəl ağlına şübhə etdim, amma son günlərimizin yaxşı keçməsi üçün qəbul etdim.
Həmin gün bu şərtlər haqda Jannaya danışdım. O da ürəkdən gülüb bunun çox axmaq fikir olduğunu və onsuz da boşanmanı qəbul etmək məcburiyyətində qalacağını dedi.
Həyat yoldaşımla boşanma mövzusunu açdığımdan bəri heç bir fiziki təmasda olmamışdıq. Buna görə də ilk gün onu qucağıma götürüb qapıya apardığım zaman qəribə bir duyğu yaşamışdım. Oğlumuz arxamızda dayanıb, alqışlamağa başladı: "Atam anamı qucağında aparır". Buna çox sevinmişdi. Amma sözləri qəlbimi çox incidirdi. Yataq otağından evin qapısına qədər 10 metr apardım. Həyat yoldaşım gözlərini bağladı və qulağıma: "Oğlumuza boşanacağımız barədə heç nə demə" deyə pıçıldadı. Mən də razılaşdım. Qapıya çatanda onu yerə qoydum. Hər səhər olduğu kimi avtobus dayanacağına gedib, işə gedəcəyi avtobusu gözləməyə başladı. Mən də şirkətə tələsdim. İkinci gün xoşbəxt evlilik oyununu oynamaq bizə daha asan gəlmişdi. Həyat yoldaşım başını bir anlıq sinəmə qoydu. Bu an onun qoxusunu hiss etdim. Ona uzun zamandır heç baxmadığımı anladım. Üzünə baxıb ailə qurduğumuz zamankı gəncliyindən əsər-əlamət qalmadığını gördüm. Üzündə yüngül qırışlar yaranıb, saçları bir az ağarmışdı. Ötüb keçən illər onu çox dəyişdirmişdi. O an özümdən ona niyə belə davrandığımı soruşdum. Cavabım olmadı...
Dördüncü gün onu qucağıma alanda etibar hissini duydum. O, mənə həyatının 10 ilini hədiyyə edən xanım olub.
Beşinci gün etibar duyğusu daha da böyüdü. Bu yaşadığım hissləri Jannaya danışmadım. Günlər keçdikcə onu daşımaq daha da asanlaşmışdı.
Artıq narahat olmuşdum bu qədər arıqladığına görə. Son gün onu qucağımda aparanda hərəkət etmədim. Oğlumuz məktəbdə idi və həyat yoldaşıma həyatımızdaki yaxınlığın nə qədər azaldığını dedim. Şirkətə getdim. Maşından düşdüm, qapını kilidləməyə belə vaxtım yox idi. Hər anın qərarımı dəyişdirməyindən qorxurdum. Pilləkənlərlə yuxarı çıxıb, qapını döydüm. Janna qapını açdı. Ona xanımımdan boşanmayacağımı dedim.
Donub qalmış bir üz ifadəsi ilə əlini alnıma qoydu: "Sənin qızdırman var?" deyə soruşdu. "Təəssüf edirəm, Janna. Amma mən artıq boşanmaq istəmirəm" dedim. "Evliliyimizin rəngsiz qalması sevgi əskikliyindən deyilmiş. Bir-birimizin qiymətini, dəyərini unutduğumuzdan imiş. İndi ağlıma gəldi ki, evləndiyimiz gün onu qapıdan içəri aparanda ömrümüzün sonuna qədər sadiq qalacağıma söz vermişdim". Janna üzümə bir sillə vurub, qapını bağladı. İçərdən ağlamaq səsi gəlirdi. Buna əhəmiyyət vermədən pillələri ildırım sürəti ilə endim. Yolda ilk işim çiçək mağazasına girib, həyat yoldaşım üçün bir dəstə gül almaq oldu. Üzərindəki kağız parçasına "Səni həyatımın sonuna qədər hər səhər qucağımda daşıyacağam" yazdım.
Evə çatanda yanağıma təbəssüm qondu. Əlimdə çiçəklərlə yataq otağına getdim və həyat yoldaşımın yatağın üstündə öldüyünü gördüm. Yoldaşım neçə aydır xərçəng xəstəliyi ilə mübarizə aparırmış. Mən isə Janna ilə maraqlandığımdan bunu hiss etməmişdim. Çox yaşamayacağını bilirdi və məni oğlumuzun gözündən salmamaq üçün bu şərtləri qoymuşdu. Heç olmasa oğlumun gözündə yaxşı bir həyat yoldaşı olaraq qalmağımı istəmişdi...
Əhəmiyyətli olan münasibətlərdəki xırdalıqlardır. Villalar, avtomobillər, çoxlu pul deyil. Bunlar həyatı asanlaşdırır, amma əsla xoşbəxtliyin təməli deyil. Birlikdə olduğunuz insana vaxt ayırın. Münasibətlərinizə güvənərək rahatlıq bəxş edən xırdalıqlarla məşğul olun. Xoşbəxt bir evlilik yaşayın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Payızın gözəl olduğu məkanlar
Övlad qatili
Fərari oğula qız verməmək ənənəsi
Naxçıvana qar yağır - FOTO
Bakıda bəylə gəlin hər kəsi təəccübləndirdi
Üzdəki ləkələrin müalicəsi üçün geçikməyin
Azərbaycan gimnastı Qran-pri turnirində çoxnövçülükdə altıncı oldu
Qeyri-adi dizaynlı məscid - FOTO
Almaniyada dərc olunan qəzetlərdə jurnalist Rixard Kisslerin "Qafqazın şimalında ciddi nəzarət rejimi" başlıqlı məqaləsi dərc edilib
Yeni Qarabağ bəyənatı
Günün ulduz falı
Bəsit idmanlarla arıqlayın
Qeyri-sağlam ürəyin simptomları
Havalar isti keçəcək!
İxtisas seçimi başladı
Bananın sağlamlığa xeyiri
Fevralın 10-u qeyri-iş günüdür? - AÇIQLAMA
Tez-tez qırılan dırnaqlar üçün 3 təbii üsul
Erməni hərbçilər cəbhə xəttində fəallaşıblar
Əkizlər 100 yaşlarını qeyd etdilər
Övladınızla birlikdə yemək bişirməyin faydaları
Hikmət Hacıyev: “Mülki şəxslərə hücum etmək hərbi cinayətdir”
Güləşçilərimiz 1 qızıl, 3 gümüş və 7 bürünc medal qazandı
Qızılca xəstəliyi
16 yaşlı məktəblinin Nobel namizədliyi irəli sürülüb
Gecə yatarkən qıvırcıq saçları qorumağın 3 yolu
Qara dəliyə düşən insanın qəribə taleyi(2)
Amerikada oxumaq istəyirsinizsə... - Qəbul başladı
Qadınlar niyə bir-birlərini qısqanırlar?
Limonlu maffınlər (foto resept)
Saturnun peyki Enseladda həyat mümkündürmü?
Zəfəran xərçəngin dərmanıdır
Evlilik təklifi faciə ilə nəticələndi - FOTO
Övladları Nikol Kidmandan imtina etdi-SƏBƏB
HAVA necə olacaq?
Modapərəst qadınların Must-have geyimləri
Azərbaycanda payız üçün anormal hal
Bu gün Yaşar Nurinin doğum günüdür
Otellərdə rastlaşacağınız qəribə hallar
Saç rezinləri
Boksun əfsanələri rinqə qayıdacaqlar: Danışıqlar gedir
Dolu bədənli xanımlar üçün
Bu adam benzin içərək yaşayır
Antarktidada almaz yatağı aşkarlanıb
“Ermənistan qeyri-humanistlik göstərərək 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib” - RƏSMİ
Hadise geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ_FOTO
Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilmə qaydası haqqında QƏRAR
Uşaqlardan Tanrıya məktublar
Xərçəng xəstəliyindən qorunun!
Hansı vitaminlər saçları gücləndirir?
- ŞƏRHLƏR