Fidan əlindəki özü boyda gəlinciyi arxasıyla sürüyərək həyətə çıxdı.Yayın ilk günləri olmasına baxmayaraq hava çox isti idi.Onun sevimli dostu Alabaş dilini çıxardıb,yuvasının qarşısında uzanmışdı.Fidanı görüb qulaqlarını şəkləyərək quyruğunu tərpətdi.Fidan onun başını tumarladı.Təmasdan xoşlanan it, qızın ayağlarını yaladı.Bir az itlə oynayan qız,həyətdəki tut ağacının altına gəldi.Əlini uzadıb aşağı əyilmiş budaqlardakı tutu dərdi.Tut bal kimi idi.Anası həmişə ,acqarına tutun çox xeyirli olduğunu deyirdi.Anası yadına düşdü,ağacın altındakı kətildə oturub,ağlamsındı.Gilənar dodaqları büzüldü.O, küsmüşdü valideynlərindən.Neçə gün idü ki , dondurma istəyirdi.Amma ona almirdilar.Xəstələnməyindən qorxurlar.Onların yadından çıxıb ki,bu gün onun beş yaşı olur.Artıq böyük qızdır.Onlar isə hələ də ona uşaq kimi baxırlar.Bircə ona dondurma alsaydılar!Fidan çox küsmüşdü onlardan.Atası həmişə işdə olurdu.Heç onunla oynamağa axır vaxtlar vaxtı da olmurdu.Anası isə işlərini görüb qurtardıqdan sonra,noutbukun qarşısına keçirdi.Eh atası niyə noutbuk aldı axı?Orda bir yer var adına Qadın.net deyirlər.Orda anasının rəfiqələri var.Düzdür Fidanı da çox sevirlər.Həmişə anası onların əvəzinə də onu öpür.Onlarla danışandan sonra kefi də həmişə kök olur.Amma Fidan istəyir ki,anası ancaq ona baxsın,onunla oynasın.Heç olmasa ona dondurma alsın.Qız evə tərəf boylandı."Bunlar nə qədər yatırlar?Hələ mənim ad günüm də yadlarından çıxıb".Yerindən qalxıb evə keçdi.Otağın qapısını döydü.Axı qapını döyməmiş evə daxil olmaq olmaz!Səs gəlmədi.Bir də döydü.Qapını açdı.Otaqda heç kim yox idi."Ay aman, məni evdə qoyub gəzməyə gediblər".Dodaqlarını büzüb ağlamaq istəyəndə,həyət qapısının səsi eşidildi.Pəncərəyə doğru qaçdı.Bu nədir?Atasının əlində nə boyda tort var!Urra anasının əlində də onun xoşladığı dondurma.Tez bayıra qaçmaq istəyəndə ayağı ilşib yıxıldı.İstədi ağlasın.Yadına düşdü ki bu gün bir yaş böyüyür,ağlamadı.Yerindən qalxdı, paltarını düzəltdib bayıra qaçdı.Səhərki kədərindən əsər-əlamət qalmamışdı.Gülüşü bütün evi götürmüşdü.Şən səsi həyəti götürmüşdü.Axı ona dondurma almışdılar.