Fidan əlindəki özü boyda gəlinciyi arxasıyla sürüyərək həyətə çıxdı.Yayın ilk günləri olmasına baxmayaraq hava çox isti idi.Onun sevimli dostu Alabaş dilini çıxardıb,yuvasının qarşısında uzanmışdı.Fidanı görüb qulaqlarını şəkləyərək quyruğunu tərpətdi.Fidan onun başını tumarladı.Təmasdan xoşlanan it, qızın ayağlarını yaladı.Bir az itlə oynayan qız,həyətdəki tut ağacının altına gəldi.Əlini uzadıb aşağı əyilmiş budaqlardakı tutu dərdi.Tut bal kimi idi.Anası həmişə ,acqarına tutun çox xeyirli olduğunu deyirdi.Anası yadına düşdü,ağacın altındakı kətildə oturub,ağlamsındı.Gilənar dodaqları büzüldü.O, küsmüşdü valideynlərindən.Neçə gün idü ki , dondurma istəyirdi.Amma ona almirdilar.Xəstələnməyindən qorxurlar.Onların yadından çıxıb ki,bu gün onun beş yaşı olur.Artıq böyük qızdır.Onlar isə hələ də ona uşaq kimi baxırlar.Bircə ona dondurma alsaydılar!Fidan çox küsmüşdü onlardan.Atası həmişə işdə olurdu.Heç onunla oynamağa axır vaxtlar vaxtı da olmurdu.Anası isə işlərini görüb qurtardıqdan sonra,noutbukun qarşısına keçirdi.Eh atası niyə noutbuk aldı axı?Orda bir yer var adına Qadın.net deyirlər.Orda anasının rəfiqələri var.Düzdür Fidanı da çox sevirlər.Həmişə anası onların əvəzinə də onu öpür.Onlarla danışandan sonra kefi də həmişə kök olur.Amma Fidan istəyir ki,anası ancaq ona baxsın,onunla oynasın.Heç olmasa ona dondurma alsın.Qız evə tərəf boylandı."Bunlar nə qədər yatırlar?Hələ mənim ad günüm də yadlarından çıxıb".Yerindən qalxıb evə keçdi.Otağın qapısını döydü.Axı qapını döyməmiş evə daxil olmaq olmaz!Səs gəlmədi.Bir də döydü.Qapını açdı.Otaqda heç kim yox idi."Ay aman, məni evdə qoyub gəzməyə gediblər".Dodaqlarını büzüb ağlamaq istəyəndə,həyət qapısının səsi eşidildi.Pəncərəyə doğru qaçdı.Bu nədir?Atasının əlində nə boyda tort var!Urra anasının əlində də onun xoşladığı dondurma.Tez bayıra qaçmaq istəyəndə ayağı ilşib yıxıldı.İstədi ağlasın.Yadına düşdü ki bu gün bir yaş böyüyür,ağlamadı.Yerindən qalxdı, paltarını düzəltdib bayıra qaçdı.Səhərki kədərindən əsər-əlamət qalmamışdı.Gülüşü bütün evi götürmüşdü.Şən səsi həyəti götürmüşdü.Axı ona dondurma almışdılar.
XƏBƏR LENTİ
Claudia Schiffer moda sərgisi açır
Azərbaycan gimnastı Qran-pri turnirində çoxnövçülükdə altıncı oldu
Hamiləlik zamanı qrip
Biznesmenin 275 minlik hədiyyəsi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Tom Kruzun filmi üçün 111 illik körpünü partladacaqlar
Azərbaycanda “Facebook” istifadəçiləri artır
Meqan Markl unutqanlığına görə pərt oldu-FOTO
HAVA necə olacaq?-30 Oktyabr
Mirvari dəbi geri qayıtdı
Güzəştli mənzillərin ipoteka ilə satışında YENİ QAYDA - VİDEO
Meray 17 ildir bu xəstəlikdən əziyyət çəkir
Qədim şəhər sirlərini gizlədir
Paşinyan təlaş içində öz xalqına müraciət etdi
"Ig Nobel" mükafatı
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı
Hava haqqında - 13.08.2013
Gülben Ergen və Yeşim arasında qalmaqal
Bakıda doqquz marşrut xəttinin istiqaməti dəyişdirilib
Soyuqdəyməyə tutulmamaq üçün içkilər
Bir az düşünək
Qoxuları necə yox etmək olar?
Bu ölkə müharibə tədbiri gördü
2019 gəlin makiyajı trendləri
“Twitter” geriləməyə başlayıb
Dünyanın super güclərinə sahib heyvanları
Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada "Azərbaycan - Uğurlu inkişaf modeli" mövzusunda konfrans keçirilib
Ramazanda susuzluğu aradan qaldıran qidalar
Sabahın HAVAsı
Bakıda məktəbli yarmarkaları fəaliyyətə başladı
Azərbaycanda dərs ili uzadılır? - Nazir müavinindən AÇIQLAMA
Fransız salatı (foto-resept)
Rus təyyarəsi UNO ilə TOQQUŞDU - ŞOK VİDEO
Böyürtkən mürəbbəsi (foto resept)
Riberidən sərt açıqlama: "Biz robot deyilik, insanıq"
"Nyu-York" çizkeyki (foro resept)
Detoks təsiri yaradan içkilər
Dekabr ayı üçün bayramlar və tarixi günlər
Fransadan erməniləri üzəcək qərar
Evdə hazırlanan darçınlı maskalar
Xərçəngli makaron (foto resept)
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Formalı keks-Quzu (foto resept)
Lenin ovu davam edir
HAVA necə olacaq? 16 Mart
Hava haqqında
UEFA futbol qaydalarını dəyişir
Düz qarın üçün idman hərəkətləri
Qozlu, şokoladlı peçenye (foto resept)
Gənclərə MÜJDƏ: mənzil dərdi bitəcək
Dənizi hasarlardan xilas edib sahiblərinə - Xalqa qaytaraq
- ŞƏRHLƏR